ABŞ Balkanlarda mövqeyini möhkəmlədir
28.10.2009 [09:43]
ABŞ yaxın gələcəkdə Rumıniya və Bolqarıstan ərazilərində hərbi bazalar yaratmaq niyyətindədir. Bu barədə bir sıra beynəlxalq xəbər agentliklərinin yaydığı məlumata görə, Rumıniya və Bolqarıstan hökumətləri də artıq bu məsələ ilə bağlı öz razılıqlarını bildiriblər. Xatırladaq ki, Şərqi Avropanın adıçəkilən bu iki ölkəsi uzun bir dövr ərzində keçmiş çar Rusiyası və sovet dövlətinin təsiri və nüfuz dairəsində olublar. Geosiyasi baxımdan isə Balkanlar kimi həssas bir bölgədə yerləşən Rumıniya və Bolqarıstanda ABŞ-ın iki hərbi bazasının yaranması nəinki bu regionda, eyni zamanda, Qara dəniz hövzəsində, eləcə də Yaxın Şərqdə, hətta, Cənubi Qafqazda Vaşinqtonun mövqelərinin daha da möhkəmlənməsinə müsbət təsir göstərə bilər. Qeyd edək ki, Balkanlarda yerləşən dövlətlərin, demək olar ki, əksəriyyəti hazırkı dövrdə NATO blokunun üzvləridir. Əgər Türkiyə və Yunanıstan hələ 50-ci illərdə bu bloka üzv olmuşdularsa, Bolqarıstan, Rumıniya, Albaniya, Xorvatiya, Sloveniya son beş ildə bu nüfuzlu quruma qəbul ediliblər. Ən əsası odur ki, ABŞ hərbi bazaları keçmiş Yuqoslaviya respublikalarında (ilk növbədə, Bosniya-Hersoqovina və Kosovoda) vaxtilə gərgin münaqişə ocaqlarının alovlandığı, hazırda isə nisbi sabitliyin mövcud olduğu ərazilərə yaxın ölkələrdə yerləşdiriləcək. Diqqəti çəkən əsas məqamlardan biri də odur ki, yaradılacaq yeni bazalar keçmiş sovet respublikaları olan Moldova və Ukraynaya qonşu regionda təşəkkül tapacaq. Bir sözlə, rəsmi Vaşinqton bu ideyanı ortaya atmaqla Şərqi Avropaya, ilk növbədə, Balkanlara olan marağını bir daha nümayiş etdirir. çox güman ki, bu iki hərbi baza ABŞ-ın Şərqi Avropa ölkələrində ilk qanuni statusa malik hərbi obyektləri olacaq. Bolqarıstan və Rumıniya Qara dənizə birbaşa çıxışı olan dövlətlərdir. ABŞ hərbi-dəniz donanmasının gəmiləri artıq ötən ilin payızından bəri Qara dəniz hövzələrində intensiv şəkildə görünməkdədir və dəfələrlə Gürcüstan sahillərində hərbi təlimlər keçiriblər.
Onu da qeyd edək ki, ABŞ-ın Avropada ilk hərbi bazaları II Dünya müharibəsi başa çatdıqdan sonra meydana gəlməyə başladı. “Soyuq müharibə”nin tüğyan etdiyi bir dövrdə Vaşinqtonun belə addımları zəruri xarakter daşıyırdı. Avropanın Böyük Britaniya, Almaniya Federativ Respublikası, İtaliya, İspaniya kimi böyük dövlətlərinin ərazilərində ABŞ-ın hərbi bazaları yarandı. Həmin hərbi bazalar bu gün də mövcuddur. Hazırkı şəraitdə isə Şərqi Avropanın keçmiş sosialist ölkələri ərazilərində də Amerika hərbi bazalarının qurulması zərurəti meydana çıxıb.
Qeyd edək ki, belə bir ideyanın siyasi gündəmə gəlməsi strateji baxımdan təkcə ABŞ-ın milli-həyati maraqları ilə deyil, eyni zamanda, Şərqi Avropa ölkələrinin öz maraqları və mənafeyi ilə də bağlıdır. Belə ki, bu ölkələr NATO üzvü olsalar da, ABŞ hərbi bazalarının və obyektlərinin yerləşdirilməsi siyasi-diplomatik və təhlükəsizlik baxımından həmin dövlətlərə əlavə dividentlər gətirə bilər. Xüsusilə, raket-nüvə silahı ilə bağlı yarana biləcək hər hansı bir təhlükədən müdafiə olunmaq zərurəti bu ölkələr üçün aktual problem olaraq qalır. Düzdür, ABŞ Polşa və çexiya ərazisində raketdən müdafiə sistemlərinin qurulması planından vaz keçsə də, bu ölkələrin hava hücumundan müdafiəsi ilə bağlı məsələ əvvəlkitək rəsmi Vaşinqtonun diqqət mərkəzindədir. Elə ABŞ-ın vitse-prezidenti Cozef Baydenin bugünlərdə Praqaya etdiyi səfər zamanı çexiya rəhbərləri ilə apardığı danışıqlarda bu problem əsas müzakirə mövzularından biri olub. Gələcəkdə ABŞ Polşada “Petriot” tipli raket kompleksinin yerləşdirilməsini də nəzərdə tutur.
Elxan RZAYEV
Xəbər lenti
Hamısına baxSosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42

