Ermənistanda kriminal vəziyyət həddindən artıq pisləşib
25.01.2019 [09:47]
Paşinyanın düşünülməmiş şəkildə apardığı siyasət nəticəsində cəmiyyətdə təhlükəli meyillər güclənir
Ermənistanda yeni hökumətin formalaşmasını yubadan Nikol Paşinyanın hakimiyyətinin hər ötən günü onun mənimsədiyi idarəçilik metodlarının bir-bir iflasa uğraması ilə nəticələnir. Sosial-iqtisadi sahədə heç bir irəliləyiş əldə edə bilməyən baş nazirin “xidməti” artıq aclıq və səfalət içində yaşayan əhalinin bir hissəsini oğurluq, talan kimi cinayətlərə əl atmağa sövq edir. Bu ilin sentyabrında elan olunan amnistiya isə ölkədə kriminal vəziyyəti daha da gərginləşdirib.
Ermənistandakı kriminal durumun dəhşətli məcraya yönəldiyini hüquq-mühafizə orqanlarının hər gün yaydığı məlumatlar da təsdiq edir. Erməni mətbuatının yazdığına görə, vəziyyətin idarəolunmaz hala gəldiyi N.Paşinyanın diqqətinə çatdırılıb və Ermənistan Polis Xidmətinin rəisi Valeri Osipyanın vəzifədən uzaqlaşdırılması gündəmdədir. “Jamanak” (“Zaman”) qəzetinin yazdığınan görə, onu Mütəşəkkil cinayətkarlıqla mübarizə baş idarəsinin rəisi Arsen Ayvazyan əvəz edəcək. Erməni mediası onu da yazır ki, əslində indiki vəziyyətin aradan qaldırılmasında polis orqanına kimin rəhbərlik etməsi o qədər də rol oynamayacaq. Ona görə ki, vəziyyətin bu həddə çatması bir-birinə zəncirvari olaraq bağlı olan səbəblərdən qaynaqlanır.
Bu səbəblərə gəlincə, əvvəla, hakimiyyəti ələ keçirdikdən sonra N.Paşinyanın keçmiş kriminal rejimin mənsubu olan, cinayət yolu ilə varlanmış bəzi şəxslərə qarşı polis və təhlükəsizlik xidmətlərinin əməliyyatlar aparmasına göstəriş verməsi, bir neçəsinin həbs olunması əhalidə ümid yaratsa da, onların gah həbs olunması, gah da girov müqabilində buraxılması halları N.Paşinyanın qətiyyətsizliyini ortaya qoydu.
Bu qeyri-ciddi mübarizənin fonunda N.Paşinyanın səriştəsiz və tamamilə yersiz şəkildə amnistiya elan etməsi kriminal düşüncəyə malik və bu qəbildən hərəkətləri məqbul hesab edən minlərlə elementin küçələrə hakim kəsilməsinə gətirib çıxarıb. Bununla yanaşı, cəzasını çəkməyən yüzlərlə cinayətkarın Ermənistanda azadlığa buraxılması cinayətlərin məişət soyğunçuluğu səviyyəsində artmasına səbəb olub. Statistika xidmətinin məlumatına görə, ötən il Ermənistanda cinayətkarlığın səviyyəsinin 13%, xüsusən də ağır cinayətlərin sayının 30% artmasında sözügedən amilin böyük rolu olub.
Erməni mətbuatının yazdığına görə, yeni hakimiyyət dövründə cinayətkar ünsürlər daha cəsarətli olublar və onlar əvvəllər vəzifədə olan və ya hazırkı yüksəkvəzifəli şəxslərin özlərinə və əmlakına hücum edirlər. Məsələn, Vanadzor rayonunda kriminal dəstə tərəfindən Ermənistanın İstintaq Komitəsinin sədrinin məsləhətçisinin minik avtomobili oğurlanıb, Lori rayon prokurorunun mənzili qarət edilib. Ermənistanın təkcə regionlarında deyil, Yerevan və Gümrü şəhərlərində hər gün mütəmadi olaraq atəş səsləri eşidilir. Ararat vilayətinin eks-qubernatorunun oğlu oğruların hücumuna məruz qalıb.
Bütün bu səbəblərə görə ABŞ başda olmaqla, bir çox Qərb dövləti Ermənistanı təhlükəsiz ölkələrin siyahısında görmür. Bu durum N.Paşinyanın vəd etdiyi xarici sərmayənin də cəlb edilməsinin mümkünsüzlüyünü ortaya qoyur. Çünki heç bir xarici sərmayədar yeni islahatlar aparılmadığı, biznes mühitinin yaradılmadığı, üstəlik həyatının təhlükədə olduğu, qohumlarının girov götürüldüyü, cəngəllik qanunları ilə idarə olunan ölkəyə pul qoymayacaq.
Beləliklə, indiki hakimiyyətin islahatlar aparmaq əvəzinə, yürütdüyü düşünülməmiş siyasət nəticəsində ölkədəki kriminal vəziyyət təhlükəli həddə çatıb. Buna görə də ekspertlər hesab edirlər ki, digər amillərin təsiri nəticəsində dövlət reketçiliyinin kriminal reketçiliklə əvəz olunması prosesi Ermənistan cəmiyyəti üçün dəhşətli təhlükələr vəd edir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48

