Ermənistanda mövcud olan səfalət təhsil sahəsində də özünü göstərir
05.09.2019 [09:11]
İşğalçı dövlətin kənd məktəblərinin əksəriyyəti acınacaqlı vəziyyətdədir, şagirdlərin sayı isə 11-13 nəfəri keçmir
Ötən saylarımızda uzun illərdir davam edən ağır sosial-iqtisadi vəziyyətin nəticəsi olaraq əhalinin əksəriyyətinin başqa ölkələrə köç etdiyi, qalanların yoxsulluq səviyyəsinin altında yaşadığı işğalçı Ermənistandakı əxlaqi deqradasiyadan yazmışdıq. Yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq isə işğalçı ölkədə daha bir neçə ciddi problemin mövcudluğu üzə çıxıb. Belə ki, Ermənistan mətbuatının orta məktəblərə diqqət yetirməsi bu sahədə də vəziyyətin acınacaqlı olduğunu sübut edib.
İşğalçı ölkənin bəzi media qurumlarının hazırladığı reportajlardan bəlli olub ki, Ermənistanın əksər məktəbləri uşaqların təhsil alması üçün yararsızdır. Eyni zamanda rütubət və qəzalı vəziyyətin hökm sürdüyü bu kənd məktəblərinin çoxunda oxumağa cəlb etməyə şagird belə tapa bilmirlər. Çünki Ermənistanda ailə quranların sayı çox azdır, üstəlik onsuz da aclıq və səfalət içində yaşayan ailələr uşaq dünyaya gətirmək barədə fikirləşmirlər.
Belə ki, Ermənistanın Azərbaycanla həmsərhəd olan Tavuş vilayətinin kəndlərinə baş çəkən “Sputnik Ermənistan”ın çəkiliş qrupu erməni təbliğatının göstərdiyinin əksinə olaraq əsl vəziyyəti ortaya qoyub. Məsələn, vilayətin ərazisindəki Navur kənd məktəbində şagirdlər bərbad və rütubətli binada təhsil alır. Müəllimlərin tövsiyəsi ilə məktəbin şagirdləri sinifdə pəncərə tərəfdə otururlar ki, divarların hər an çökmə təhlükəsi var. Məktəbin direktoru Kamo Mərdanyanın sözlərinə görə, 2000-ci ildən bəri məktəbin acınacaqlı vəziyyəti ilə bağlı həyəcan təbili çalsa da, əsaslı təmir üçün üç layihə tərtib edilsə də, hamısı kağız üzərində qalıb. Baş nazirə məktub yazıblar, əvvəlcə məktəbin təmiri 2019-cu ilin büdcəsində nəzərə alınıb, daha sonra isə təhsil nazirliyi bu il üçün plandan çıxarıb.
Ümumiyyətlə, Tavuş vilayətinin kənd məktəblərinin əksəriyyəti acınacaqlı vəziyyətdədir. Sərhədyanı kənd məktəblərində şagirdlərin sayı 11-13 nəfəri keçmir. Məsələn, Tavuş vilayətinin Barekamavan kəndində bu il pəncərələri və qapıları dəyişdiriblər, damını təmir ediblər. Lakin sentyabrın 1-də birinci sinfə gedən şagird tapılmayıb. Son illərdə bu vəziyyətə Ermənistanın əksər məktəblərində rast gəlinir. Barekamavan kənd məktəbinin direktoru Conik Mikaelyan “Sputnik Ermənistan”a bildirib ki, 2017-ci ildə də birinci sinif olmayıb, 2018-ci ildə isə yalnız bir şagird gəlib. Onun sözlərinə görə, 350 şagird üçün nəzərdə tutulmuş məktəbdə hazırda cəmi 16 nəfər oxuyur: “Son illərdə sakinlərin çoxu kənddən köçüb, gənclər azdır, əhalinin artımı yoxdur. Kəndimizin sakinlərinin əksəriyyəti qocalardır”.
Beləliklə, mövcud faktlar bir daha göstərir ki, sosial-iqtisadi tənəzzülün girdabında boğulan, lakin işğalçılıq siyasətindən əl çəkməyən Ermənistanda təhsil sahəsi də tam bərbad vəziyyətdədir. Bu isə o deməkdir ki, işğalçı dövlətin gələcəyi təhlükə altındadır.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53

