Sosial-iqtisadi böhran və hökumətdəki istefalar Nikol Paşinyanın sonunu yaxınlaşdırır
21.09.2019 [10:01]
Ermənistan baş nazirinin qeyri-real vədləri və absurd bəyanatları isə sadəcə vaxt qazanmağa xidmət edir
Ermənistanda sosial-iqtisadi baxımdan heç bir irəliləyiş əldə edilməməsi cəmiyyətdə ciddi narazılıq yaradır. İşğalçı ölkənin baş naziri Nikol Paşinyan isə problemləri aradan qaldırmaq əvəzinə kütlənin emosiyalarına hesablanan populist xarakterli hərbi-siyasi açıqlamaları və müəmmalı gedişləri ilə vaxt qazanmaq məqsədi güdür. Onun işğal olunmuş ərazilərə səfər edərək özünütəkzib bəyanatları səsləndirməsi, bu günlərdə isə gözlənilmədən güc strukturları rəhbərlərini istefaya göndərməsini bu qəbildən hesab etmək olar.
Yerli mənbələrin iddiasına görə, N.Paşinyanın hökumət üzvlərindən heç kimlə müzakirə etmədən gözlənilməz qərarlar qəbul etməsi hakimiyyətdəki qüvvələr tərəfindən də birmənalı qarşılanmır. Mühüm postlardan hesab edilən təhlükəsizlik və hüquq-mühafizə orqanları rəhbərlərinin müəmmalı şəkildə istefası da bunu deməyə əsas verir. “News.am” saytının yazdığına görə, “Vətəndaş müqaviləsi” partiyasının idarə heyətinin iclasında iştirak etmək üçün partiyanın qərargahına gələn N.Paşinyan və parlamentin sədri Ararat Mirzoyan jurnalistlərin son daxili siyasi hadisələrlə bağlı suallarını cavabsız qoyublar.
Baş nazir təhlükəsizlik və polis xidmətləri rəislərinin vəzifələrini müvafiq olaraq müavinləri Eduard Martirosyan və Arman Sarkisyana həvalə etsə də, güc strukturları rəhbərlərinin istefaları yerli mətbuatda müxtəlif şəkildə dəyərləndirilir. Mütəxəssislərin qənətinə görə, ölkədəki dərin sosial-iqtisadi problemlər fonunda N.Paşinyan qarşısına istənilən yolla öz hakimiyyətini qorumaq məqsədini qoyub. Ekspertlərin qənəatinə görə, keçmiş prezident Robert Köçəryanın həbsi, “Amulsar” yatağının istismarı ətrafında proseslərin intensivləşməsi, Cermuk sakinləri tərəfindən bununla əlaqədar narazılıqların artması fonunda N.Paşinyan keçmiş hakimiyyətdən qalan bu şəxsləri azad etməklə özünü dövlət çevrilişindən qorumaq istəyib. İddialara görə, öz mövqeyini möhkəmləndirmək üçün Paşinyan hakimiyyətə nüfuz edən bütün “şübhəli elementlər”dən xilas olmağa və özünün istənilən əmrini yerinə yetirməyə hazır olan kadrlara ehtiyac duyur.
Güc strukturları rəhbərlərinin işdən çıxarılmasına baxmayaraq, Paşinyan hələ də fors-major vəziyyətlərdən, o cümlədən Ermənistanın ağır iqtisadi durumunun və maliyyə çatışmazlığının doğurduğu sosial partlayışdan yüz faiz sığortalana bilmir. Çünki eyforiya dövrü artıq keçib və indi xalq ölkə üçün aktual olan məsələlərin həllində Paşinyan komandası üzvlərinin səriştəsizliyini görür.
Buna görə də, demək olar ki, hər gün Ermənistan hökumətinin əleyhinə aksiyalar təşkil olunur. Hökumət binasının qarşısında növbəti gərgin vəziyyət hərbi xidmətdə dünyasını dəyişən hərbçi yaxınlarının etiraz aksiyası səbəbindən yaranıb. “Aysor” saytı yazır ki, “Zinvor” (“Əsgər”) ictimai təşkilatının təşəbbüsü ilə keçirilən aksiyada ölən hərbçilərin yaxınları 1 mart 2008-ci il hadisələri nəticəsində ölənlərin ailələrinə hökumət tərəfindən ayrılmış kompensasiyanın onlara da şamil olunmasını tələb edirlər.
“Joxovurd” qəzeti isə yazır ki, Ermənistanda yüksəkvəzifəli şəxslərin istefaları davam edəcək. Nəşrin məlumatına görə, əvvəlcə baş nazirin müavini Mqer Qriqoryan, xarici işlər naziri Zohrab Mnatsakanyan və Ermənistanın müdafiə naziri David Tonoyan vəzifələrini tərk edəcəklər: “Fövqəladə hallar naziri Feliks Çolakyan və “Amulsar”ın istismar ediləcəyini söyləyən ekologiya naziri Erik Qriqoryan, habelə Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və Dövlət Gəlirlər Komitəsinin rəhbərlərinin adları da bu sırada çəkilir”.
Qəzet yazır ki, N.Paşinyan ABŞ-a səfərindən sonra sosial blokun nazirlərini də vəzifələrindən azad etmək niyyətindədir. Söhbət səhiyyə naziri Arsen Torosyan, eləcə də əmək və sosial işlər naziri Zaruhi Batoyandan gedir.
Təbii ki, müəmmalı qalan və davametmə ehtimalı çox olan bu istefalar dalğası yaxın aylarda da N.Paşinyana yaxşı heç nə vəd vermir. Çünki yerli ekspertlərin verdiyi məlumata görə, onsuz da nüfuzunu itirən baş nazirin o vaxta qədər reytinqi 20%-dən aşağı olacaq.
Mövcud hökumətin fəaliyyəti ilə bağlı növbəti maraqlı faktı isə “Hraparak” qəzeti ortaya atıb. Qəzet yazır ki, Ermənistanda bu gün bütün idarəetmə sistemi “Facebook”da oturur: “Həm baş nazir, həm parlamentin spikeri, nazirlərin hamısı, demək olar ki, “Facebook”da yaşayırlar. Hətta sosial şəbəkələrdə reytinq monitorinqləri aparılır və onun nəticələri baş nazir N.Paşinyana təqdim edilir. Bu günlərdə müxalifətin nümayəndəsi E.Şarmazanov da mövcud hökumətin fəaliyyətini dəyərləndirərkən oxşar iradları səsləndirib”.
Göründüyü kimi, Ermənistanda təsadüfən hakimiyyətə gələn N.Paşinyanın təkcə xarici siyasətdə deyil, daxildə də fəaliyyətsizliyi, onun müxtəlif üsullara əl ataraq orijinal görünmək cəhdləri uğur vəd etmir. Paşinyan hər an yaxınlaşan fəlakətin qarşısını almağa çalışır, amma sosial-iqtisadi sahədə ciddi dəyişikliklər etmədən istənilən addım vaxt qazanmaq niyyəti güddüyü üçün mövcud vəziyyəti daha da ağırlaşdıracaq.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

