Böyük dövlətlərin hərbi rəqabəti güclənir
29.02.2020 [10:20]
Son zamanlar strateji araşdırmalar mərkəzlərinin, ekspertlərin önə çəkdiyi məsələlərdən biri dünya dövlətlərinin hərbi qüdrətinin nisbətidir. Aparılan araşdırmalarda xüsusilə böyük güc mərkəzlərinin hərbi qüvvələrinə nəzər salınır, statistik təhlillər və müqayisələr təqdim olunur.
“Sputnik” informasiya agentliyində yer alan təhlil yazısında həm böyük dövlətlərin bəhs olunan meyar əsasında müqayisəsi verilib, həm də rəsmilərin açıqlamaları əksini tapıb. Amerika Birləşmiş Ştatlarının (ABŞ) Baş Qərargah rəisi, general Mark Milleyin ABŞ ordusunun müdafiə qabiliyyəti barədə fikirləri diqqətə çatdırılıb. O, Birləşmiş Ştatların müttəfiqlərinə dəstək verməyə hazır olduğunu bildirib. Bu ölkənin Nümayəndələr Palatasının iclasında çıxış edən Baş Qərargah rəisi M.Milley ABŞ-ın qlobal hərbi üstünlüyünün zəiflədiyini dilə gətirib: “Rəqabət üstünlüyümüz zəifləyib, heç kim buna şübhə etməməlidir. Çin və Rusiya ABŞ və müttəfiqlərini üstələmək, dünyada nüfuz dairəsini genişləndirmək üçün hərbi güclərini artırır”.
Məlumatda qeyd edilib ki, bir müddət əvvəl ABŞ-ın müdafiə naziri Mark Esper tərəfindən Nümayəndələr Palatasına təqdim olunan yazılı hesabatda Rusiyanın son illərdə hərbi potensialının artması, NATO-nun hərbi qüdrətini zəiflətmək məqsədilə hipersonik silahların dövriyyəyə buraxılması barədə narahatlığı öz əksini tapıb. Rusiyanın Vaşinqtondakı səfiri Anatoliy Antonov isə bu xəbərlərə münasibət bildirərkən deyib ki, rəsmi Moskvanın silahlanma yarışına başlamaq və ya hərbi üstünlüyü təmin etmək üçün səy göstərmək niyyəti yoxdur. Səfir həmçinin hər hansı dövlətin qüdrətli silahlı qüvvələrə malik olmasının beynəlxalq təhlükəsizliyin vacib amili olduğunu da qeyd edib.
Xəbər lenti
Hamısına baxElm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49

