Ermənistan həm siyasi, həm də sosial-iqtisadi böhran içindədir
29.12.2020 [09:11]
Təcavüzkar dövlətin bu duruma düşməsinin əsas səbəbi isə onun rəhbərlərinin işğalçılıq siyasəti, Azərbaycanın məqsədyönlü siyasi kursu və möhtəşəm qələbəsidir
Məlum olduğu kimi, Azərbaycanın qarşısında ağır məğlubiyyətə düçar olan işğalçı Ermənistanda noyabrın 10-dan etibarən siyasi qarşıdurma və vətəndaş itaətsizliyi ilə müşayiət olunan xaos vəziyyəti davam etməkdədir. Ekspertlərin fikrincə, 44 günlük müharibə və acı məğlubiyyət Ermənistanda əsaslı sosial, iqtisadi böhrana, gərgin mənəvi-psixoloji duruma səbəb olub, ölkədə daxili qarşıdurma pik həddə çatıb.
Paşinyanın dərhal həbs olunması tələb edilir
Ermənistan mətbuatının yazdığına görə, müxalifət partiyaları tərəfindən yaradılan “Vətənin xilası naminə hərəkat”ın dekabrın 22-dən elan etdiyi ümumrespublika tətilləri və digər kütləvi aksiyalar genişlənir. Hakimiyyət isə etirazların qarşısını almaq üçün müxtəlif vasitələrə əl atır. Belə ki, sonuncu aksiyalar zamanı polis zorakılığı və kütləvi həbslər müşahidə olunub.
Qeyd edək ki, artıq bütün ölkə üzrə istefası tələb edilən baş nazir Nikol Paşinyan xalqa son müraciətində növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı siyasi qüvvələrlə məsləhətləşmələrə hazır olduğunu bildirib. “News.am” yazır ki, müxalifət N.Paşinyanın guya hakimiyyətdən getmək tələbi qarşısında təqdim etdiyi bu variantın qəbuledilməz olduğunu bildirib. Baş nazirin təklifini dəyərləndirən “Daşnaksutyun” partiyasının ali şurasının üzvü İşxan Saqatelyan bildirib ki, “Vətənin xilası naminə hərəkat”ın tələbi N.Paşinyanın baş nazir olmadığı bir şəraitdə növbədənkənar seçkilərə getməkdir, ona görə də həmin variantlar müxalifət üçün məqbul hesab edilmir. Bununla yanaşı, “Panorama.am”ın yazdığına görə, mövcud vəziyyəti “dərin siyasi böhran” kimi qiymətləndirən müxalif “Vahid Ermənistan” partiyası dövlətə xəyanət edən Paşinyanın dərhal həbs olunması, ona qarşı ittiham irəli sürülməsi və səlahiyyətlərinin dayandırılması tələbi ilə çıxış edib.
Xatırladaq ki, ölkənin bütün vilayətlərində olduğu kimi, paytaxt Yerevanda da etiraz aksiyaları genişlənir. Belə ki, dekabrın 28-də Ermənistan parlamentinin binası qarşısında keçirilən aksiyanın iştirakçıları “Mənim addımım” fraksiyasının deputatlarından baş nazir N.Paşinyana etimadsızlıq göstərilməsini tələb ediblər. “Aysor.am” yazır ki, aksiya iştirakçıları və binaya daxil olmaq istəyən deputatlar arasında qarşıdurma olub. Etirazçılar “Mənim addımım” fraksiyasının deputatı Sisak Qabrielyanı döyüblər, Müdafiə və təhlükəsizlik komissiyasının sədri Andranik Koçaryana yumurta atıblar. Polis parlament binasının qarşısında cəmləşən vətəndaşların bir çoxunu saxlayıb. Daha sonra “Nikolsuz Ermənistan!”, “Xain, Nikol!” şüarları səsləndirən vətəndaşlar Baqramyan prospekti boyunca yürüş ediblər.
İşğalçı dövlətin ağır məğlubiyyəti Ermənistanda ən yüksək səviyyələrdə etiraf olunur
Bu arada, erməni mətbuatında Paşinyan və komandasının işğalçı dövləti hansı fəlakətlərlə üz-üzə qoyması barədə geniş rəylərə yer verilir. Məsələn, “News.am” yazır ki, Erməni Strateji Araşdırmalar Mərkəzinin direktoru Tiqran Harutyunyan hakimiyyətin 2,5 il ərzində ölkəni hansı vəziyyətə gətirməsi barədə nəticələri təqdim edib. Onun sözlərinə görə, Paşinyan hakimiyyətinin fəaliyyəti nəticəsində ortada məğlub, dağılmış və fəaliyyət qabiliyyəti olmayan ordu qalıb. Ekspert qeyd edib ki, eyni zamanda, bu müddət ərzində minlərlə ailə qazanc yerini itirib, iqtisadi tənəzzül dərinləşib, xarici borc 8 milyard dolları ötüb. Ekspert qeyd edir ki, Nikolun Ermənistana bu qədər ziyan vurduqdan sonra hakimiyyətini davam etdirmək istəməsi və vətəndaşların ondan nəsə gözləməsi başadüşülən deyil.
Yeri gəlmişkən, qeyd edək ki, işğalçı dövlətin ağır məğlubiyyəti Ermənistanda ən yüksək səviyyələrdə etiraf olunur. Ermənistanın rəhbər vəzifəli şəxsləri də mövcud acınacaqlı durumu etiraf edirlər. Belə ki, Ermənistan prezidenti Armen Sarkisyan bəyan edib ki, minlərlə gəncin ölümü həm cəmiyyət, həm onların ailələri üçün faciədir. Onun sözlərinə görə, 26 il ərzində Azərbaycan bu istiqamətdə böyük güc sərf edib, müasir texnologiyalar tətbiq edərək ordu yaradıb, Ermənistan isə arzusunu reallıq kimi qəbul edib: “Azərbaycanlılar həm də informasiya və media müstəvisində müharibəyə hazırlaşıblar. Azərbaycan Ermənistana qarşı informasiya hücumları edir, Ermənistanda isə siyasi qüvvələr bir-birini ittiham edir. Ermənistan ciddi böhran içindədir. Bunun ən pisi həm də emosional-psixoloji böhrandır. Ağır məğlubiyyət yükünü təkcə Ermənistanın bugünkü deyil, gələcək nəsil də daşıyacaq”.
Ermənistanın diz üstə çökdüyünü etiraf edən prezident də hökumətin istefaya getməsinin və referendum keçirilməsinin vacibliyini vurğulayır. Onun sözlərinə görə, Ermənistan ağır sosial-iqtisadi böhran içindədir, səhiyyə, maliyyə, iqtisadi, psixoloji, humanitar və bütün sahələrdə böhran mövcuddur.
Ermənistan prezidentinin və ekspertlərin sözügedən fikirləri ölkənin hansı acınacaqlı durumda olduğunu göstərir. Ermənistanın bu duruma düşməsinin əsas səbəbi isə onun rəhbərlərinin apardığı işğalçılıq siyasəti, Azərbaycanın məqsədyönlü siyasi kursu və möhtəşəm qələbəsidir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

