10-cu sanksiya paketi gəlir...
19.01.2023 [11:03]
Aİ hansı qadağaları tətbiq edəcək?
Nicat Dilqəmli
Rusiya-Ukrayna müharibəsi səbəbindən Rusiyaya qarşı tətbiq edilən qadağaların əhatə dairəsi genişləndirilir. Müharibənin ilk günlərindən hava blokadasına məruz qalan Rusiya qarşıdakı mərhələlərdə daha ciddi sanksiyalarla üzləşdi. Siyahının uzanması - qadağalar paketlərinin sayının artması - isə, sözsüz ki, Rusiya iqtisadiyyatına ciddi şəkildə zərbə vurur. Şimal qonşumuz bu gün də yeni sanksiyalarla üz-üzədir. Belə ki, Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı onuncu sanksiyalar paketini tətbiq etmək niyyətindədir. Yeni paket əsasən bu günə qədər qəbul edilmiş məhdudiyyətlərdəki “boşluqların doldurulmasına” həsr olunacaq. Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen məlumat verib.
Onuncu paketdə nələr var?
Polşa və Litva diplomatlarının sözlərinə görə, Varşava və Vilnüs Aİ-nin Rusiyanın nüvə sektoruna məhdudiyyətlər qoymasını istəyir. Bununla belə, onlar etiraf edirlər ki, yeni sanksiyalarla bağlı konsensusa nail olmaq getdikcə çətinləşir. Yeni paketlə “SWIFT” beynəlxalq ödəniş sistemindən çıxarılan bankların və fəaliyyəti məhdudlaşdırılan Rusiya KİV-lərinin sayının artırılması gözlənilir. “Reuters”in yazdığına görə, Belarusa qarşı da qadağaların tətbiqi müzakirə mövzusudur. Buna səbəb isə Belarus ərazisində sanksiyalardan yan keçməyə imkan yaradan “boşluq”ların aşkar edilməsidir.
Ukrayna isə Aİ-ni Rusiyanın dövlət nüvə enerjisi şirkəti olan “Rosatom”u növbəti sanksiyalara daxil etməyə çağırıb. Bu təklif Macarıstan tərəfindən əngəllənmişdi. Onu da qeyd edək ki, Macarıstanın Rusiyada dörd nüvə reaktoru tikilib. Budapeşt isə daha iki reaktoru istismara verməyi planlaşdırır. Bu iki reaktorun da “Rosatom” tərəfindən tikiləcəyi bildirilir.
Adlarının çəkilməsini istəməyən yüksək vəzifəli diplomatlar Belçikanın Rusiya ilə almaz ticarətini “sonlandırmağa” çalışacaqlarını da qeyd ediblər.
Bəzi mənbələrdə onuncu sanksiyalar paketinin cari ilin fevral ayının sonlarına hazır olacağı qeyd edilir.
Xarici KİV-lərin məlumatına görə, hazırda Aİ sanksiyaları 1300 nəfərə yaxın insanı və “qara siyahı”ya düşən 120 təşkilatı əhatə edir. Eyni zamanda, Rusiya hərbi-sənaye kompleksi, 200-ə yaxın fiziki şəxs və dörd telekanal da sanksiyalara məruz qalıb. Sanksiyalar əsasən ticarət, nəqliyyat, enerji, bank, media və müdafiə sahələrinə şamil edilir. Bundan başqa, üçüncü paketdə yer alan viza siyasəti ilə Aİ Rusiya Prezidentini, Baş Nazir Mişustini, xarici işlər naziri Lavrovu, daxili işlər naziri Kolokolsevi və bir sıra digər siyasətçiləri, məmurları da siyahıya əlavə edib. Ekspertlər hakimiyyətdə təmsil olunan şəxslərin sanksiyalara məruz qalmasının çox nadir hadisə olduğunu diqqətə çatdırırlar.
Görünən odur ki, tətbiq edilməsi planlaşdırılan onuncu paket Rusiyanın çəmbərini daha da daraldacaq.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

