Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / Akademik Valeri Lunin: Artıq ikinci ildir, keçirilən bu Forumun dünyada analoqu yoxdur

Akademik Valeri Lunin: Artıq ikinci ildir, keçirilən bu Forumun dünyada analoqu yoxdur

06.10.2012 [16:46]

Artıq ikinci ildir keçirilən bu Forumun dünyada analoqu yoxdur. Bu, böyük hadisədir. Bu sözləri II Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Rusiya Elmlər Akademiyasının akademiki, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsinin dekanı Valeri Lunin AzərTAc-a müsahibəsində deyib.
Akademik bildirib ki, Azərbaycanın müxtəlif ölkələrdən, müxtəlif konfessiyalardan olan insanları birləşdirmək səyi böyük əhəmiyyətə malikdir. Alim deyib: “Bu gün burada dünyanın bir çox ölkələrindən çoxlu sayda Nobel mükafatı laureatları, keçmiş dövlət başçıları, alimlər iştirak edirlər. Bu, təkcə Azərbaycanın deyil, bütün bəşər sivilizasiyasının tarixinə həmişəlik daxil olacaqdır. Mən bu Forumun keçirilməsini çox yüksək qiymətləndirirəm. Mən Azərbaycana, analoqu olmayan bu nadir tədbiri təşkil edən Prezident İlham Əliyevə minnətdaram”.
Paylaş:
Baxılıb: 2849 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31