/ / “İqlim dəyişikliyi və ekosistemlərin dayanıqlılığı: təhdidlər, çağırışlar, həllər” - elmi sessiya
“İqlim dəyişikliyi və ekosistemlərin dayanıqlılığı: təhdidlər, çağırışlar, həllər” - elmi sessiya
14.10.2024 [23:26]
Oktyabrın 14-də AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin, Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “İqlim dəyişikliyi və ekosistemlərin dayanıqlılığı: təhdidlər, çağırışlar, həllər” mövzusunda elmi sessiya öz işinə başlayıb.
AMEA-dan bildirilib ki, sessiyadan öncə “Yaşıl dünya naminə həmrəylik ili”nə və COP29-a həsr olunmuş sərgiyə baxış keçirilib.
Tədbiri açan akademik İsa Həbibbəyli BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un ölkəmizdə keçirilməsinin tarixi hadisə olduğunu deyib. Diqqətə çatdırıb ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi dünya birliyinin Azərbaycana olan inamının ifadəsidir və bu inamı dövlətimizin başçısı həyata keçirdiyi qlobal miqyaslı siyasəti və nüfuzu ilə əldə edib.
Ötən müddət ərzində COP29-a hazırlıq çərçivəsində ölkəmizdə bir çox işlərin görüldüyünü vurğulayan akademik İsa Həbibbəyli Şamaxıda nümayəndə heyətlərinin rəhbərləri səviyyəsində qeyri-formal məsləhətləşmələrin keçirildiyini, həmçinin COP28, COP29 və COP30-un sədrləri qismində BƏƏ, Azərbaycan və Braziliya tərəfindən “İqlim Troykası”nın təsis edildiyini, alimlərin də iştirak etdiyi Bakı İqlim Fəaliyyəti Həftəsinin, eləcə də Pre-COP29 tədbirinin baş tutduğunu diqqətə çatdırıb. AMEA rəhbəri ölkəmizin belə nüfuzlu tədbirə tam hazır olduğunu və yüksək səviyyədə keçiriləcəyini söyləyib.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri riyaziyyat elmləri doktoru Mübariz Hacıbəyov çıxışında qlobal ekoloji problemin və iqlim dəyişmələrinin təbiətlə yanaşı, insanların gündəlik iqtisadi-sosial həyatına ciddi təsir etdiyini vurğulayıb. Şöbə müdiri AMEA və Elm və Təhsil Nazirliyinin müvafiq mövzularda birgə tədbirlər keçirməsinin təqdirəlayiq olduğunu bildirib: “Dünyamızı qorumalı və ekoloji təmizliyə riayət etməliyik. Bu istiqamətdə ekoloji maarifləndirmə işlərinin aparılması olduqca vacibdir”.
Daha sonra sessiyada AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynovanın “Qlobal iqlim dəyişiklikləri dövründə davamlı inkişaf naminə qlobal və milli çağırışlar” mövzusunda məruzəsi dinlənilib. Akademik qeyd edib ki, qlobal istiləşmə, karbon emissiyasının artması, atmosferin, suyun və torpağın kəskin çirklənməsi, məişət və sənaye tullantılarının yüksək miqdarı, ekosistemlərin dayanıqsızlığı, səhralaşma, torpaqların deqredasiyası, yağıntıların paylanmasında dəyişikliklər, içməli və suvarma suları ilə təminatda problemlər, bioloji müxtəlifliyin azalması, növlərin itməsi canlı həyatın davamı üçün başlıca təhdidlər sırasındadır.
Akademik İradə Hüseynova çıxışında Azərbaycanda quraqlıq, habelə torpaqların eroziyası, bitki örtüyü sahələri ilə bağlı problemlərə toxunub.
Ərzaq təhlükəsizliyi barədə də danışan alim 1970-ci illərdə Ulu Öndərin dəstəyi ilə Azərbaycanda biologiya və ekologiya elmlərinin inkişafında görkəmli alim və ictimai-siyasi xadim akademik Cəlal Əliyevin istiqamətverici rolunun xüsusilə diqqətəlayiq olduğunu, böyük alimin rəhbərliyi ilə aparılan tədqiqat işlərinin kənd təsərrüfatı bitkilərinin potensial məhsuldarlığının reallaşdırılmasının fizioloji-genetik əsaslarının öyrənilməsinə, biomüxtəlifliyin tədqiqi, qorunub saxlanılması və səmərəli istifadəsinə yönəldildiyini bildirib.
Akademik hazırda elmin qarşısında iqlim senarisi ilə bağlı proqnozların işlənib-hazırlanması, ölkənin təbii landşaftlarının, torpaq, su və yaşıl örtük resurslarının, atmosferin vəziyyətinin, element tərkibində baş verən dəyişikliklərin, çirklənmə dərəcəsinin, radiasiya fonunun daimi monitorinqinin aparılması kimi mühüm vəzifələr durduğunu söyləyib.
Plenar iclasdan sonra tədbir öz işini bölmələrdə məruzələrin dinlənilməsi ilə davam etdirib.
Qeyd edək ki, elmi sessiya oktyabrın 15-də başa çatacaq.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

