BMU-İNHA İDP-nin Rəhbər Komitəsinin növbəti iclası keçirilib
15.10.2024 [20:17]
Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı (BMU-İNHA İDP) üzrə Rəhbər Komitənin növbəti iclası keçirilib.
BMU-dan AZƏRTAC-a bildirilib ki, hər iki ölkədən Rəhbər Komitə üzvlərinin qatıldığı iclasa İNHA Universitetinin nümayəndələri onlayn qoşulublar.
İclasda BMU-nun rektoru Yaqub Piriyev İDP-nin 4 il ərzindəki uğurlu nəticələrindən danışıb. Bu il ilk dəfə 61 tələbənin proqramdan məzun olduğunu, 83 tələbənin hazırda Koreyada sonuncu kursda təhsilini davam etdirdiyini diqqətə çatdıran rektor iki ölkə arasında təhsil əməkdaşlığının faydalı tərəflərinə toxunub. Yaqub Piriyev yüksəkixtisaslı mütəxəssislərin yetişdirilməsinə xidmət edən bu proqramın davamlı olacağına, ölkəmizin kadr potensialının güclənməsinə əhəmiyyətli töhfə verəcəyinə əminliyini bildirib.
Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli İNHA Universiteti ilə əməkdaşlığın konkret uğurlu nəticələrinin builki məzunlar olduğunu nümunə gətirərək bu faydalı əməkdaşlığın daha da genişlənəcəyinə inandığını söyləyib.
Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova da BMU ilə İNHA Universiteti arasında kadr hazırlığı istiqamətində aparılan əməkdaşlığın önəmini qeyd edib.
Sonra BMU-İNHA İDP-nin direktoru Humay Cəfərli gündəliyə daxil edilən məsələlər üzrə geniş təqdimatla çıxış edib.
İclasda ilk məzunların məlumat bazası, 2023/2024-cü tədris ili üzrə yaz semestrinin akademik nəticələri, 2024-cü ilin müvəffəqiyyət göstəriciləri, 2025-ci təqvim ilinin xərclər smetası, İNHA Univeritetində 4-cü kursda tədris edilən fənlərdə dəyişiklik məsələləri, o cümlədən bu universitetin professorlarının İDP tələbələri barədə rəyləri müzakirə olunub. Müvafiq qərarların verildiyi iclasda İNHA Universiteti tərəfindən Rəhbər Komitə üzvlərinin dəyişiklik məsələsi də səsə qoyularaq qəbul edilib.
Komitənin yeni üzvü, eləcə də həmsədri İNHA Universitetinin tədqiqat və xarici işlər üzrə prorektoru Vong Hee Kim iki ali təhsil ocağı arasında əlaqələrdən məmnun olduğunu deyib, atılan hər yeni addımın təhsil sahəsində əməkdaşlığı daha da möhkəmləndirdiyini vurğulayıb.
Komitənin digər yeni üzvləri - İNHA Universitetinin Planlaşdırma və büdcə şöbəsinin dekanı Ho Sang Jung, “Qlobal Təhsil Layihəsi” qrupunun dekanı Kyungjin Min, tədris işləri üzrə dekan Dae Young Park çıxış edərək əməkdaşlığın faydalı olması üçün səylə çalışacaqlarını bildiriblər.
Gündəlikdəki məsələlərin müzakirəsi ilə davam edən iclasda müxtəlif təkliflər səsləndirilib və bəzi məqamlara yenidən baxılması razılaşdırlıb.
İclasa yekun vuran rektor Yaqub Piriyev yeni üzvlərə komitədəki fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, Rəhbər Komitənin iclasları payız və yaz sessiyası olmaqla ildə 2 dəfə keçirilir.
Xəbər lenti
Hamısına baxDünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44

