ÜƏMT-nin departament direktoru ilə universitetlərin rektorları arasında görüş keçirilib
16.12.2024 [21:34]
Dekabrın 16-da Əqli Mülkiyyət Agentliyində ÜƏMT-nin Regional və milli inkişaf sektorunun Keçid və inkişaf etmiş dövlətlər departamentinin direktoru Habip Asan ilə ali təhsil müəssisəsinin rektorları arasında görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov son illər Azərbaycanın ali təhsil müəssisələrinin innovasiyalar istiqamətində nailiyyətlər əldə etdiyini, eləcə də ölkəmizin təhsil sistemində aparılan islahatları qeyd edib.
Görüşdə ÜƏMT-nin departament direktoru təmsil etdiyi təşkilatın həyata keçirdiyi layihələrdən danışıb. O, Əqli Mülkiyyət Agentliyinin ali təhsil müəssisələri ilə əməkdaşlığını, həmçinin Azərbaycanda bəzi universitetlərin texnoloji transfer mərkəzlərinin olmasını yüksək qiymətləndirib. Departament direktoru son 20 ildə patent və dizayn sahələrinin geniş inkişaf etdiyini söyləyib, əqli mülkiyyətin gəlir gətirməsi imkanları ilə bağlı fikirlərini bölüşüb.
Beynəlxalq təşkilatın rəsmisi çıxışında ayrı-ayrı ölkələrin universitetlərinin tədris, tədqiqat, əqli mülkiyyət və innovasiya təcrübəsini diqqətə çatdırıb. Habip Asan, həmçinin Azərbaycanın 2030-cu ilədək Milli Prioritetlərini yüksək qiymətləndirib.
Daha sonra Kamran İmanov maraqlı elmi işlərin, patentlərin kommersiyalaşdırılmasının zəruriliyini qeyd edib, bu prosesdə kritik nöqtələrə nəzər salıb. Agentliyin rəhbəri bildirib ki, əqli mülkiyyətə öncədən sahiblik aydınlaşmalıdır. Əqli mülkiyyətin nəticəsinə görə düzgün bölünmə aparılmalıdır. Onun sözlərinə görə, adambaşına daha aşağı ÜDM-i olan ölkələr əqli mülkiyyət hüquqlarının daha zəif qorunmasına üstünlük verərək imitasiyalara yol açırlar. Lakin ÜDM-in adambaşına artması ilə keyfiyyətli, leqal məhsullara ehtiyac artır, istehsal stimullaşdırılır və bununla əqli mülkiyyətin qorunma səviyyəsinin artmasına səbəb olur. Deməli, birbaşa xarici investisiyalara ehtiyac olmadığı halda adambaşına ÜDM-in artımı əqli mülkiyyət hüquqlarının qorunması səviyyəsini artırır. Qeyd olunub ki, zəif iqtisadiyyatlı ölkələr üçün birbaşa xarici investisiyaları cəlb etmək məqsədilə əqli mülkiyyət hüquqlarını yüksək səviyyədə qorumağa başlayırlar. Onlar zənginləşən və ortasəviyyəli gəliri olan ölkələrə çatdıqdan sonra əqli mülkiyyətin qorunma rejimi zəifləyir və bununla idxal texnologiyaları daha geniş istifadə olunur. Lakin texnoloji həddə çatdıqdan sonra əqli mülkiyyət hüquqlarının qorunması yenidən güclənir.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektor professor Ədalət Muradov bu görüşün əhəmiyyətini qeyd edib. O, ilkin olaraq patentlərin satılmasının mümkünlüyü, hüquq sahiblərinin bu barədə maarifləndirilməsinin əhəmiyyətini söyləyib, həmçinin alimlərə dəstək göstərilməsinin vacibliyini bildirib.
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev ölkədə əqli mülkiyyət sahəsində kadr hazırlığı ilə bağlı Agentliyin fəaliyyətini xüsusi vurğulayıb. Rektor, həmçinin universitetin innovasiyalar sahəsində həyata keçirdiyi tədbirləri qeyd edib. O, BDU tələbələrinin innovativ layihələrinin Türkiyədə “TEKNOFEST”də uğur qazandığını bildirib.
Görüş müzakirələrlə davan edib. ÜƏMT-nin rəsmisi universitet rektorlarının suallarını cavablandırıb.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43

