Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Nicat Dadaşov: Peşəkar qiymətləndirmə və sağlam rəqabət milli kinonun inkişafına təkan verir

Nicat Dadaşov: Peşəkar qiymətləndirmə və sağlam rəqabət milli kinonun inkişafına təkan verir

18.08.2026 [17:10]

Hər bir sənət sahəsində olduğu kimi, kinoda da peşəkar qiymətləndirmə və sağlam rəqabət mühitinin formalaşması inkişafın əsas hərəkətverici qüvvələrindən biridir. Bu yaxınlarda keçirilən Azərbaycan Kinotənqidçilər və Kinoşünaslar Gildiyasının (AKKG) 2-ci mükafatlandırma mərasimi, ilk növbədə, il ərzində görülən işlərə obyektiv və peşəkar qiymət verilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Ssenaristlər Gildiyasının sədri Nicat Dadaşov deyib.

O bildirib ki, tədbir kinematoqrafçıların əməyinin layiqincə qiymətləndirilməsinə, xüsusilə də gənc rejissorlar, ssenaristlər və yaradıcı heyətin digər üzvlərinin əməyinə diqqətin artırılmasına və onların mənəvi cəhətdən dəstəklənməsinə mühüm töhfə verir.

“Həm Ssenaristlər Gildiyasının, həm də Kinotənqidçilər və Kinoşünaslar Gildiyasının bu kimi təşəbbüsləri yerli kino bazarında canlanma yaradır, peşəkar mühiti hərəkətə gətirir və filmlərin daha geniş tamaşaçı auditoriyasına, eləcə də beynəlxalq platformalara çıxışına imkan yaradır. Bir sözlə, peşəkar tənqid və dəstək mexanizmləri inkişaf etdikcə, milli kinomuzun keyfiyyət göstəriciləri də yüksələcək”, - deyə Nicat Dadaşov vurğulayıb.

Paylaş:
Baxılıb: 45 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Gündəm

Gündəm

Sosial

107 yaşlı DSX!

18 Avqust 09:05

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31