Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndə heyəti İsraildə səfərdədir
25.02.2015 [01:00]
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti İsraildə səfərdədir.
AMEA-dan AzərTAc-a bildiriblər ki, İsrail Təbiət və Humanitar Elmlər Akademiyasının (İTHEA) rəhbərliyi ilə keçirilən görüşdə akademik Rut Arnon 1961-ci ildə Qüdsdə yaradılmış İTHEA-nın tarixi haqqında qonaqlara məlumat verib. Qeyd edilib ki, İTHEA İsrailin yüzdən artıq tanınmış alimini bir araya gətirib, həmçinin ölkənin geologiyası, flora və faunasının öyrənilməsi, Talmud, yəhudi fəlsəfəsi, ədəbiyyatı və s. araşdırılmasına yönəlmiş layihələri maliyyələşdirir.
Akademik R.Arnon bildirib ki, İTHEA müxtəlif beynəlxalq layihələrdə iştirak edir, həmçinin Eynşteyn Təqaüd Fonduna rəhbərliyi həyata keçirir.
Görüşdə akademik Akif Əlizadə AMEA-nın 70 illik tarixi barədə ətraflı məlumat verib.
Sonra Azərbaycanda fundamental elmlərin inkişafı, AMEA-nın strukturu, respublikada elmə və alimlərə göstərilən diqqət və qayğıdan bəhs edən videoçarx nümayiş olunub.
AMEA və İTHEA arasında elm və texnologiya sahəsində birgə əməkdaşlıq haqqında saziş imzalanıb.
Daha sonra AMEA-nın nümayəndə heyətinin iştirakı ilə İsrailin ən iri elm və təhsil mərkəzi, dünyanın ən yaxşı universitetlərinin siyahısında ilk yüzlüyə daxil olan Qüds Universitetində görüş keçirilib. AMEA-nın nümayəndə heyəti İsrailin ilk təhsil müəssisəsinin prorektoru, doktor Oron Şaqrif ilə görüşüb, universitetin laboratoriyaları ilə yaxından tanış olublar.
Səfər çərçivəsində alimlərimiz Qüds şəhərinin görməli yerlərindən olan İbadət dağını, İslam mədəniyyətinə məxsus Qübbətüs-Səhra və əl-Əqsa məscidlərini də ziyarət ediblər.
AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov və digər alimlərdən ibarət nümayəndə heyətinin İsrailə səfəri davam edir.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39

