/ / ADAU-da “Bitki mühafizəsi üzrə tədris proqramının beynəlxalq təhsil proqramına uyğunlaşdırılması” mövzusunda respublika seminar-müşavirəsi keçirilib
ADAU-da “Bitki mühafizəsi üzrə tədris proqramının beynəlxalq təhsil proqramına uyğunlaşdırılması” mövzusunda respublika seminar-müşavirəsi keçirilib
18.06.2015 [16:09]
2015-ci ilin 18 iyun tarixində Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsində “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsinin bitki sağlamlığı və fitosanitar sistemin təkmilləşdirilməsi sub-komponenti fəaliyyətləri” çərçivəsində “Bitki mühafizəsi üzrə tədris proqramının beynəlxalq təhsil proqramına uyğunlaşdırılması” mövzusunda bitki mühafizəsi sahəsi üzrə çalışan alimlərin, fermerlərin, torpaq mülkiyyətçilərinin və iş adamlarının iştirakı ilə işgüzar respublika seminar-müşavirəsi keçirilib.
Seminar-müşavirədə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidmətinin rəisi Camal Quliyev, Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar, Elmi-Tədqiqat Əkinçilik, Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq, Elmi-Tədqiqat Tərəvəzçilik, Elmi-Tədqiqat Bitki Mühafizə, Elmi-Tədqiqat Pambıqçılıq və Elmi-Tədqiqat İpəkçilik İnstitutlarının əməkdaşları iştirak edib.
Seminar-müşavirəni giriş sözü açan rektor, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək Azərbaycan Dövlət Aqrar Universitetində tədrisin yeni məzmunda təşkili istiqamətində həyata keçirilən tədbirlərin mühüm istiqamətləri, maddi-texniki bazanın möhkəmləndirilməsi, müasir laboratoriyaların quraşdırılması, cihaz və avadanlıqlarla təchizat işləri barədə danışıb, bitki mühafizəsi fənninin yeni tədris metodikası ilə tədbir iştirakçılarını tanış edib.
Seminar-müşavirədə iştirak edən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidmətinin rəisi Camal Quliyev dövlət tərəfindən fitonəzarət sahəsində həyata keçirilmiş tədbirlər və onların nəticələri, ADAU ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələləri barədə danişıb.
Seminar-müşavirədə bitki mühafizəsi üzrə kadr hazırlığında beynəlxalq təcrübə, tədris proqramının beynəlxalq standartlara uyğunlaşdırılması və aparıcı aqrar yönümlü xarici ali təhsil müəssisələrinin proqramları ilə unifikasiyası, əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması məsələləri müzakirə edilib, iştirakçılar universitetin maddi-texniki bazası ilə yaxından tanış olublar.
ADAU-nun mətbuat xidməti
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51

