Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Distant Təhsil Mərkəzinin açılışı olub
07.07.2015 [10:10]
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin üzvləri Naxçıvana gəliblər. İyulun 6-da Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə və akademiyanın Rəyasət Heyətinin üzvləri Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərində əzəmətlə ucalan abidəsini ziyarət edərək gül dəstələri düzüb, Heydər Əliyev Muzeyində olublar.
AZƏRTAC xəbər verir ki, muzeylə tanışlıq zamanı Ulu öndərin həyat və fəaliyyəti, siyasi-nəzəri irsi haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, burada nümayiş etdirilən eksponatlar Ulu öndərin ictimai-siyasi fəaliyyətini, keçdiyi həyat yolunu özündə əks etdirən dəyərli mənbələrdir.
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin üzvləri Ulu öndər Heydər Əliyevin abidəsi önündə xatirə şəkli çəkdiriblər.
Sonra Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin üzvləri Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Bioresurslar və Təbii Ehtiyatlar institutlarında olub, bölmənin Distant Təhsil Mərkəzinin açılışında iştirak ediblər. Məlumat verilib ki, bu gün Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində elmi-texniki yeniliklərin ən son nailiyyətləri tətbiq olunur. Son illər müasir informasiya texnologiyalarından istifadə elmi nailiyyətlərin artırılmasına səbəb olub, elektron kitabxana yaradılıb. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Distant Təhsil Mərkəzinin fəaliyyətə başlaması da bu baxımdan mühüm əhəmiyyət daşıyır.
Distant Təhsil Mərkəzi yaradılarkən bölmənin böyük akt zalında videokonfrans, kiçik akt zalında isə audiokonfrans sistemləri qurulub, hər iki zala optik kabel çəkilibdir. Mərkəzdə proyektor, kamera, 12 mikrofon və digər avadanlıqlar quraşdırılıb. Distant Təhsil Mərkəzi ölkəmizin və dünyanın istənilən elm mərkəzi ilə telekörpülərin yaradılmasına, eləcə də müştərək videokonfransların keçirilməsinə imkan verəcək.
Mərkəzlə tanışlıqdan sonra Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutu ilə videobağlantı yaradılıb.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51

