Gəncədə VIII Beynəlxalq Atatürk konfransı işə başlayıb
14.10.2015 [10:04]
Oktyabrın 13-də Gəncədəki Heydər Əliyev Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu və Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə dünya tarixçilərinin VIII Beynəlxalq Atatürk konfransı işə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi ilə keçirilən beynəlxalq konfrans Azərbaycan və Türkiyə respublikalarının Müstəqillik günlərinə həsr olunub.
AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə görkəmli dövlət xadimi Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri qoyublar.
Beynəlxalq konfransın açılış mərasimində Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri səsləndirilib, Türkiyədə törədilmiş terror aktında həlak olanların xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Azərbaycan və region ölkələrinin XIX-XX əsrlər tarixinin aktual problemlərinin müzakirə olunduğu konfransı AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov açaraq, VIII Beynəlxalq Atatürk konfransını himayəyə götürən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana konfrans iştirakçıları adından minnətdarlığını bildirib. Belə bir mötəbər tədbirin Gəncədə keçirilməsinin təsadüfi olmadığını diqqətə çatdıran Yaqub Mahmudov qeyd edib ki, bəşəriyyətə dahi Nizami Gəncəvini bəxş edən bu qədim şəhər həm də milli azadlıq hərəkatının, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin beşiyidir.
Sonra Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Prezident İlham Əliyevin VIII Beynəlxalq Atatürk konfransının iştirakçılarına təbrik məktubunu oxuyub.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək, belə bir mötəbər tədbirin Gəncədə keçirilməsini əlamətdar hadisə adlandırdı və konfransın işinə uğurlar arzulayıb.
Konfransda Türkiyənin Atatürk Araşdırma Mərkəzinin rəhbəri Mehmet Ali Beyhan, Türkiyə Respublikası Nazirlər Kabineti yanında Dövlət Arxivləri Baş İdarəsinin rəisi Uğur Ünal, Türkiyənin Atatürk Mədəniyyət, Dil və Tarix İdarəsinin sədri Derya Örs, Türkiyənin Gəncədəki baş konsulu Orhan İşıq və başqaları çıxış edərək bildiriblər ki, təhrif olunmuş tarix xalqları həmişə üz-üzə qoyur. Bu baxımdan VIII Beynəlxalq Atatürk konfransında söylənəcək fikirlər tarixi saxtalaşdıranlara tutarlı cavab olacaq.
Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, erməni faşizminin xalqımıza qarşı törətdiyi soyqırımı siyasəti, Dağlıq Qarabağın ermənilər tərəfindən özünküləşdirilməsi, eləcə də ona yaxın ərazilərin işğalı konfrans iştirakçıları tərəfindən pislənərək, bu qanlı hadisələrə himayədarlıq edən dövlətlərə tutarlı faktlarla cavab verilib. Diqqətə çatdırılıb ki, son vaxtlar müsəlman ölkələrində törədilən qanlı hadisələr yüz illər öncə həyata keçirilən məkrli siyasətin məntiqi davamıdır. XX əsrin əvvəllərindən türklərə qarşı başlanan soyqırımının qarşısının alınmasında əsl qardaşlıq köməyi göstərmiş Qafqaz İslam Ordusunun xidmətlərindən danışan natiqlər onu da əlavə ediblər ki, azərbaycanlılara və türklərə qarşı soyqırımı siyasəti məhz bu dövrdən başlayıb və bu siyasət indi də aparılır. Söz yox ki, bu gün müsəlman dünyasına qarşı edilən ədalətsizliklər böyük dövlətlərin milli maraqlarına xidmət edir.
Konfrans iştirakçıları tarixçi alimlərə belə bir imkan və şərait yaratdığına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıblar.
Sonra Türkiyənin Atatürk Araşdırma Mərkəzinin rəhbəri Mehmet Ali Beyhanın Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutuna fəxri doktor seçilməsi elan edilib və institutun diplomu görkəmli alimə təqdim olunub. Diqqətə çatdırılıb ki, artıq AMEA-nın Tarix İnstitutu Türkiyənin Atatürk Araşdırma Mərkəzi ilə birlikdə ortaq türk tarixinin yazılması üçün işlərə başlayıb.
Sonda Atatürk Araşdırma Mərkəzinin rəhbərinə xatirə hədiyyələri təqdim edilib. Gəncə şəhər İcra Hakimiyyəti adından qonaqlara dahi Azərbaycan şairi Nizami Gəncəvinin Türkiyədə nəfis şəkildə çap edilmiş “Xəmsə”si hədiyyə olunub.
Konfrans iştirakçıları mərkəzin foyesində Azərbaycan və türk xalqlarına qarşı törədilən soyqırımı siyasətini əks etdirən arxiv sənədlərinin surətlərindən ibarət sərgiyə də baxıblar.
Daha sonra konfrans işini plenar iclaslarda davam etdirib.
Azərbaycan, Türkiyə, Rusiya, Polşa, Bolqarıstan, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Hindistan, Serbiya, İtaliya və sair ölkələrdən olan 130-dan artıq nümayəndənin iştirak etdiyi konfransda üç gün ərzində 90-dək elmi məruzə dinləniləcək.
Xəbər lenti
Hamısına baxDünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17

