AMEA-da akademik Tofiq Hacıyevin 80 illik yubileyi qeyd olunub
19.05.2016 [10:11]
Mayın 18-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə görkəmli türkoloq, Əməkdar elm xadimi, Türk Dil və Tarix Qurumunun fəxri üzvü, “Şöhrət” ordenli, akademik Tofiq Hacıyevin 80 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə görkəmli alimin yaradıcılığından, zəngin elmi irsindən, Azərbaycan ədəbi dil tarixi, dialektologiya və türkologiya elminin inkişafında xidmətlərindən danışılıb.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Tofiq Hacıyevin səmərəli elmi fəaliyyətindən, respublikamızda dilçilik elminin inkişafına verdiyi töhfələrdən söz açıb. Bildirilib ki, akademik T.Hacıyev həm ölkəmizdə, həm də türk dünyasında tanınan, böyük nüfuza malik alim idi. O, hələ gənc yaşlarından elmə böyük maraq göstərib, zəngin elmi fəaliyyəti ilə Azərbaycan dilçilik elminə böyük töhfələr verib, bütün ömrünü bu sahəyə həsr edib.
Akademik qeyd edib ki, T.Hacıyev dilçiliyin bütün sahələri ilə məşğul olub və mühüm elmi nailiyyətlərə imza atıb. Onun elmi tədqiqatlarının nəticələri dünyanın bir çox nüfuzlu beynəlxalq elmi jurnallarında çap olunub, əsərləri beynəlxalq səviyyədə sanballı elmi mənbə kimi istifadə edilib. Alim 1962-ci ildə “Azərbaycan dilinin Cəbrayıl şivəsi” mövzusunda namizədlik, 1969-cu ildə “XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. T.Hacıyevin namizədlik dissertasiyası türkologiya tarixinə Azərbaycan dilçiliyində keçid şivələri haqqında ilk elmi iş kimi düşüb. Onun ədəbi dilimizin çoxəsrlik tarixinə həsr edilən iki cildlik “Azərbaycan dilinin tarixi” , “Azərbaycan dilinin taleyi” əsərlərini dilçilik tariximizin incilərindən hesab etmək olar.
Vurğulanıb ki, T.Hacıyev müəllifi olduğu sanballı əsərləri və yetişdirdiyi tələbələri ilə Azərbaycanda müasir dövrün dilçilik məktəbinin əsasını qoyub. Alim elmi-pedaqoji fəaliyyətinin böyük bir hissəsini BDU-da yeni kadrların hazırlanmasına həsr edib. T.Hacıyevin Azərbaycan dilinin tarixi ilə yanaşı, ədəbiyyat tariximizdə böyük xidmətlər göstərdiyi, çoxcildlik “Azərbaycan ədəbiyyatı tarixi” kitabının ərsəyə gəlməsində iştirak etdiyi diqqətə çatdırılıb.
İ.Həbibbəyli bildirib ki, AMEA-nın Rəyasət Heyəti, humanitar və ictimai elmlər bölmələri akademik T.Hacıyevin əsərlərinin yeddi cildliyinin çap olunması barədə qərar qəbul edib. Eyni zamanda, hazırda AMEA-da alimin həyat və yaradıcılığına həsr olunan kitab, monoqrafiya, məqalə toplusu da hazırlanır.
T.Hacıyevin 80 illik yubileyinin təşkilini alimin parlaq xatirəsinə dərin ehtiramın ifadəsi kimi dəyərləndirən İ.Həbibbəyli bildirib ki, ömrünün yarıdan çoxunu Azərbaycan dilçilik elminin inkişafına həsr edən T.Hacıyevin zəngin irsi gələcək nəsillərə layiqli töhfədir.
Sonra Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu “Tofiq Hacıyevin Azərbaycan ədəbi dili tarixinin öyrənilməsində xidmətləri” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, türk dünyasının görkəmli alimi, akademik T.Hacıyev Azərbaycan dilçilik salnaməsinin ən böyük simalarından və türkologiya sahəsinin əvəzolunmaz dilçilərindən biridir. Məhsuldar elmi fəaliyyətə malik olan T.Hacıyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında yenilikçi dilçi alim kimi tanınıb, Azərbaycan dilçilik elminin inkişafı tarixində əvəzsiz xidmətlər göstərib. Onun elmi yaradıcılığında dil tarixi, ortaq türk dili və tərcümə məsələləri ilə bağlı tədqiqatları mühüm yer tutur.
Tədbirdə, həmçinin Bakıda Atatürk Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov “Akademik Tofiq Hacıyev: böyük alim, müəllim və ictimai xadim”, Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov “Tofiq Hacıyev və “Kitabi-Dədə Qorqud”, filologiya elmləri doktoru, professor Elbrus Əzizov “Görkəmli alim və böyük müəllim” mövzularında məruzələrlə çıxış edib, görkəmli alimin dilçilik elminin inkişafındakı xidmətlərindən, yüksək mənəvi keyfiyyətlərindən danışıblar. Bildirilib ki, T.Hacıyevin sanballı elmi fəaliyyəti Azərbaycan dilçilik elminin parlaq səhifələrindən birini təşkil edir. Onun dilçilik elminin müxtəlif aktual problemlərini, o cümlədən müəyyən istiqamətləri əhatə edən araşdırmaları mütəxəssislər tərəfindən yüksək dəyərləndirilib. Alimin yetişdirdiyi elmi kadrlar hazırda ölkəmizdə və xaricdə fəaliyyətlərini uğurla davam etdirirlər.
Sonda alimin oğlu Azər Hacıyev atasının xatirəsinə göstərilən yüksək hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

