İBM şirkəti Bakı Ali Neft Məktəbi ilə əlaqələrini genişləndirir
02.06.2016 [09:42]
İBM şirkətinin vitse-prezidenti Rac Rayçura Bakı Ali Neft Məktəbində (BANM) olub və ali məktəbin rəhbərliyi və professor-müəllim heyəti ilə görüşüb. Görüş zamanı BANM-in rektoru Elmar Qasımov qonağa BANM-in məqsəd və hədəfləri, eləcə də enerji, avtomatlaşdırma və İKT sahəsində fəaliyyət göstərən müxtəlif yerli və beynəlxalq şirkətlərlə sıx əməkdaşlığı haqqında danışıb. Ali məktəbin yaradılmasında əsas məqsədin yerli və beynəlxalq əmək bazarında yüksəkixtisaslı, müasir biliklərə yiyələnmiş, ingilisdilli və geniş dünyagörüşlü mütəxəssislərə olan ehtiyacın ödənilməsi üçün mühəndis kadrların hazırlanması olduğunu qeyd edən rektor İBM şirkəti ilə daha geniş səviyyədə əməkdaşlıq üçün BANM-də hərtərəfli imkanların mövcud olduğunu deyib.
İBM şirkətinin vitse-prezidenti Rac Rayçura səmimi qəbula görə rektora minnətdarlığını bildirib. Ölkənin ən istedadlı tələbələrinin oxuduğu ali təhsil ocağı ilə əməkdaşlıqda olduqca maraqlı olduqlarını ifadə edən cənab Rayçura bu sahədə çoxsaylı perspektivlərin olduğunu deyib. O, xüsusilə İBM-in BANM-in yeni kampusunda yaradılacaq laboratoriyalarda kadr hazırlığı prosesinə ən müasir texnika və texnologiyalarının dəstəyi ilə mühüm töhfə verə biləcəyini vurğulayıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər və ikitərəfli əməkdaşlığın daha geniş inkişaf perspektivləri barədə müzakirələr aparılıb.
Qeyd edək ki, BANM-lə İBM arasında sıx əlaqələr mövcuddur və hazırda neft-qaz, avtomatika və İKT üzrə proqram təminatlarının yaradılması və istifadəsinə dair birgə fəaliyyətlərlə bağlı tədbirlər həyata keçirilir.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47

