/ / Norveçdə yaşayan həmyerlimiz Rüfət Babayev Neft Mühəndisləri Cəmiyyətinin mükafatına layiq görülüb
Norveçdə yaşayan həmyerlimiz Rüfət Babayev Neft Mühəndisləri Cəmiyyətinin mükafatına layiq görülüb
16.06.2016 [09:10]
Bu gün ölkə hüdudlarından kənarda öz intellekti, savadı, təhsili ilə fərqlənən neçə-neçə gəncimiz var ki, vətənimiz onlarla qürur duyur. Onların elmdə, təhsildə, işlərində qazandıqları nailiyyətlər hər birimizin sevinci, hər birimizin qürur mənbəyi, bütövlükdə Azərbaycanımızın qələbəsidir. Vətəndən uzaqlarda gördükləri işlərlə, əldə etdikləri nailiyyətlərlə tanınan, müxtəlif beynəlxalq mükafatlara layiq görülən bu gənclər hansı sahədə çalışmalarından asılı olmayaraq xalqımıza, millətimizə, ən əsası, müstəqil Azərbaycanımıza xidmət edirlər.
Norveçdə yaşayan həmyerlimiz Rüfət Babayev də belə gənclərdəndir. Norveçin “Statoyl” Neft Şirkətində yeraltı dəstək mərkəzində aparıcı mühəndis kimi çalışan Rüfət Babayev Stavangerdə Neft Mühəndisləri Cəmiyyətinin (SPE Stavanger) “İlin gənc mühəndisi” mükafatına layiq görülüb. O, Statfyordun istismar müddətini bitirmiş iki quyusunda boruların tərs qaz axını sisteminin quraşdırılması (İGLS) layihəsində fəaliyyətinə görə mükafatlandırılıb. Bu layihə zəif, ikinci dərəcəli maneələr səbəbi ilə şərti qaz axınının tətbiqinin mümkün olmamasından lay təzyiqi ilə boşaldılmış quyularda hasilatı artırmaq və ya başlamaq üçün alternativ həll kimi irəli sürülüb. “Bu iqtisadi səmərəli və alternativ həllər üçün tətbiq olunan ən mükəmməl mühəndislik nümunəsidir. Sən bu mükafata layiqsən, Rüfət!” deyən şirkətin qazma və mühəndislik bölməsinin vitse-prezidenti Erik G. Kirkemo həmyerlimizin layihəsini yüksək qiymətləndirib. Qeyd edək ki, Rüfət Babayevin aldığı nəticələr barədə məruzəsi 2015-ci ilin martında Neft Mühəndisləri Cəmiyyətinin (SPE) ABŞ-ın Hyuston şəhərində keçirdiyi beynəlxalq konfransda da böyük maraqla qarşılanıb.
5 ildən çoxdur ki, Statoyl şirkətində çalışan R.Babayev bu şirkətdə işə başlamazdan əvvəl “BP Azərbaycan”da çalışıb. O, Almaniyanın Freiberg Mədən Akademiyası Texniki Universitetinin Neft mühəndisliyi üzrə magistr dərəcəsini alıb. Layihə mühəndisi və dizayn, planlaşdırma və icra lideri kimi fəaliyyət göstərib, müxtəlif sahələrdən olan həmkarlarıyla Statfyord quru və dənizdə müdaxilə komandasıyla işləyib, müəllifi olduğu İGLS layihəsi 2014-cü ilin iyul-oktyabr aylarında Statfyord A quyularında uğurla quraşdırılıb.
Məlumat üçün qeyd edək ki, Neft Mühəndisləri Cəmiyyətinin təsis etdiyi bu mükafat neft mühəndisliyi peşəsində və neft sənayesində müstəsna xidmətlərinə, liderlik keyfiyyətlərinə görə verilir.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

