Bakıda “İdarəetmə elmi və mühəndislik idarəetməsi” mövzusunda X beynəlxalq konfrans keçirilir
01.09.2016 [09:47]
Avqustun 31-də Bakıda “İdarəetmə elmi və mühəndislik idarəetməsi” (“ICMSEM 2016”) mövzusunda X beynəlxalq konfransın açılışı olub.
Tədbir Elm və Mühəndislik İdarəetməsi Beynəlxalq Cəmiyyəti, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti və Çinin Siçuan Universiteti tərəfindən təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan, Çin, ABŞ, Rusiya, Yaponiya və dünyanın digər ölkələrindən alim və mütəxəssislərin iştirak etdikləri konfransın açılışında təhsil naziri Mikayıl Cabbarov çıxış edərək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli lider Heydər Əliyevin elmin, təhsilin inkişafına daim böyük önəm verdiyini, Ulu öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib.
Ölkəmizdə təhsilin inkişafı istiqamətində reallaşdırılan tədbirlərdən danışan nazir son illərdə müasir tələblərə cavab verən çoxlu sayda məktəb binasının tikilib istifadəyə verildiyini, təhsil üçün bütün lazımi şəraitin yaradıldığını diqqətə çatdırıb. M.Cabbarov ölkələr arasında elm, təhsil əlaqələrinin genişləndirilməsinin əhəmiyyətindən bəhs edib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir ölkəmizin ərazisinin bir hissəsinin qəsbkar ermənilər tərəfindən zəbt olunduğunu xatırladıb.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasətin uğurlu nəticələrindən danışıb, ölkəmizdə qazanılan nailiyyətləri diqqətə çatdırıb.
Müasir dünyada elmin, təhsilin mühüm rolundan, bu sahədə əldə olunan yüksək nailiyyətlərdən bəhs edən AMEA-nın prezidenti ölkəmizdə bu sahələrə xüsusi diqqət və qayğı göstərildiyini bildirib.
AMEA-da səmərəli elmi tədqiqatlar aparıldığını söyləyən akademik A.Əlizadə bu konfransın əhəmiyyətli nəticələrinin olacağına əminliyini bildirib.
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat verib, təhsilin inkişafı üçün həyata keçirilən tədbirlərdən danışıb.
Rektor universitet menecmenti, onun fəaliyyəti ilə bağlı fikirlərini diqqətə çatdırıb.
AMEA-nın müxbir üzvü Asəf Hacıyev, Elm və Mühəndislik İdarəetməsi Beynəlxalq Cəmiyyətinin prezidenti Jiuping Xu beynəlxalq konfransın elmə, təhsilə töhfə verəcəyinə əminliklərini bildiriblər.
Sonra mövzu ilə bağlı məruzələr dinlənilib, müzakirələr aparılıb.
“İdarəetmə elmi və mühəndislik idarəetməsi” mövzusunda beynəlxalq konfrans 2007-ci ildən etibarən hər il dünyanın müxtəlif ölkələrində keçirilir. Bu il həmin konfransa MDB məkanında ilk dəfə olaraq Azərbaycan ev sahibliyi edir.
Beynəlxalq konfrans sentyabrın 1-də başa çatacaq.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52

