UNEC ilə Dövlət Gömrük Komitəsi arasında anlaşma memorandumu imzalanıb
28.01.2017 [10:47]
Yanvarın 27-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bu ali məktəbin və Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) birgə təşkilatçılığı ilə “İqtisadiyyatda təhlükəsizlik: ticarətin asanlaşdırılması və mühafizəsi aspektləri” mövzusunda elmi-praktik konfrans işə başlayıb. Beynəlxalq tədbir DGK-nın 25 illiyinə həsr olunub.
Konfrans çərçivəsində DGK ilə UNEC arasında elmin inkişafı və kadr potensialının gücləndirilməsi sahəsində anlaşma memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, konfransın açılış mərasimində DGK-nın sədri Aydın Əliyev Azərbaycan gömrük xidmətinin yaranmasında Ümummilli lider Heydər Əliyevin böyük rolunun olduğunu xatırladıb. O, Dövlət Gömrük Komitəsinin Akademiyasının uğurla fəaliyyəti göstərdiyini və yüksək ixtisaslı kadrların hazırlanmasında mühüm rolunu qeyd edib.
DGK-nın Dünya Gömrük Təşkilatı (DGT) ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdıran A.Əliyev vurğulayıb ki, Azərbaycanda Dünya Gömrük Universitetləri Şəbəkəsinin (İNCU) nümayəndəliyinin olması DGT-nin ölkə gömrüyünə olan etibarının göstəricisidir.
Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya çıxışında bildirib ki, gömrük xidməti müasir innovativ idarəetməyə malik olmalıdır. O, rəqəmsal gömrüyə böyük önəm verildiyini söyləyib. K.Mikuriya qeyd edib ki, ticarətin sadələşdirilməsi və təhlükəsiz idarə olunması mühüm məsələyə çevrilib. Qeyri-qanuni ticarət leqallaşdırılmalıdır. Qeyri-qanuni ticarətə nəzarətin gücləndirilməsi mədəni irsin qorunmasına töhfə olacaq.
K.Mikuriya bildirib ki, bu gün Azərbaycan gömrüyü regionda liderdir. Azərbaycan gömrüyü hazırda potensial quruculuğa, texniki potensiala və müasir Kinoloji Mərkəzə malikdir.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov qeyd edib ki, gömrük sistemində təhlükəsizlik hər bir dövlətin qarşısında duran ən önəmli məsələlərdəndir. İxrac-idxal əməliyyatlarının aparılmasında dövlət gömrük orqanlarının böyük rolu olduğunu deyən Z.Əsgərov bildirib ki, ölkə iqtisadiyyatının inkişafı gömrük xidmətinin səmərəli fəaliyyətindən asılıdır.
Sonra Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə və UNEC-in rektoru Ədalət Muradov ticarət təhlükəsizliyi ilə bağlı çıxış ediblər. Çıxışlarda iqtisadi tənzimlənmə məsələlərindən bəhs olunub, bu istiqamətdə beynəlxalq ticarətin əhəmiyyəti qeyd edilib.
Tədbirdə DGK ilə UNEC arasında elmin inkişafı və kadr potensialının gücləndirilməsi barədə anlaşma memorandumu imzalanıb.
Sənədi A.Əliyev və Ə.Muradov imzalayıblar.
İki gün davam edəcək konfransın paralel sessiyalarında iqtisadi mövzularda məruzələr dinləniləcək.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

