/ / Dövlət İdarəçilik Akademiyası ilə Macarıstan Dövlət Qulluğu Universiteti arasında memorandum imzalanıb
Dövlət İdarəçilik Akademiyası ilə Macarıstan Dövlət Qulluğu Universiteti arasında memorandum imzalanıb
25.10.2017 [10:05]
Oktyabrın 24-də Budapeşt şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) ilə Macarıstan Dövlət Qulluğu Universiteti arasında rəhbər dövlət idarəçiliyi kadrlarının fasiləsiz təlimi, dövlət qulluqçularının hazırlığı strategiyasının reallaşdırılması sahəsində əməkdaşlığa dair memorandum imzalanıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov, Azərbaycanın Macarıstandakı səfiri professor Vilayət Quliyev, Macarıstanın yüksək vəzifəli rəsmiləri, DİA-nın elmi təşkilat şöbəsinin müdiri dosent Rəcəb Rəhimli, səfirliyimizin əməkdaşları iştirak ediblər.
İmzalanma mərasimindən sonra “Səmərəli idarəçilik və davamlı inkişaf naminə dövlət qulluqçularının hazırlanması: Azərbaycanın təcrübəsi” mövzusunda məruzə ilə çıxış edən akademik Urxan Ələkbərov Azərbaycanın tarixi, ölkəmizdə gedən siyasi, iqtisadi proseslər barədə geniş məlumat verib. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi, iqtisadi islahatlar barədə danışan rektor Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində yeri və rolunu qeyd edib. O, ölkəmizin innovativ tərəqqisi ilə bağlı BMT, Dünya Bankı və digər nüfuzlu beynəlxalq qurumların qiymətləndirmələrinə əsaslanan təhlilləri də iştirakçıların diqqətinə çatdırıb. Rektor vurğulayıb ki, ölkənin qısa müddətdə iqtisadi və sosial sahədə qazandığı yüksək nailiyyətləri, XXI əsrin çağırışlarının həllinə yönəlmiş dünya əhəmiyyətli təşəbbüsləri, ildən-ilə artan beynəlxalq nüfuzu Azərbaycanı bir çox istiqamətlərdə regional və qlobal liderə çevirib. Son 10 ildə ölkəmizdə davamlı inkişaf üçün iqtisadi baza yaradılıb. Azərbaycan son illərdə bir çox davamlı inkişaf göstəricilərinə və sosial indikatorlara görə “Böyük iyirmilik” və “Böyük yeddilik” ölkələrinin əksəriyyətini üstələyir. Bu uğurların kökündə yalnız yaxşı idarəçilik və dövlət institutlarının, vətəndaş cəmiyyətinin və özəl sektorun fəaliyyətinin kombinasiyası dayanır. Bu istiqamətdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın fəaliyyəti olduqca əhəmiyyətlidir.
Dövlət İdarəçilik Akademiyasının fəaliyyəti barədə danışan Urxan Ələkbərov qeyd edib ki, burada dərs deyən müəllim heyətinin əksəriyyəti ölkənin siyasi idarəçiliyində mühüm rol oynayır. Dövlət idarəetmə sistemi istiqamətində aparılan islahatları, qazanılan uğurları xatırladan rektor bildirib ki, bu gün Azərbaycanda çevik dövlət qulluğu sistemi formalaşıb. O, Ümummilli lider Heydər Əliyevin ölkədə dövlət idarəetmə sisteminin formalaşması və dövlət qulluğunun inkişafı istiqamətində misilsiz fəaliyyətini qeyd edib, Prezident İlham Əliyevin müstəqil Azərbaycanda dövlət idarəçiliyinin innovativ inkişafında xidmətlərindən söz açıb. Rektor ölkədə insan potensialının formalaşdırılması, bu siyasətin tərkib hissəsi kimi dövlət qulluqçularının fasiləsiz hazırlığı sisteminin təkmilləşdirilməsi sahəsində görülən tədbirlərin uğurlu nəticələri və əhəmiyyəti barədə fikirlərini də görüş iştirakçıları ilə bölüşüb. Akademik ölkəmizdə həyata keçirilən tədbirlərin insan potensialının keyfiyyətinin yüksəldilməsi ilə yanaşı, dinamik inkişaf edən cəmiyyətin tələblərinə cavab verən dövlət idarəçiliyi sisteminin qurulmasında da mühüm rol oynadığını qeyd edib.
Daha sonra tərəfləri maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21

