“UNEC Ekspert” jurnalının xüsusi buraxılışı: “Kriptovalyuta”
10.01.2018 [10:12]
Azərbaycan Dövlət İqtisad Universitetinin təsis etdiyi “UNEC Ekspert” jurnalının xüsusi buraxılışı dərc olunub.
AZƏRTAC xəbər verir ki, jurnalın bu dəfəki nömrəsi son zamanlar qlobal iqtisadiyyatın önəmli hissəsinə çevrilən, dünya ictimaiyyətində, eləcə də ölkəmizdə böyük maraq doğuran elektron pullara - kriptovalyutaya həsr olunub. UNEC-in 27 eksperti kriptovalyuta bazarının xüsusiyyətləri, mexanizmi, iqtisadi və hüquqi aspektlərini geniş təhlil edib.
Jurnalda, həmçinin elektron valyuta bazarının ən çox müzakirə olunan aparıcı valyutası “bitcoin”in iqtisadi mahiyyəti, hüquqi statusu, məzənnəsinin təyin olunması və emissiya mexanizmi haqqında ekspert şərhləri oxucuların diqqətinə çatdırılıb.
“UNEC Ekspert”də blokçeyn texnologiyası və onun tətbiq istiqamətləri, inkişaf perspektivləri, kriptovalyutanın Azərbaycanda tətbiqi imkanları, bitcoin və blokçeynin təhlükə və faydaları, kriptovalyutalar və konfidensial beynəlxalq pul köçürmələri, universitetlərin elektron-pul emissiya imkanları tam təsvir edilib, fəlsəfi mahiyyəti açıqlanıb. Ekspert rəylərində virtual valyuta və ağıllı kontraktların təbiətinin öyrənilməsi, ümumi və fərqli xüsusiyyətlərinin müəyyənləşdirilməsi, bu maliyyə alətinin açdığı üstünlük və mənfi cəhətləri təhlil olunub, onların geniş təsnifatı verilib.
Jurnalda ilk dəfə olaraq xarici ekspert təhlilinə də yer ayrılıb. Rusiyanın rəqəmsal iqtisadiyyat və elektron-maliyyə üzrə tanınmış eksperti Ruslan Makarov rəqəmsal iqtisadiyyatın hüquqi tənzimlənməsi, elektron-pul anlayışı, onun funksiyası barədə geniş məlumat verib. Ekspert kriptovalyutanın müxtəlif ölkələrdə tətbiqinin qısa müddətdə güclü iqtisadi inkişafa nail olması haqqında nümunələr göstərib, onun müsbət nəticələrindən bəhs edib.
Xəbər lenti
Hamısına baxİdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39

