UNEC-də elmi-praktik konfrans keçirilib
10.02.2018 [00:59]
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Beynəlxalq Elmdə Qadınlar Gününə həsr olunan “UNEC qadınları elm dünyasında: yeni çağırışlar və imkanlar” mövzusunda elmi-praktik konfrans keçirilib.
Rektor, professor Ədalət Muradov UNEC-in tədqiqatyönümlü universitetə çevrilməkdə iddialı olduğunu vurğulayaraq, bu sahədə qadın alimlərin də üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. UNEC-də pedaqoji fəaliyyət göstərən xanımların çox yüksək elmi potensiala malik olduğunu qeyd edən rektor gələcək iqtisadçıların yetişməsində onların əvəzsiz rol oynadığına diqqət çəkib. Ə.Muradov xanımların elmi potensialını stimullaşdırmaq məqsədilə müəllimlərin reytinq sisteminin elmi tədqiqat bölümündə qalib olan qadınlar üçün pul mükafatı təsis ediləcəyini bildirib. Eyni zamanda, öz elmi tədqiqatı ilə fərqlənən qadın müəllimin 3 ay müddətinə tədqiqatını Avropanın ən nüfuzlu universitetində davam etdirəcəyini vurğulayıb.
Konfransda elmi və ictimai fəaliyyətində uğur qazanan qadın spikerlərin iştirakı ilə elmdə gender disbalansının səbəb və nəticələri, qadınları elmə cəlbetmənin optimal yolları müzakirə edilib. Millət vəkili, Gəncə Dövlət Universitetinin prorektoru, dosent Pərvin Kərimzadə Azərbaycan qadınının bütün dövrlərdə elmin inkişafına böyük töhfələr verdiyinə diqqət çəkərək, adlarını tarixə yazan qadınları nümunə çəkib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ictimai humanitar fəaliyyətindən bəhs edən millət vəkili onun Azərbaycan elm və təhsilinə göstərdiyi qayğıdan danışıb.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova doğulub boya-başa çatdığı ailə modelini nümunə göstərərək, akademik Zərifə Əliyeva ilə akademik Rəfiqə Əliyevanın keçdiyi həyat yolundan söz açıb. O, Azərbaycan elmində önəmli iz buraxan hər iki qadın alimin elmi karyeralarında əldə etdikləri nailiyyətlərlə yanaşı, gözəl ana kimi cəmiyyət üçün savadlı və bacarıqlı övladlar böyütdüklərini deyib.
Müasir dövrdə Azərbaycan qadınının cəmiyyətdə oynadığı rolunun günü-gündən artdığını bildirən Hesablama Palatasının auditoru Mehriban Alişanova zərif cinsin nümayəndələrinin dövlət idarəçiliyində, təhsil, elm və digər mühüm sahələrdə uğurla təmsil olunduğunu qeyd edib. Səbail rayon İcra Hakimiyyəti başçısının birinci müavini, “Ziyalı Qadınlar Klubu”nun sədri, UNEC-in dosenti Xalidə Bayramova ölkədə gender bərabərliyinin tam təmin edildiyini qeyd edib. Bildirib ki, Azərbaycan qadını hər zaman olduğu kimi, bu gün də dövlətin dəstəyini hiss edir və özünün fəallığı ilə cəmiyyətdə bərabərhüquqlu mövqeyə nail olmağı bacarır.
UNEC-in Tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova regionun ən böyük iqtisadyönümlü universiteti olan UNEC-də akademik heyətin böyük əksəriyyətinin qadın olduğunu bildirib. Təhsilin magistratura pilləsini elmi tədqiqatın ilk mərhələsi adlandıran prorektor UNEC-in 3084 magistrinin 1346-nın, 155 doktorant və dissertantın isə 64-nün zərif cinsin nümayəndəsi olduğunu diqqətə çatdırıb. Son 3 il ərzində UNEC-i ən yüksək nəticə ilə başa vuran məzunların adları qeyd edilən xüsusi lövhəyə diqqət çəkən S.Qəndilova burada yalnız xanımların adına rast gəlindiyini bildirib.
“Gender bərabərliyi təmin edilməyən ölkə və cəmiyyətlər uğursuzluğa düçardır” deyən İstanbul Universitetinin prorektoru, professor Sedat Murat türk qadınının bütün dövrlərdə cəmiyyətin aparıcı qüvvəsi olduğunu bildirib. Türkiyəli professor Azərbaycanda qadınların elm, təhsil və ictimai-siyasi həyatda rolunun artırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib.
Konfransın moderatoru UNEC-in Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov Azərbaycan qadınını ictimai həyatın bütün sahələrində, təhsil, elm, iqtisadiyyat, səhiyyə, mədəniyyət və vətəndaş cəmiyyəti quruculuğunda cəmiyyətimizin aparıcı qüvvəsi adlandırıb.
Dünyada və Azərbaycanda qadınların elmdə iştirak səviyyəsini müqayisə edən spikerlər qadınların elmi karyera inkişafına mane olan amilləri araşdırıb, onların aradan qaldırılması məqsədilə təkliflər səsləndiriblər.
Xəbər lenti
Hamısına baxGündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26

