Akademik Abel Məhərrəmov: Bakı Dövlət Universiteti Azərbaycan Xalq Cümhuriyyətinin yadigarıdır
22.05.2018 [09:29]
Mayın 21-də Bakı Dövlət Universitetinin (BDU) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə “Azərbaycan Cümhuriyyəti - 100: müsəlman Şərqində ilk parlamentli respublika” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, BDU-da təşkil edilən tədbir Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyinə həsr olunub. Üç gün davam edəcək konfransa Türkiyə, Gürcüstan, ABŞ, Moldova, Rusiya, Küveyt, Polşa, Qazaxıstan, Özbəkistan və digər ölkələrdən otuzadək alim qatılıb. Tədbirin açılış mərasimində dövlət və hökumət rəsmiləri, Azərbaycanın elm və təhsil ictimaiyyətinin nümayəndələri, Milli Məclisin deputatları iştirak ediblər.
Tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov Ümummilli lider Heydər Əliyevin AXC-nin fəaliyyətinə yüksək qiymət verdiyini, həmin dövrün dövlətçilik tariximizin parlaq səhifələrindən olduğunu söyləyib.
Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi haqqında” Sərəncamını xatırladan rektor 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsini xalqımızın həyatında misilsiz hadisə kimi dəyərləndirib. Vurğulanıb ki, bu, müsəlman Şərqində ilk parlamentli respublika olan AXC-yə verilən tarixi qiymətdir. Xalqımız 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Cümhuriyyətin ideallarını davam etdirərək bu tarixi varislik üzərində yeni müasir müstəqil Azərbaycan dövlətini yaradıb. Cümhuriyyətin gördüyü mühüm işlərdən biri də 1919-cu ildə BDU-nun təsis edilməsidir. Belə ki, həmin dövrdə yaradılmış, ölkənin ilk ali məktəbi olan bu universitet məhz AXC-nin yadigarıdır və biz onun bütün ənənələrini layiqincə davam etdiririk.
Rektor müstəqilliyimizin bərpasında, yeni dövlətimizin qurulmasında və qorunmasında Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini diqqətə çatdırıb.
QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə bildirib ki, 1918-ci il mayın 28-də qurulmuş və cəmi 23 ay yaşamış AXC zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb. Azərbaycan xalqı müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmağın yolunu göstərib, onlar üçün nümunə olaraq Avropanın bir çox ölkələrindən xeyli əvvəl qadınlara seçib-seçilmək hüququ verməklə bütün dünya demokratiyasına böyük töhfə verib.
A.Paşazadə deyib: “AXC-nin qəbul edilmiş bayrağının üçrəngli olması və islami dəyərlərin burada həkk edilməsi onu göstərir ki, cümhuriyyət din-dövlət münasibətlərinin tənzimlənməsi üçün əlindən gələni əsirgəməyib. Təəssüf ki, 1920-ci ilin aprelində XI rus ordusu Azərbaycanı işğal edib və 23 aylıq fəaliyyətdən sonra AXC süquta yetirilib. İşğaldan cəmi iki həftə sonra bolşevik hökumətinin Xalq Maarifi Komissarlığı vicdan azadlığı haqqında dekret verib. Dekretə görə özəl və dövlət məktəblərində dini təlimin tədrisi və hər hansı dini ayinin icrası qadağan olunub. Bolşeviklər ruhaniləri xalq düşməni elan edərək əmlaklarını əlindən alır, Sibirə göndərir və əksəriyyətini güllələyirdilər”.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, cəmi 23 ay mövcud olmasına baxmayaraq AXC qısa müddətdə tarixi bir missiyanı yerinə yetirərək çox genişmiqyaslı demokratik islahatlar həyata keçirib. Cümhuriyyət dövründə xalqımızın taleyinə ciddi təsir edə biləcək qanun və qərarlar qəbul olunub. Azərbaycan parlamenti bütün müsəlman Şərqində o dövrün demokratik prinsipləri əsasında formalaşdırılan ilk parlament olub. Üç ayda parlamentdə təxminən 270-dək qanun layihəsi müzakirəyə çıxarılıb. Onlardan 230-u qəbul olunub. Parlament qəbul etdiyi qərarlarla milli dövlətçiliyin əsaslarının formalaşdırılması və gücləndirilməsinə tarixi töhfələr verib.
AXC qurucularının gördükləri böyük işlərdən danışan Z.Əsgərov onların müsəlman Şərqində ilk demokratik respublika yaratdıqlarını söyləyib. Qeyd edilib ki, AXC yarandığı gündən xarici və daxili qüvvələr tərəfindən müxtəlif təzyiqlərə məruz qalıb. Həm xaricdən, həm də daxildən daşnak ermənilər, həmçinin menşevik qüvvələr Azərbaycanın müstəqil dövlət kimi formalaşmasına mane olublar. Lakin bütün bu çətinliklərə baxmayaraq Cümhuriyyət dövründə milli ordumuzun yaradılması, atriburtlarımız, dövlət dilimiz haqqında qanunun qəbul olunması, maarif və səhiyyə sahəsində geniş tədbirlərin həyata keçirilməsi, Azərbaycanın sərhədlərinin və təhlükəsizliyinin təmini istiqamətində böyük işlər görülüb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı bildirib ki, Azərbaycan dövlətçilik ənənələrinin və milli dövlətçilik şüurunun qorunmasında AXC-nin mühüm rolu olub. Bu dövrdə AXC müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmağın yolunu göstərib, onlar üçün nümunə olaraq Avropanın bir çox ölkələrindən xeyli əvvəl qadınlara seçib-seçilmək hüququ verib. XX əsrin əvvəllərində ölkəmizdə yaranan ilk təşkilatlardan söz açan M.Qasımlı Cümhuriyyət dövründə görülən böyük işləri tarixi faktlarla diqqətə çatdırıb.
Sonra ABŞ-ın Prinston Universitetinin professoru Maykl Reynoldsun mövzuya dair məruzəsi dinlənilib.
BDU-nun tarixini əks etdirən filmin nümayişindən sonra tədbir bədii hissə ilə davam etdirilib.
Mayın 23-dək davam edəcək konfransın bölmə iclaslarında yerli və xarici alimlərin 300-dən çox elmi məruzəsi dinləniləcək.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31

