Çinin Xefey şəhərində Azərbaycanşünaslıq Mərkəzi fəaliyyətə başlayıb
02.11.2018 [09:36]
Son illər Azərbaycan ilə Çin arasında digər sahələrdə olduğu kimi, humanitar istiqamətdə də münasibətlər inkişaf edir. Elm və təhsil ocaqlarının səmərəli əməkdaşlığı iki ölkə arasında əlaqələrin dərinləşməsinə öz töhfəsini verir. Çinin Xefey şəhərindəki nüfuzlu Anxoy Universitetində Bakı Dövlət Universitetinin (BDU) dəstəyi ilə açılan Azərbaycanşünaslıq Mərkəzi ölkələrimizin humanitar sahədə əməkdaşlığının parlaq nümunəsidir.
AZƏRTAC xəbər verir ki, mərkəzin açılış mərasimində çıxış edən Anxoy Universitetinin rektoru Kuan Quanli deyib ki, iki ölkə arasında qədim tarixi olan dostluq münasibətləri müasir dövrümüzdə yeni müstəvidə inkişaf edir. 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələrin yaranmasından sonra münasibətlərimizin yeni mərhələsinin başlandığını bildirən rektor son illərdə əməkdaşlığın daha da genişləndiyini bildirib.
Kuan Quanli iki ölkənin humanitar sahədə əlaqələrindən danışaraq, rəhbərlik etdiyi Anxoy Universiteti ilə Bakı Dövlət Universitetinin faydalı əməkdaşlığından söz açıb, Bakıda Konfutsi İnstitutunun fəaliyyətinə göstərdiyi dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür edib.
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov bildirib ki, Avropa və Asiyanın qovuşuğunda, qədim İpək Yolu üzərində yerləşən Azərbaycanda tarixən mövcud olan bərabərlik, dözümlülük və sülh prinsipləri bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Anxoy Universitetində Azərbaycanşünaslıq Mərkəzinin açılmasının əlamətdar hadisə olduğunu bildirən Abel Məhərrəmov bunun iki ali təhsil ocağının əməkdaşlığı sayəsində reallaşdığını deyib. Bildirilib ki, xalqımızın zəngin mədəni irsinin, tolerantlıq, multikulturalizm dəyərlərinin təbliğində vacib rol oynayacaq Mərkəz Azərbaycanın tarixinə, siyasətinə, iqtisadiyyatına, mədəniyyətinə dair tədqiqatların aparılmasına dəstək olacaq.
Akademik A.Məhərrəmov bu il 90 yaşı tamam olan Anxoy Universitetini yubiley münasibətilə təbrik edib, Çinin bu nüfuzlu ali təhsil ocağı ilə BDU arasında əməkdaşlığın hər iki tərəf üçün faydasından danışıb. Bildirib ki, 2011-ci ildə Bakı Dövlət Universiteti ilə Çin Xalq Respublikası Təhsil Nazirliyinin Xanban Baş İdarəsi və Anxoy Universiteti ilə birlikdə Bakıda Konfutsi İnstitutunun açılmasına dair imzalanmış müqavilə ilə qarşılıqlı əlaqələr üçün möhkəm təməl qoyulub. BDU-nun hər cür dəstək verdiyi Konfutsi İnstitutunun hazırda Azərbaycanın təhsil müəssisələrində və dövlət qurumlarında, o cümlədən Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC-da ümumilikdə 14 filialı fəaliyyət göstərir. İnstitutun əməkdaşları BDU şərqşünaslıq fakültəsində Çin dili və ədəbiyyatını tədris edir və yüksəkixtisaslı kadrların hazırlanmasında fəal iştirak edirlər. Ötən müddətdə BDU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun xətti ilə 150-yə yaxın bakalavr, magistr və doktorant Çinə təhsillərini davam etdirməyə, müxtəlif təlim proqramlarında iştirak etməyə göndərilib.
Akademik Abel Məhərrəmov Anxoy Universitetinin rəhbərliyini gələn il keçiriləcək Bakı Dövlət Universitetinin 100 illik yubileyi tədbirlərinə dəvət edib.
Azərbaycan ilə Çin arasında bütün sahələrdə yaxşı əməkdaşlıq əlaqələrinin olduğunu bildirən ölkəmizin Çindəki səfiri Əkrəm Zeynallı bu münasibətlərin inkişafında yüksəksəviyyəli səfərlərin əhəmiyyətindən danışıb. Qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ildə Çinə dövlət səfərinin və səfər zamanı imzalanmış sənədlərin əlaqələrimizin genişlənməsində böyük rolu olub.
Səfir Ə.Zeynallı dövlət başçıları İlham Əliyev və Si Cinpinin münasibətlərimizin inkişafına dair əldə etdikləri razılaşmaların uğurla icra edildiyini diqqətə çatdırıb.
Anxoy Universitetində açılan Azərbaycanşünaslıq Mərkəzinin iki ölkənin humanitar sahədə uğurlu əməkdaşlığının bariz nümunəsi olduğunu bildirən Əkrəm Zeynallı mərkəzin Azərbaycanın Çində daha yaxından tanıdılması işinə böyük töhfələr verəcəyini deyib. O, Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün ölkələrimiz arasında təkcə iqtisadi sahədə deyil, eyni zamanda, mədəniyyət, elm və təhsil istiqamətlərində də tarixi nəticələr əldə edilməsinə yeni imkanlar yaratdığını deyib. Bakı Dövlət Universiteti ilə Anxoy Universiteti arasında faydalı əməkdaşlıq bu ali təhsil ocaqları tərəfindən “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsinə verilən töhfədir.
Sonra Bakı Dövlət Universiteti ilə Anxoy Universiteti arasında Azərbaycanşünaslıq Mərkəzinə dair müqavilə imzalanıb. Sənədi BDU-nun rektoru, akademik Abel Məhərrəmov və Anxoy Universitetinin rektoru Kuan Quanli imzalayıblar.
Mərasim iştirakçıları Mərkəz ilə yaxından tanış olublar. Qeyd edək ki, Bakı Dövlət Universiteti Azərbaycanşünaslıq Mərkəzini lazımi avadanlıq, Azərbaycan dilinin və ədəbiyyatının tədrisinə, mədəniyyətinə, tarixinə dair çoxsaylı materiallarla təmin edib. Mərkəz müxtəlif formalarda birgə elmi tədqiqatların, mədəni mübadilənin təşkili, habelə Çindən Azərbaycana göndərilən tələbə və müəllimlər üçün əlaqələndirməni həyata keçirəcək.
* * *
Azərbaycan nümayəndə heyətinin Çinə səfəri çərçivəsində Bakı Dövlət Universitetinin nəzdindəki Konfutsi İnstitutunun İdarə Heyətinin iştirakı ilə institutun illik iş planı, birgə tədqiqat işləri və elmi işçilərin mübadiləsi istiqamətində müzakirələr aparılıb.
Bundan başqa, Anxoy Universitetində və Çin Təhsil Nazirliyinin Xanban Baş İdarəsində keçirilən görüşlərdə elm və təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsinə, yeni birgə layihələrin icrasına, Bakıda Konfutsi İnstitutunun fəaliyyətinin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

