“Makedoniyalı İsgəndər və Atropat” kitabının təqdimatı olub
20.12.2018 [10:19]
Dekabrın 19-da Bakı Kitab Mərkəzində Azərbaycanın Polşadakı səfiri, tarix elmləri doktoru Həsən Həsənovun Azərbaycan və rus dillərində “Makedoniyalı İsgəndər və Atropat” kitablarının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Mərkəzin “Tarixlə üz-üzə” layihəsi çərçivəsində reallaşan təqdimat mərasimində çıxış edən Həsən Həsənov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən belə bir mədəniyyət və ədəbiyyat ocağının - Bakı Kitab Mərkəzinin yaradılmasını yüksək qiymətləndirib. Diplomat bu Mərkəzin gələcək nəslin maariflənməsində, mütaliə məsələlərində mühüm rol oynayacağını qeyd edib.
Kitab barədə məlumat verən Həsən Həsənov qeyd edib ki, nəşrdə iki mövzudan - Azərbaycan adlı müstəqil dövlətin yaranması, süqutu və Azərbaycan adlı dövlətin müstəqilliyinin bərpasından bəhs olunur. Azərbaycan dövlətinin ilk dəfə eramızdan əvvəl VII əsrdə yaradılmasının kitabda tarixi faktlarla sübut olunduğunu qeyd edən müəllif deyib: “Azərbaycan dövləti yaranana qədər tarixdə nə Fars dövləti, nə də Ermənistan adlı bir dövlət olmayıb. Mən iki mötəbər mənbəyə - Suriyada “Karxi de Bet Selox” və IV əsr Roma tarixçisi Ammian Martsellinə istinad etmişəm. Birinci mənbədə Arbat tərəfindən Adorbayqan adlı dövlətin yaradılması, ikinci mənbədə isə Atropatena adlı dövlətin məhz Assuriya imperiyasının süquta uğraması nəticəsində yaradılması göstərilir. Sovet İttifaqı dövründə tarixçi Ammian Martsellinin əsərinin tərcüməsi zamanı məhz bu fikirlər ixtisara salınmışdı. Sovet dövründə tarixçilərə bu iki mənbəyə istinad etmək qadağan olunmuşdu. Hamı Strabonun dediklərinə istinad edirdi. Strabon isə Atropatenanın yarandığını deyil, yenidən bərpa edildiyini yazırdı”.
Diqqətə çatdırılıb ki, “Makedoniyalı İsgəndər və Atropat” kitabında qədim Azərbaycan dövləti olan Atropatenanın əslində eramızdan əvvəl IV əsrdə deyil, VII əsrdə yaranmasından bəhs olunur. Belə ki, indiyə kimi tarix kitablarında Atropatena dövlətinin Makedoniyalı İsgəndərin ölümündən sonra onun imperiyasının parçalanması nəticəsində eramızdan əvvəl 321-ci ildə yarandığı bildirilir. Təqdim edilən kitabda bu fikirlərin yanlış olduğu faktlarla, tarixi mənbələrə istinadla sübuta yetirilir. Müəllif sübut edir ki, Atropatena dövləti Assuriya imperiyasının parçalanması nəticəsində eramızdan əvvəl 612-ci ildə yaranıb. Əslində Atropatena dövləti eramızdan əvvəl IV əsrdə yaradılmayıb, bərpa olunub.
Sonra Həsən Həsənov oxucuların suallarını cavablandırıb, müəllifi olduğu kitabları imzalayaraq onlara təqdim edib.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

