ADA Universitetinin Corc Vaşinqton Universiteti ilə birgə magistr proqramının təqdimatı olub
13.03.2020 [09:37]
Martın 12-də ADA Universitetinin ABŞ-ın Corc Vaşinqton Universiteti ilə birgə Kompüter elmləri və Data analitikası üzrə yeni magistr proqramının təqdimatı olub. Bu proqram universitetlər arasında daha əvvəl imzalanmış akademik tərəfdaşlıq haqqında müqaviləyə əsasən həyata keçirilir.
Tədbir zamanı ADA Universiteti ilə BP Azərbaycan arasında imzalanmış müqavilələr də təqdim edilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov beynəlxalq ikili diplom proqramının əhəmiyyətini vurğulayıb. Nazir bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində ikili diplom proqramının maliyyələşdirilməsi və həyata keçirilməsi planlaşdırılır. İkili diplom proqramı Kompüter elmləri və Data analitikası üzrə mütəxəssislərin hazırlanmasını nəzərdə tutur.
Ceyhun Bayramov qeyd edib ki, Corc Vaşinqton Universitetinin tədris planı əsasında həyata keçiriləcək proqramın məzunları Kompüter elmləri və Data analitikası sahəsində bilik və bacarıqlara yiyələnəcəklər.
ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev beynəlxalq ikili diplom proqramı sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Rektor qeyd edib ki, ADA Universiteti və ABŞ-ın Corc Vaşinqton Universiteti birgə akademik əməkdaşlıq haqqında razılaşma çərçivəsində Bakıda və Vaşinqtonda tədris olunan birgə proqramlar həyata keçirəcək, pedaqoji heyətin inkişafı üzrə əməkdaşlıq edəcək və tədqiqat layihələri aparacaq. ABŞ-dakı təhsil müddəti ərzində tələbələr Corc Vaşinqton Universitetinin Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin müasir laboratoriya və tədqiqat mərkəzlərindən faydalanmaq imkanı əldə edəcəklər.
ADA Universiteti və Təhsil Nazirliyi arasında əlaqələrin daha da inkişaf edəcəyini bildirən rektor bu sahədə həyata keçirilən layihələr və perspektiv planlardan da danışıb.
BP-nin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional prezidenti Qəri Cons bildirib ki, ADA Universiteti və ABŞ-ın Corc Vaşinqton Universiteti arasında Kompüter elmləri və Data analitikası üzrə magistratura səviyyəsində beynəlxalq ikili diplom proqramına dəstək verməkdən böyük məmnunluq duyur. Bu proqram çərçivəsində Azərbaycanda ilk dəfə olaraq Kompüter elmləri və Data analitikası üzrə elmi dərəcə veriləcək. Bir neçə il əvvəl BP və tərəfdaşları ADA Universitetində “Data Analizi üzrə Tədqiqat Mərkəzi”nin (CeDAR) yaradılmasına dəstək verib. Bundan məqsəd ölkədə Data analitikası üzrə yüksək səviyyəli kadrlar, alim və mühəndislər tələb edəcək yeni sektorun inkişafına təkan vermək olub. Ümidvarıq ki, bu yeni magistr proqramı Data analitikası üzrə potensialın inkişaf etdirilməsinə təkan verəcək.
ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Təhsildə mübadilə və əməkdaşlıq layihələrinin çox faydalı olduğunu vurğulayan səfir qeyd edib ki, beynəlxalq proqramlar vasitəsilə hər iki ölkədən olan tələbələr təcrübə və biliklərini paylaşaraq Azərbaycanın iqtisadiyyatının inkişafı üçün birgə işləmək imkanını əldə edirlər.
Tədbirdə ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutunun dekanı Araz Yusubov yeni proqramla bağlı təqdimat edib.
Proqram çərçivəsində 2020-2021-ci tədris ilindən etibarən ADA Universitetində magistratura səviyyəsinə qəbul aparılacaq. Magistratura səviyyəsində təhsilin 5 semestrinin 3-ü Bakıda, 2-si isə Vaşinqtonda təşkil ediləcək. Sonda məzunlara həm ADA Universitetinin, həm də Corc Vaşinqton Universitetinin diplomları veriləcək. Beynəlxalq ikili diplom proqramı “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində ümumilikdə dövlət tərəfindən, qismən isə BP tərəfindən maliyyələşdiriləcək.
Maraqlanan namizədlər əlavə məlumat üçün ada.edu.az/csda veb- səhifəsinə daxil olmaqla, csda@ada.edu.az elektron ünvanına məktub yazmaqla və ya (+99450) 274 95 52 nömrəsinə zəng etməklə Qəbul şöbəsi ilə əlaqə saxlaya bilər.
Xəbər lenti
Hamısına baxDünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25

