Prezident Kitabxanasının “Nəriman Nərimanov” elektron layihəsi istifadəyə verilib
03.07.2020 [08:59]
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında görkəmli yazıçı, dövlət və ictimai-siyasi xadim Nəriman Nərimanovun anadan olmasının 150 illiyi münasibətilə hazırlanan “Nəriman Nərimanov” adlı elektron layihə istifadəyə verilib.
Prezident Kitabxanasından AZƏRTAC-a bildirilib ki, əməkdaşların Azərbaycan və rus dillərində hazırladıqları bu elektron layihə görkəmli yazıçı və dövlət xadimi Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 14 fevral tarixli Sərəncamına əsasən hazırlanan tədbirlər planı çərçivəsində ərsəyə gətirilib.
Yeddi bölmədən ibarət elektron layihənin “Bioqrafiya” adlanan birinci bölməsində Nəriman Nərimanovun pedaqoq, həkim, yazıçı, dramaturq, publisist, maarifçi və dövlət xadimi kimi ömür yolu işıqlandırılır.
Elektron layihənin “Xronologiya” bölməsində Nəriman Nərimanovun həyat və fəaliyyətinin, onun ailə üzvlərinin, xüsusilə oğlu Nəcəf Nərimanovun həyatlarının mühüm məqamları xronoloji ardıcıllıqla əks etdirilir. Bu bölmədə, həmçinin Nəriman Nərimanovun adının əbədiləşdirilməsi sahəsində Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi tədbirlər oxucuların diqqətinə çatdırılır.
“Xatirəsinin əbədiləşdirilməsi” bölməsində Nəriman Nərimanovun adını daşıyan müəssisələr, yaşayış məntəqələri, inzibati vahidlər, küçə və meydanlar, mədəniyyət ocaqları, ucaldılan abidələr, ev-muzeyləri, haqqında çəkilən filmlər, yubileylərinin keçirilməsinə dair sərəncamlar haqqında məlumatlar istifadəçilərə xronoloji ardıcıllıqla təqdim edilir.
Elektron layihənin “E-Kitablar” bölməsində Azərbaycan, rus və türk dillərində Nəriman Nərimanovun öz əsərlərinin və haqqında yazılan kitabların elektron versiyaları yerləşdirilib. 50-yə yaxın kitabın elektron versiyasını əks etdirən bu bölmə Nəriman Nərimanov haqqında tədqiqat aparan şəxslər, xüsusən də gənc tədqiqatçılar üçün rahat əlçatan bir bazadır.
“Biblioqrafiya” adlı bölmənin “Əsərləri” adlanan yarımbölməsində Prezident Kitabxanasının fonduna daxil olan Nəriman Nərimanovun Azərbaycan və rus dillərində əsərlərinin biblioqrafik təsviri verilib. Bu bölmənin “Haqqında” adlanan yarımbölməsi də özlüyündə “Kitablar” və “Məqalələr” adlanan altbölmələrə bölünür. “Kitablar” altbölməsində Nəriman Nərimanovun həyat və fəaliyyətindən bəhs edən Azərbaycan, rus, ingilis və digər dillərdə 120-yə yaxın kitabların biblioqrafik təsvirləri öz əksini tapır. “Məqalələr” altbölməsində isə Azərbaycan və rus dillərində 350-yə yaxın, rus dilində isə 40-a yaxın məqalənin biblioqrafik təsviri verilir.
Elektron layihənin “Fotoalbom” adlı sonuncu bölməsində Nəriman Nərimanovun və onun ailə üzvlərinin müxtəlif zamanlarda çəkilmiş fotoları, şəxsi sənədlərinin fotosurətləri, abidələrinin və ev-muzeylərindəki eksponatların fotoları xronoloji ardıcıllıqla yerləşdirilib.
Tədqiqatçıların və geniş oxucu kütləsinin istifadəsi üçün hazırlanan “Nəriman Nərimanov” elektron layihəsi http://narimannarimanov.preslib.az subdomenində yerələşdirilib və müntəzəm yenilənilir.
Xəbər lenti
Hamısına baxDünya
03 Aprel 23:14
Dünya
03 Aprel 22:46
Dünya
03 Aprel 22:17
İdman
03 Aprel 21:55
Dünya
03 Aprel 21:29
Elm
03 Aprel 20:52
Turizm
03 Aprel 20:21
İdman
03 Aprel 19:45
Dünya
03 Aprel 19:17
YAP xəbərləri
03 Aprel 18:58
Dünya
03 Aprel 18:50
Elm
03 Aprel 18:26
İdman
03 Aprel 17:40
Dünya
03 Aprel 17:22
Dünya
03 Aprel 16:36
Dünya
03 Aprel 16:19
Dünya
03 Aprel 16:03
Dünya
03 Aprel 15:43
Elm
03 Aprel 15:34
Dünya
03 Aprel 15:28
Elm
03 Aprel 14:37
Dünya
03 Aprel 14:34
Sosial
03 Aprel 14:14
Dünya
03 Aprel 14:10
YAP xəbərləri
03 Aprel 14:05
YAP xəbərləri
03 Aprel 14:03
Siyasət
03 Aprel 14:00
Dünya
03 Aprel 13:52
Dünya
03 Aprel 13:21
İdman
03 Aprel 13:21
Sosial
03 Aprel 13:20
İqtisadiyyat
03 Aprel 13:19
Dünya
03 Aprel 12:45
Hadisə
03 Aprel 12:19
Siyasət
03 Aprel 12:03
YAP xəbərləri
03 Aprel 12:00
Gündəm
03 Aprel 11:36
İqtisadiyyat
03 Aprel 11:31
Gündəm
03 Aprel 11:30
Gündəm
03 Aprel 11:14
Gündəm
03 Aprel 10:58
Gündəm
03 Aprel 10:35
Analitik
03 Aprel 10:12
Gündəm
03 Aprel 09:51
Analitik
03 Aprel 09:32
Gündəm
03 Aprel 09:15
Elm
03 Aprel 08:52
MEDİA
03 Aprel 08:30
Gündəm
03 Aprel 08:14
Dünya
03 Aprel 07:32
Dünya
03 Aprel 07:22
Hərbi
03 Aprel 07:20
Dünya
02 Aprel 23:48
Dünya
02 Aprel 23:32
Dünya
02 Aprel 23:17
Dünya
02 Aprel 22:49
Dünya
02 Aprel 22:25
Dünya
02 Aprel 22:12
Dünya
02 Aprel 21:58
Dünya
02 Aprel 21:20
Gündəm
02 Aprel 21:00
Dünya
02 Aprel 20:41
İqtisadiyyat
02 Aprel 20:38
Dünya
02 Aprel 20:13
Dünya
02 Aprel 19:50
Elm
02 Aprel 19:49
Dünya
02 Aprel 19:33
İqtisadiyyat
02 Aprel 19:22
Siyasət
02 Aprel 19:19
Dünya
02 Aprel 18:29

