/ / Mədəniyyət və sənətkarlıq üzrə peşə təhsilində işəgötürənlərlə əməkdaşlıq imkanları müzakirə olunub
Mədəniyyət və sənətkarlıq üzrə peşə təhsilində işəgötürənlərlə əməkdaşlıq imkanları müzakirə olunub
19.08.2020 [08:53]
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində işəgötürənlərlə əməkdaşlıq və yaradılan iş imkanları mövzusunda vebinar keçirilib.
AZƏRTAC xəbər verir ki, vebinarda mərkəzdə təhsil almağın üstünlükləri və yaradılan iş imkanları müzakirə olunub.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsinin müdir müavini Nigar İsmayılzadə qeyd edib ki, peşə təhsilinin inkişaf etdirilməsində işəgötürənlərlə əməkdaşlıq mühüm rol oynayır. Peşə təhsili müəssisələrinin məqsədi işəgötürənlərin tələblərinə tam cavab verən kadrlar yetişdirməkdir. Əmək bazarında ehtiyac duyulan peşələrin müəyyənləşdirilməsində isə işəgötürənlərlə əməkdaşlıq vacibdir.
Nigar İsmayılzadə peşə təhsili müəssisələrinə qəbul haqqında ətraflı məlumat verib. O bildirib ki, sənəd qəbulu avqustun 24-dək elektron qaydada həyata keçiriləcək. Peşə təhsili müəssisələrinə qəbul üzrə müsabiqədə iştirak etmək istəyən şəxslər Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin Elektron sənəd qəbulu altsistemində (http://qebul.vet.edu.az/) ərizəni doldurmalıdır. Peşə təhsili müəssisələrinə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılacaq. Qəbul prosesində hər namizədə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılacaq. Zamin Bədirxanov diqqətə çatdırıb ki, 2020/2021-ci tədris ilində peşə təhsili üzrə qəbul üçün 18 min 260 yer ayrılıb. Ayrılan yerlərdə 11 min 40 nəfər dövlət büdcəsi hesabına, 7220 nəfər isə ödənişli əsaslarla təhsil alacaq.
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Pərviz Həmzəyev rəhbərlik etdiyi müəssisədə təhsil almağın üstünlüklərindən bəhs edib. Diqqətə çatdırıb ki, mərkəz mədəniyyət və sənətkarlıq üzrə, kino, teatr üçün texniki sahələrdə çalışacaq kadrlar hazırlayır. Müəssisəyə 25 ixtisas üzrə qəbul aparılır.
Pərviz Həmzəyev vurğulayıb ki, rəhbərlik etdiyi mərkəzdə maddi-texniki baza yüksək səviyyədədir. Pedaqoji heyətin əksəriyyəti birbaşa istehsalat sahəsində çalışır. İşəgötürənlərlə əməkdaşlıq çərçivəsində tələbələrə praktiki bacarıqlar öyrədilir. Mərkəz həm dövlət, həm də özəl müəssisələrlə əməkdaşlıq edir. Tələbələrin tədris prosesi yekunlaşdıqdan sonra onlar 3 ay işəgötürənlərin bazasında təcrübə keçirlər. O bildirib ki, mərkəzin təhsilalanları öz əl işləri ilə yerli və beynəlxalq səviyyəli sərgilərdə, festivallarda iştirak edirlər.
“Old Master” şirkətinin rəhbəri Etibar Qocayev mərkəzlə əməkdaşlıqdan danışıb. O diqqətə çatdırıb ki, təhsilalanlar təcrübəyə böyük maraq göstərirlər: “Tələbələrin praktiki dərsləri həftədə 3 gün olsa da, elə tələbələr var ki, həftənin 5 gününü praktikaya gəlirlər. Biz çalışırıq ki, təcrübə keçməyə gələn tələbələrin 3-4 nəfərini müəssisədə işlə təmin edək. Digər tələbələrin də başqa müəssisələrdə işləyə bilməsi üçün əlimizdən gələni edirik. Əməkdaşlığımızın nəticəsi olaraq yaxın bir necə ilə oyma sənəti üzrə güclü mütəxəssislər yetişdirəcəyimizə inanıram”.
“CBC” kanalının baş rejissoru Fuad Ağamalıyev məlumat verib ki, “CBC” kanalı artıq 5 ildir peşə təhsil mərkəzi ilə əməkdaşlıq edir: “Mərkəzdən kanalımıza televiziya sahəsinə aid ixtisaslarda təhsil alan 30-a yaxın tələbə təcrübə üçün gəlir. Sevindirici haldır ki, bu tələbələr tam nəzəri biliklərlə gəlirlər. Biz onlarla birbaşa istehsalat prosesində işləyirik. Bu tələbələr arasından bir neçəsi təcrübədən sonra kanalımızda işlə təmin olunub”.
Kinorejissor, prodüser Nadir Maçanov qeyd edib ki, mərkəzlə əməkdaşlıq çərçivəsində Xocalı soyqırımının dəhşətlərindən bəhs edən “Sonsuzluğa uzanmış gecə” filmi çəkilib. “Art house” (müstəqil çəkilən, kommersiya üçün nəzərdə tutulmayan film) janrında olan film tamamilə mərkəzin bazasında istehsal olunub. Çəkilişlərə Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimləri və tələbələri cəlb ediliblər.
Azərbaycan Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru və aktyoru Nicat Kazımov vurğulayıb ki, mədəniyyət sahəsində çalışmaq istəyənlər tərəddüd etmədən Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzini seçə bilərlər. O bildirib ki, çalışdığı teatr mərkəzlə sıx əməkdaşlıq edir. Teatr, kino elə bir sahədir ki, burada əməyi göz önündə olan insanlarla yanaşı, kulisdə çalışanlar da çoxdur. Bu müəssisədə kino, teatr sahəsinə lazım olan bütün mütəxəssislər yetişdirilir. Bu gün teatrımızın əməkdaşları arasında mərkəzin məzunları da yer alır.
Vebinar Peşə Təhsili üzrə Dövlət Agentliyinin “YouTube” və “Facebook” səhifələrində canlı yayımlanıb, izləyicilərin sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

