/ / Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü və Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə vebinar keçirilib
Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü və Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə vebinar keçirilib
27.04.2021 [08:35]
Aprelin 26-da Əqli Mülkiyyət Agentliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının dəstəyi ilə “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya işğaldan azad edilmiş ərazilərdə mədəni sərvətlərin sahibləri haqqında” mövzusunda vebinar keçirilib.
Onlayn tədbir 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü və 26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə təşkil olunub.
Vebinarı açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Vətən müharibəsində qələbədən sonra Azərbaycan xalqının tarixi dövr yaşadığını bildirib. K.İmanov deyib ki, işğalçı Ermənistanın hərbçiləri torpaqlarımızdan qovulduqdan sonra çoxsaylı köhnə və yeni hay-erməni mifləri dağılır, hətta yaradılan monoetnik dövlət quruculuğu da buna yardımçı olmur: “Bu sırada xüsusi yerə malik olan “Dağlıq Qarabağın təhrif edilmiş tarixini” və son 30 ilə yaxın müddətdə beyinlərə yeridilən “yenilməz erməni ordusu” mifini xüsusi qeyd etməliyik. Gözümüz önündə rəşadətli Ordumuz 44 gündə erməni ordusunun yenilməzliyi haqqında mifi şam kimi əritdi. Yaşadığımız tarixi dövr - miflərin dağıldığı, həqiqətin və ədalətin zəfər çaldığı dövrdür. Bu miflərin dağılması və dediklərimizin təsdiqi yalnız Yenilməz Sərkərdə, Ali Baş Komandan kimi deyil, ümumiyyətlə, Azərbaycanın Lideri İlham Əliyevin məğlub olan ölkənin liderləri ilə müqayisədə intellektual üstünlüyü, cəsur və qətiyyətliliyi, xalqın əsl rəhbəri olmasındadır”.
Təhsil naziri Emin Əmrullayev tədbirin mövzusunun təhsil baxımından da aktual olduğunu bildirib. Vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın Qələbəsi tədrisin mövzusunda yenilik yaradıb. Onun sözlərinə görə, növbəti tədris ilindən Zəfər tarixi mövzusu tədris olunacaq. Nazir qeyd edib ki, gələcək nəsillərin hazırlanmasında Azərbaycan tarixi fənninin məzmununun təkmilləşməsi olduqca vacib məsələdir.
Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva vebinarın mövzusunun aktuallığını vurğulayıb. Qeyd edib ki, Ermənistan işğal dövründə Qarabağ ərazisində azərbaycanlıların izini silmək məqsədilə saxtalaşdırmalar aparıb. S.Məmmədəliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın gördüyü işlər sayəsində mədəni irsimizin UNESCO-da təbliğ edildiyini diqqətə çatdırıb.
Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Elnur Sultanov Dünya Kitab və Müəlliflik Hüququ Gününün və Beynəlxalq Əqli Mülkiyyət Gününün təsis edilməsinin və Azərbaycanda qeyd olunmasının əhəmiyyətindən danışıb.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Qarabağın maddi-mədəni sərvətlərinin əsl sahibləri olan azərbaycanlıların tezliklə qayıdacaqlarını və aparılan işlərə töhfə verəcəklərini vurğulayıb.
Vebinarda professor Kamran İmanovun “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya işğaldan azad edilmiş ərazilərdə mədəni sərvətlərin sahibləri haqqında”, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktoru Kərim Şükürovun “İşğaldan azad edilmiş sənət abidələri, daşınan və daşınmaz tarix və mədəniyyət abidələrinə qarşı erməni vandalizmi” və Əqli Mülkiyyət Agentliyinin eksperti Elşad Əlilinin “Qarabağ xristian abidələri barədə” məruzələri dinlənilib.
Vurğulanıb ki, Azərbaycana qarşı erməniçilik saxtakarlığı formalaşmış bir fəaliyyət proqramıdır. Ona qarşı səmərəli mübarizə üçün bütün sahələrdə əldə edilmiş təcrübə əsasında konseptual platforma hazırlanması və həyata keçirilməsi zəruridir.
Tədbirdə, həmçinin Milli Məclisin regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxış ediblər.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29

