Qazax Müəllimlər Seminariyası və “Bir müəllimin manifesti” təşəbbüsü
21.05.2021 [09:03]
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmizin mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə 30 ildən çox fasilədən sonra keçirilən “Xarıbülbül” festivalı onu izləyən hər Vətən övladının qəlbini həyəcan və qürurla doldurdu. Zəngin mədəni irsimizi bizim üçün müqəddəs sayılan bir məkandan izləyərkən “qayıdış” və “dirçəliş” prosesinin sözdən əmələ keçdiyinin bir daha şahidi olduq. Ali Baş Komandanın rəhbərliyi ilə əzəli Azərbaycan torpaqlarını işğaldan azad edən şanlı ordumuzun qələbəsi bu gün hər sahənin dirçəlişinə töhfə verəcək səylərlə genişləndirilməli, dövlətçilik tariximizin müasir səhifəsinə yeni sətirlər əlavə etməlidir. Müstəqilliyimizin bu fəxarətli və ilham verən məqamı ADA Universitetini də yeni zirvələrə yönəldir.
Bu fikirlər ADA Universitetinin rektoru Hafiz Paşayevin “Qazax Müəllimlər Seminariyası və “Bir müəllimin manifesti” təşəbbüsü” məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.
Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında suverenliyini möhkəmləndirəcək yenidənqurma işlərinin ən qabaqcıl və innovativ şəkildə aparılmasına dair Prezidentin tapşırıqları ölkənin təhsil və elm icması qarşısında yeni vəzifələr qoyur. Böyük Qayıdış prosesinin hərtərəfli həyata keçirilməsi və gələcək nəsillər üçün dayanıqlı olması ölkədə mükəmməl təhsilli insan kapitalının yetişdirilməsini zərurət edir.
Təhsilin keyfiyyət göstəricisi şagird və tələbədirsə, bu keyfiyyətin təminatçısı müəllimdir. ADA Universiteti özünün müəyyənləşdirdiyi təhsil standartlarına çatması üçün yarandığı ilk gündən müvafiq tələblərə cavab verən müəllimlərin aşkarlanmasını qarşısına məqsəd qoyub. Bu, Universitet üçün ardı kəsilməyən bir prosesdir. Əgər başlanğıc mərhələdə ADA-nın müəllimləri Azərbaycanın müstəqilliyinin ilk illərində elm həvəsi ilə xaricə gedən, bakalavr, magistr və doktorantura üzrə dünyanın aparıcı ölkələrində təhsilini bitirənlər idisə, son illər onların sırasına Xaricdə Təhsil Dövlət Proqramının məzunları qoşulmağa başlayıb. Və ümid edirik ki, növbəti illərdə onların sırasına Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramının yetirmələri də qatılacaqlar. Biz, ölkəmizin gələcəyinin bu günün sinif otağında qurulduğunu dərk edirik. Buna görə də tələbələrlə işlərimizdə addımlarımızı məhz Azərbaycanın gələcəyini düşünərək atırıq. Yüzlərlə gəncin qarşısına çıxan müəllim tək sahəsi üzrə biliyi deyil, həm də şərəf və ləyaqəti, ali tutduğu dəyərləri, sadiq qaldığı prinsipləri, davranış tərzi, tələbələrə yanaşması və qayğıkeşliyi, Vətənə xidmət ehtirası və maarifçiliyi, elm və tətbiqdə yenilikçi ruhuna görə nümunə olmalıdır. ADA müəlliminin vəzifəsi tək sinif otağında dərs saatları ilə bitmir. O, bu vəzifəni yaşayır. Çünki ADA müəllimi tək mütəxəssis yetişdirmir. O, ən başlıcası, insan və vətəndaş yetişdirir.
Müəllim missiyasına bu cür yanaşmanın icadına ehtiyac yox idi - qarşımızda unudulmaz tarixi bir nümunə var idi - Qazax Müəllimlər Seminariyası. XIX əsrin sonları, XX əsrin əvvəllərində Çar Rusiyasında fəaliyyət göstərən Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin, demək olar ki, varisi olan Qazax Müəllimlər Seminariyası milli irsimizin gözəl yadigarlarından biri kimi bütün azərbaycanlıların qürur mənbəyidir. Necə də olmasın- axı, Qori Seminariyasından və Qazax Seminariyasından yüzlərlə azərbaycanlı “müəllim” adı qazanaraq məzun olub: Firudin Bəy Köçərli, Rəşid Bəy Əfəndiyev, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Səfərəli Bəy Vəlibəyov, Mahmudbəy Mahmudbəyov, Süleyman Sani Axundov, Müslüm Maqomayev, Üzeyir Hacıbəyli, Əhməd Seyidov, Səməd Vurğun, Mehdi Hüseyn, İsmayıl Şıxlı, Osman Sarıvəlli və başqaları. Bu şəxsiyyətlər müəllimlik adını yüksək tutub, həyatlarını xalqımızın maariflənməsinə həsr ediblər. Onlar Azərbaycanda opera, teatr, kitabxana yaradıb, qəzet və jurnal nəşr edib, ana dilimizi qoruyub, ədəbiyyatı, incəsənəti, mədəniyyəti inkişaf etdiriblər. Qori Seminariyasının və Qazax Seminariyasının məzunları bu ölkəyə mütərəqqi ideyalar, yeni təfəkkür gətiriblər. Bu günün pəncərəsindən çox uzaqda görünən bu böyük şəxsiyyətlərin bəzilərini yeniyetmə yaşlarımda gördüyümü yaddaşımda canlandıraraq, özümü də söhbət apardığımız şanlı tarixin sanki bir parçası hiss etməkdən qürurlanıram.
Maarifçilərimiz Qori Seminariyasının Azərbaycan şöbəsini Vətənə gətirmək üçün çox cəhd etdilər. Məhz Qazax camaatının təşəbbüsü və maddi və mənəvi dəstəyi nəticəsində Qori Seminariyasının öncə məzunu, sonra müəllimi olan Firudin bəy Köçərli Azərbaycan şöbəsini fədakarcasına Gürcüstandan Vətənə köçürə bilmişdir. Firudin bəy Köçərli böyük şəxsiyyət, maarifçi və pedaqoq idi. Qori və Qazax seminariyalarının məzunları özlərinin milli-mənəvi dəyərlərini nəyin bahasına olursa-olsun qoruyan və yaşatmaqda qətiyyətli olan maarifçilərə çevrildilər. Firudin bəy Köçərlinin rəhbərliyi ilə Qazaxda fəaliyyətə başlayan Müəllimlər Seminariyası da öz ölkəsinin mədəni-intellektual qüvvəsinə çevriləcək məhz belə toxumlar cücərtmək əzmində idi. Qazaxda 1918-ci il noyabrın 10-da təntənəli açılışı keçirilən Müəllimlər Seminariyasının qarşısında türk və Azərbaycan ziyalılarının səsləndirdiyi fikirlərdən biri də bu idi ki, “Vətəni ancaq iti qılıncla deyil, həm də elmlə, əqillə qorumaq lazımdır”. Bu kəlamın tarixdə dövr edib zəmanəmizin həqiqətinə çevrilməsinin biz, bu günlərdə şahidi oluruq.
Ötən həftə ADA Universitetinin heyəti Qazax icmasının ziyalıları, eləcə də Azərbaycanın müxtəlif bölgələrindən səfər edən müəllimlər, məktəb direktorları və tanınmış ziyalılarla birlikdə Qazax Müəllimlər Seminariyası binasının qarşısında təntənəli mərasimə toplaşaraq yeni layihənin başlanğıcını elan etdilər. “Bir müəllimin manifesti” təşəbbüsü ölkəmizdə təhsilin inkişafına qiymətli yatırım edəcək - Qazax Müəllimlər Seminariyası ADA Universiteti tərəfindən bərpa edilərək yenidən öz tarixi missiyasını davam edəcək. Burada bir əsr əvvəl yandırılan elm işığını daha geniş yayacaq və yeni nəsil maarifçilər yetişdirəcək. Bu təşəbbüsə maliyyə dəstəyini Amerikada 1957-ci ildə təsis edilən Azərbaycan Amerika Cəmiyyəti də göstərəcək. Cəmiyyətin Prezidenti Tomris xanım Azəri Azərbaycan bayrağını həmişə uca tutan, bu ölkənin müstəqilliyini həsrətlə gözləmiş, Azərbaycanın tanınması üçün əlindən gələni əsirgəməyən, həyatı boyu Vətənə xidmət edən şəxsiyyətlərdən biridir.
ADA Universiteti ölkəmizdə yüksəkixtisaslı müəllimlər yetişdirmək səylərinə dəstək vermək məqsədilə “Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində illərlə topladığı beynəlxalq qabaqcıl elmi-pedaqoji təcrübəni bölgələrdəki məktəblərlə və müəllimlərlə bölüşəcək. Universitetimizin müəllimləri yerlərdə məktəblərlə işləyib, buradakı aparıcı müəllimləri seçib ixtisasartırma üçün ADA-ya gətirəcək. Həmin müəllimlərin bir qismi ABŞ paytaxtı Vaşinqtonda yerləşən ADA Universitetinin Mərkəzində təhsil ala biləcəklər. Məqsəd nümunəvi təcrübələri yaymaq, peşəkar müəllimlər yetişdirmək, vətəndaşlıq və sosial məsuliyyət hissini daha dərindən aşılamaqdır.
“Bir müəllimin manifesti” təşəbbüsü yüz il əvvəl milli təhsilimizin başlanğıcından od qopararaq ölkəmizin milli maarifçilərini tarixi qələbəmizi hər sahədə uğura çevirəcək nəslin memarları kimi yenidən alovlandıracaq.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58

