/ / Yeni Azərbaycan Partiyası ilə “AMANAT” partiyası arasında qarşılıqlı fəaliyyət və əməkdaşlıq haqqında Memorandum imzalanıb
Yeni Azərbaycan Partiyası ilə “AMANAT” partiyası arasında qarşılıqlı fəaliyyət və əməkdaşlıq haqqında Memorandum imzalanıb
13.06.2024 [23:28]
İyunun 13-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP-ın dəvəti ilə ölkəmizdə səfərdə olan Qazaxıstanın “AMANAT” partiyasının İcra katibi Daulet Kəribekin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Qonaqları salamlayan YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov əvvəlcə məlumat verib ki, “AMANAT” partiyasının nümayəndələri iyunun 15-də Şuşa şəhərində Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün ölkəmizə səfər ediblər.
Tahir Budaqov Azərbaycan ilə Qazaxıstan arasında tarixi köklərə və ortaq dəyərlərə əsaslanan dostluq və qardaşlıq münasibətlərinin nümunəvi xarakter daşıdığını və yüksələn xətt üzrə inkişaf etdiyini bildirib.
Beynəlxalq münasibətlər sisteminin hazırkı reallıqlarının Türk dünyası üçün də yeni çağırışlar yaratdığını söyləyən YAP Sədrinin müavini qeyd edib ki, Azərbaycan ilə Qazaxıstan milli maraqlara əsaslanan siyasət həyata keçirməklə türk dövlətləri arasında münasibətlərin inkişafına və Türk Dövlətləri Təşkilatının gücləndirilməsinə dəyərli töhfələr verirlər: “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bizim ailəmiz Türk dünyasıdır”.
YAP Sədrinin müavini bildirib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra yaranmış reallıqlar nəticəsində Türk dünyasında da münasibətlər keyfiyyətcə yeni mərhələyə yüksəlib: “Ölkələrimizin birliyi Türk dünyasında tərəqqiyə xidmət edir və yeni mərhələdə birgə fəaliyyətimiz Türk Dövlətləri Təşkilatının qlobal güc mərkəzinə çevrilməsinə hədəflənib”.
Azərbaycanla Qazaxıstanın hakim partiyaları arasında münasibətlərin inkişafının diqqət mərkəzində olduğunu bildirən Tahir Budaqov “Biz dövlət başçılarının siyasi iradələrinə uyğun olaraq partiyalarımız arasında əməkdaşlığın genişləndirilməsi yönündə sistemli fəaliyyətimizi uğurla davam etdiririk”,- deyə bildirib.
O qeyd edib ki, Yeni Azərbaycan Partiyası ilə “AMANAT” partiyası arasında qarşılıqlı fəaliyyət və əməkdaşlıq haqqında Memorandumun imzalanması partiyalararası münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoyacaq, çoxşaxəli əməkdaşlığın əsaslarını daha da möhkəmləndirəcəkdir: “Qarşılıqlı səfərlərin həyata keçirilməsi, fikir və təcrübə mübadiləsinin aparılması, işbirliyinin uğurla davam etdirilməsi həm partiyalar, həm də dövlətlər arasında münasibətlərin inkişafına töhfələr verəcək. Birlikdə görəcəyimiz işlər bizə yeni nailiyyətlər qazandıracaq”.
Azərbaycana səfər etməkdən məmnunluğunu bildirən “AMANAT” partiyasının İcra katibi Daulet Kəribek dəvətə, yüksək qonaqpərvərliyə və səmimi münasibətə görə təşəkkürünü bildirib.
Azərbaycan ilə Qazaxıstanın qarşılıqlı faydalı işbirliyinə xüsusi əhəmiyyət verdiklərini qeyd edən D.Kəribek hər iki ölkənin dostluq və tərəfdaşlıq münasibətlərini birgə səylərlə daha da gücləndirmək əzmində olduğunu vurğulayıb.
Türk Dövlətləri Təşkilatının ölkələrimiz və bütün Türk dünyası üçün səmərəli əməkdaşlıq platforması olduğunu diqqətə çatdıran İcra katibi qeyd edib ki, TDT-nin beynəlxalq münasibətlər sistemində rolunun artırılması real strateji hədəfdir və bu istiqamətdə səylərin səfərbər edilməsi olduqca önəmlidir.
Daulet Kəribek siyasi partiyaların dövlətlərarası münasibətlərin inkişafında önəmli rol oynadıqlarını vurğulayaraq YAP ilə “AMANAT” partiyası arasında qarşılıqlı fəaliyyət və əməkdaşlıq haqqında Memorandumun imzalanmasının tarixi əhəmiyyətə malik olduğunu bildirib. O, Memorandumda əksini tapan məsələlərin partiyalararası əməkdaşlığın əsas istiqamətlərini və ümumi hədəfləri müəyyən etdiyini diqqətə çatdırıb.
İyunun 15-də Şuşa şəhərində keçiriləcək beynəlxalq konfransa dəvətə görə rəhbərlik etdiyi nümayəndə heyəti adından minnətdarığını ifadə edən Daulet Kəribek tədbirin bütün iştirakçı tərəflər üçün faydalı olacağına və səmərəli nəticələr verəcəyinə əminliyini ifadə edib.
Qarşılıqlı maraq doğuran digər bir sıra məsələlərin də müzakirə edildiyi görüşün sonunda Yeni Azərbaycan Partiyası ilə “AMANAT” partiyası arasında qarşılıqlı fəaliyyət və əməkdaşlıq haqqında Memorandum imzalanıb. Memorandumu YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və “AMANAT” partiyasının İcra katibi Daulet Kəribek imzalayıblar.
Xəbər lenti
Hamısına baxMaraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15

