Dünyanın diqqət mərkəzində olan yeni ittifaq modeli
22.06.2024 [10:00]
Şuşadan verilən mesajlar
Mübariz ABDULLAYEV
Türk dünyasının mədəniyyət paytaxtı olmuş Şuşada yaxın vaxtlarda Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-formal Zirvə görüşünün keçirilməsi gözlənilir. İyunun 15-də isə burada Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin imzalanmasının üçüncü ildönümünə həsr olunmuş “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanlayıb. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin oxuduğu müraciətdə dövlətimizin başçısı bir sıra vacib məqamlara diqqət çəkib.
Qlobal kataklizmlər - beynəlxalq münasibətlər sisteminin geosiyasi reallıqlarından biri kimi
Narahat dünyada yaşayırıq. Prezident İlham Əliyevin vurğuladığı kimi, müasir dövrdə qlobal kataklizmlər beynəlxalq münasibətlər sisteminin geosiyasi reallıqlarından birinə çevrilmişdir. Diqqət çəkən və ciddi narahatlıq yaradan məqamlardan biri ondan ibarətdir ki, bütün dünyanı silkələyən qlobal kataklizmlər bir sıra hallarda böyük güc mərkəzləri tərəfindən yaradılaraq idarə olunur. Belə kataklizmlərin dövriyyəyə buraxılmasında və dünya gündəliyinə daşınmasında məkrli məqsədlər güdülür. Qeyd olunduğu kimi, xarici güc mərkəzlərinin təsiri və müdaxiləsi ilə dünyanın müxtəlif regionlarında çoxsaylı qarşıdurmaların - etnik və dini zəmində münaqişələrin, siyasi konfrontasiyaların baş verməsi, xaos və anarxiya mühitinin yaranması ayrı-ayrı dövlətlərə və bütövlükdə beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaratmaqdadır.
Digər tərəfdən, bu gün dünyada beynəlxalq hüququn arxa plana keçirildiyinin şahidi oluruq. Belə hallar milli dövlətlər üçün vazkeçilməz çağırışlar yaradır. “Beynəlxalq hüquq normalarının kobudcasına pozulduğu və ikili standartlara əsaslanan selektiv yanaşmaların baş qaldırdığı belə bir şəraitdə milli maraqların qorunmasına hədəflənmiş və mövcud çağırışlara cavab verən siyasətin həyata keçirilməsi müstəqil dövlətlərin qarşısında duran başlıca vəzifələrdəndir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Sabitliyə, təhlükəsizliyə və inkişafa xidmət edən birlik
Son zamanlarda yeni strateji hədəflərə doğru inamla irəliləyərək dünya siyasətində yüksələn güc mərkəzinə çevrilən, beynəlxalq nüfuzu və geosiyasi təsir imkanları artmaqda olan Türk Dövlətləri Təşkilatında birləşən ölkələr də analoji çağırışlarla üzləşirlər. Bütövlükdə, Türk dünyası böyük coğrafiya, böyük iqtisadiyyat və daim artan əhalidir. TDT hansısa süni maraqlar üzərində qurulmayıb. Tarixdən gələn bağlılıq, zəngin ənənələr, milli-mənəvi dəyərlər kimi təbii amillər Türk birliyinin sarsılmazlığını şərtləndirən çox mühüm amillərdir. Türk birliyini yeni ittifaq modeli kimi səciyyələndirən Prezident İlham Əliyev vurğulayıb: “Yeni ittifaq modeli kimi dünyanın diqqət mərkəzində olan bu təşkilatda təmsil olunan ölkələrin sıx həmrəylik şəraitində dostluq və qardaşlıq prinsiplərinə, qarşılıqlı anlaşmaya, bərabərhüquqlu tərəfdaşlığa və çoxşaxəli əməkdaşlığa əsaslanan münasibətləri həm milli və regional səviyyədə, həm də qlobal miqyasda sabitliyə, təhlükəsizliyə və inkişafa xidmət edən çox önəmli amildir”.
Partiya diplomatiyası
İndiki dövrdə dövlətlərarası münasibətlərin qurulmasında və möhkəmlənməsində partiya diplomatiyasının önəmi daha da artıb. Xüsusilə də hakim partiyalar arasında qurulan münasibətlər ölkələr və xalqlar arasında etimad mühitinin möhkəmlənməsinə müsbət təsir göstərir. Hakim siyasi partiyaların öz xarici əlaqələrindən istifadə etməklə dövlətin və xalqın taleyüklü məsələlərinə verdiyi töhfələrin bariz nümunəsini YAP 44 günlük Vətən müharibəsi zamanı göstərib. Belə ki, həmin vaxt Azərbaycanın haqq səsini beynəlxalq aləmə çatdırmaq üçün YAP tərəfindən dünyanın çox sayda siyasi partiyalarına müraciətlər edilib və nəticədə ölkəmizi dəstəkləyən cavablar alınıb. Azərbaycanla ən böyük həmrəyliyi isə, təbii ki, Türk dövlətləri göstərib. Şuşada baş tutan tədbir Türk dövlətlərinin hakim siyasi partiyaları arasında həmrəyliyin və dialoqun yüksək səviyyədə olmasının daha bir təzahürüdür. “Heç şübhəsiz, Türk Dövlətləri Təşkilatında bir araya gələn ölkələrin siyasi partiyalarının qarşılıqlı faydalı əməkdaşlığı da müştərək məqsədlərin həyata keçirilməsində əhəmiyyətli rol oynayır”, - deyə Prezident İlham Əliyev müraciətində vurğulayıb.
Xəbər lenti
Hamısına baxİdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32

