Zəngəzur dəhlizində işlər yekunlaşır
24.08.2024 [09:50]
2025-ci ildə istifadəyə hazır olacaq Horadiz-Ağbənd dəmir yolu Zəngəzurun açılışını daha da labüdləşdirir
Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi üzrə işlərin 57 faizi başa çatdırılıb, o cümlədən dəmir yolu xəttinin layihələndirilməsi işləri 83 faiz yerinə yetirilib. “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, uzunluğu 110,4 km olan dəmir yolu xəttinin təhkim zolağı və xüsusi mühafizə zonası boyunca 60 metr enində ərazilərin minadan təmizlənməsi başa çatdırılıb, əlavə genişlənmələrin tələb olunduğu hissələrin isə minadan təmizlənməsi davam etdilir. Eyni zamanda dəmir yolu xəttinin 72-82-ci km hissəsində yolun oxunun dəyişdirilməsi səbəbindən minatəmizləmə işləri təkrar yerinə yetirilib. 2024-cü ilin sonuna kimi Horadiz-Ağbənd dəmir yolu xəttində tikinti işlərinin 60 faizdən çoxu, layihələndirmə işlərinin isə 90 faizinin tamamlanması nəzərdə tutulur ki, bu il ərzində dəmir yolunda əsaslı işlərin böyük əksəriyyəti yekunlaşacaq.
Zəngəzur dəhlizinin ən mühüm nəqliyyat qovşaqlarından biri olan Horadiz-Ağbənd dəmir yolu xəttində tunel və keçidlərin inşası da qrafikə uyğun sürətlə həyata keçirilməkdədir. Yolun ən strateji nöqtələrindən biri olan 106-cı km-də inşa edilən tunelin uzunluğu 1071 metrdir və burada ən qabaqcıl texnoloji avadanlıqlardan istifadə edilməklə bütün zəruri infrastrukturlar yaradılır. Yeni Avstriya üsulu ilə yerinə yetirilən işlər tunelin görkəm və relyef baxımından strateji imkanlarını artırır, tnel boyunca ən müasir texniki təchizatların yaradılması gələcəkdə dəmir yolu xəttinin elektrikləşdirilməsində də mühüm əhəmiyyət kəsb edəcək. Bundan başqa, Horadiz-Ağbənd dəmir yolu xəttinin 79-cu km-də yerləşən strateji keçidlərdən biri olan 771 metr uzunluğundakı 23 aşırımlı körpünün tikintisi dünyadakı ən müasir tikinti texnologiyaları ilə davam etdirilir və işlərin böyük bir hissəsi başa çatıb.
2025-ci ildə yekunlaşacağı gözlənilən Horadiz-Ağbənd dəmir yolu artıq tam istifadəyə hazır olacaq və bu, Zəngəzur dəhlizinin də işə düşməsinə əsaslı zəmin yaradacaq.
Yeri gəlmişkən, Zəngəzur dəhlizinin bir hissəsi kimi xüsusi əhəmiyyət daşıyan Mincivanda da işlət sürətlə davam etdirilir və zəruri infrastrukturlar, logistika təminatlarının gələn ildə tamamlanması nəzərdə tutulur. Araz çayının sahilində - respublika əhəmiyyətli Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd yolu və Horadiz-Ağbənd dəmir yolu xətti üzərində yerləşən Mincivan böyük bir dəmir yolu şəbəkəsi ailəsinə qoşulmaqla region ölkələri, Türk dövlətləri üçün xüsusi əhəmiyyət daşıyacaq.
Beləliklə, Zəngəzur dəhlizinin Azərbaycan ərazisi hissəsində 2 əsas strateji nöqtəsi olan Horadiz-Ağbənd və Mincivanın logistika imkanlarının yaradılması artıq Zəngəzur dəhlizinin açılışını fiziki olaraq labüdləşdirir. Son dövrlərdə Çinin müəllifi olduğu “Bir kəmər, bir yol” təşəbbüsünün ən strateji qovşağı - Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) quruculuğu istiqamətində formalaşdırılan reallıqlardan doğan iqtisadi-siyasi zərurətlər də Zəngəzurun istifadəyə verilməsi tezliyini şərtləndirir.
Göründüyü kimi Azərbaycan Zəngəzur transkommunikasiya xəritəsinin bütün fiziki strukturlarını yekunlaşdırmaqdadır. Bu isə qlobal nəqliyyat daşıyıcılarının da planlarını həyata keçirmək üçün əlverişli fürsətlər yaradır. Belə ki, dünyada baş verən mürəkkəb geosiyasi proseslər fonunda öz aktual landşaftını möhkəmləndirən nəqliyyat-logistika şəbəkələrinin ən hərəkətli və rentabelli xətti Zəngəzur dəhlizidir və bu, “Bir kəmər, bir yol” nəqliyyat konseptinə tam uyğundur. Zəngəzur dəhlizinin tezliklə reallaşmasını dəstəkləyən ən təşəbbüskar ölkələrdən biri də Çindir. Çin-Asiya-Azərbaycan qovşağı olan Orta Dəhliz Zəngəzurla tamamlanaraq Türkiyəyə tranzit qapısı açaraq Avropaya istiqmətlənir. Hazırda bu tranzit dəhlizin axıcılığı və daşınma rentabelliyi durmadan artır və Orta Dəhlizlə Çindən gələn yüklərin Qazaxıstandan keçərək Xəzər dənizinə, Azərbaycana və oradan da Gürcüstan və Türkiyə üzərindən Avropadakı son təyinat ölkələrinə daşınma həcmləri dayanmadan artır. Bu baxımdan Zəngəzur dəhlizinin Orta Dəhlizə inteqrasiya olunması Yeni İpək Yolu ilə daşınmaların vaxt və iqtisadi səmərəlilik baxımından daha da yaxşılaşmasına şərait yarada bilər. Bu geosiyasi və iqtisadi gerçəkliklərin fonundan Zəngəzurun logistik təsvirini belə səciyyələndirmək mümkündür:
- Dəhliz qloballaşmanın iqtisadiyyata mənfi təsirlərini azaldır.
- Böyük bir coğrafiyada iqtisadi inteqrasiyanı böyütməklə regional inkişafa ciddi təkan yaradır.
- Beynəlxalq səviyyədə yüklərin daşınmasına və beləliklə də milli gəlirlərin artmasına töhfə verir.
Beləliklə, Zəngəzur dəhlizi Azərbaycanın Naxçıvanla yol-nəqliyyat bağlantısını təmin edən kommunikasiya vasitəsi anlayışından daha güclü iqtisadi-siyasi mahiyyət daşıyır və Çindən Avropaya sürətli və qısa makrokommunikativ sistemə çevrilir. Eyni zamanda, bu dəhliz Azərbaycanın yeni nəqliyyat strategiyasının ən mühüm hissəsi olmaqla çoxşaxəli və balanslaşdırılmış tranzit siyasətini ifadə edərək birbaşa sosial rifah və geniş həmrəylik, iqtisadi əməkdaşlıq formatına əsaslanır.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40

