/ / Bakıda “Azəryol” klubunun inzibati binası, voleybol meydançası və “Azəryol” oteli istifadəyə verilib
Bakıda “Azəryol” klubunun inzibati binası, voleybol meydançası və “Azəryol” oteli istifadəyə verilib
22.12.2012 [00:17]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Voleybol Federasiyasının “Azəryol” voleybol klubunun yeni inzibati binasının, voleybol meydançasının və “Azəryol” otelinin açılışında iştirak edib.
Dövlətimizin başçısı əvvəlcə inzibati binada yaradılan şəraitlə tanış olub.
Nəqliyyat naziri, Azərbaycan Voleybol Federasiyasının prezidenti Ziya Məmmədov Prezident İlham Əliyevə məlumat verib ki, Azərbaycan Voleybol Federasiyasının yerləşdiyi bu kompleks qadınlardan ibarət “Azəryol” və “Azərreyl” voleybol klublarının mərkəzi bazası kimi fəaliyyət göstərəcək.
Binada Ümummilli lider Heydər Əliyevin büstü qoyulub, Ulu öndərin və Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdikləri diqqət və qayğını, eləcə də veteran voleybolçuların fotolarını əks etdirən stendlər yaradılıb.
Diqqətə çatdırılıb ki, müasir memarlıq üslubunda ən son texnologiyalar əsasında inşa olunan binanın tikintisinə ötən il başlanılıb. Binanın layihəsi 2009-cu ildə Kölndə keçirilən memarlıq sərgisində ən yaxşı layihələrdən biri hesab edilib. Kompleksin tikintisində azərbaycanlı və xarici mütəxəssislər birgə çalışıblar. Üçmərtəbəli binada işçi qrupları, məşqçilər və menecerlərin fəaliyyəti üçün hər cür şərait yaradılıb. Buradakı konfrans zalı müasir avadanlıqla təchiz edilib.
Yüksək səviyyəli qonaqlar üçün nəzərdə tutulan otaqlarda yaradılan şəraitlə tanışlıq zamanı Prezident İlham Əliyevin diqqətinə çatdırılıb ki, burada oyunları izləmək üçün bütün imkanlar var. Binadakı 100 nəfərlik yeməkxananın xidmətindən həm idmançılar, həm də qonaqlar istifadə edəcəklər. Bundan əlavə, burada ən müasir avadanlığın quraşdırıldığı məşq zalı və tibbi yardım otağı var.
Dövlətimizin başçısı “Azəryol” klubunun yeni voleybol meydançasında yaradılan şəraitlə də tanış olub.
Məlumat verilib ki, meydança Avropa Voleybol Konfederasiyasının və Beynəlxalq Voleybol Federasiyasının standartlarına tam uyğundur. “Azərreyl” və “Azəryol” klublarının təlim-məşq toplanışlarının da keçiriləcəyi bu idman qurğusunun daha bir xüsusiyyəti onun fəza konstruksiyasına malik olmasıdır. İki min tamaşaçı yerlik meydançada müasir tablo quraşdırılıb. Bu tablo Avropa Voleybol Konfederasiyası tərəfindən bütün federasiyalara nümunə kimi tövsiyə olunub. Oyunların gedişini zalda quraşdırılan led monitorlar vasitəsilə də izləmək mümkündür.
Azərbaycan Prezidenti İlham Əliyev burada voleybolçularla görüşüb.
İdmançıları təbrik edən Prezident İlham Əliyev deyib: “Mən çox şadam ki, bizim yerli - Azərbaycan voleybolçuları da yetişir və milli komandamızda təmsil olunurlar. Milli komandamız da, klublarımız da ölkəmizi beynəlxalq yarışlarda ləyaqətlə təmsil edirlər. Deyə bilərəm ki, bizim daxili çempionatımız Avropada bəlkə ən güclü çempionatlardan biridir. Bir neçə komandamız yüksək zirvələrə çatmışdır və ən önəmlisi, milli yığmamız da çox gözəl oyun nümayiş etdirir. Əminəm ki, Avropa çempionatında da yığma komandamız yaxşı nəticə göstərəcəkdir. Bildiyiniz kimi, 2015-ci ildə Bakıda birinci Avropa Olimpiya Oyunları keçiriləcəkdir. Voleybol idman növü də o oyunların siyahısına daxil edilib. Biz voleybolçularımızdan yeni qələbələr gözləyirik. Şübhəsiz ki, 2016-cı ilin Yay Olimpiya Oyunlarına da ciddi hazırlıq gedir. İndi belə gözəl şərait yaradılıbdır və əminəm ki, nəticələr daha da yaxşı olacaqdır.
Sizi, federasiyanı, bütün voleybol ictimaiyyətini gözəl nəticələr münasibətilə təbrik etmək istəyirəm. Oyun idman növləri arasında voleybol bizdə ön plandadır, birinci yerdədir. Hesab edirəm ki, digər oyun növlərinin də bu səviyyəyə çatması üçün fəal iş görülməlidir. Sizi bir daha təbrik edirəm”.
Dövlətimizin başçısına Azərbaycan Voleybol Federasiyasının rəmzi topu və üzərində idmançıların imzaları olan voleybol topu hədiyyə edilib.
İdmançılar Azərbaycan Prezidenti ilə xatirə şəkli çəkdiriblər.
Sonra Prezident İlham Əliyev “Azəryol” otelində yaradılan şəraitlə tanış olub.
Bildirilib ki, altımərtəbəli oteldə ikisi VİP olmaqla 36 nömrə, restoran və kafeteriyalar vardır. Oteldə təlim-məşq toplanışlarına gələn idmançıların, qonaqların istirahəti üçün hər cür şərait yaradılıb. Yüksək standartlara uyğun inşa olunmuş otelin binası kompleksin memarlıq quruluşuna da xüsusi yaraşıq verir.
Diqqətə çatdırılıb ki, “Azərreyl” Azərbaycan voleybolunun flaqmanı hesab olunur. 2000-ci ildə yaradılan klub 2002-ci ildə Avropa “Top Komandalar” kubokunu əldə edib. 2004-cü ildə Çempionlar Liqasının “Dördlər finalı”na yüksələn “Azərreyl” 2010-cu ildə “Çağırış Kuboku”nu qazanıb. Komanda hazırda Çempionlar Liqasında çıxış edir. 2011-ci ildə yaranan “Azəryol” klubu isə beynəlxalq yarışlarda çıxışlarına yeni başlayıb.
Dövlətimizin başçısı yaradılan şəraitdən razılığını bildirib.
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

