Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Avropa Oyunları Parkının açılışında iştirak edib
14.05.2015 [09:52]
Mayın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və qızı Arzu Əliyeva paytaxtda Avropa Oyunları Parkının açılışında iştirak ediblər.
Gənclər və idman naziri Azad Rəhimov dövlətimizin başçısına parkda yaradılan şərait barədə məlumat verib. Bildirilib ki, yüksək səviyyədə aparılan tikinti-quraşdırma işləri zamanı bütün tələblər nəzərə alınıb. Ərazinin geoloji xüsusiyyətlərinə uyğun olaraq dayanıqlılıq üzrə müvafiq sınaq işləri yerinə yetirilib.
Prezident İlham Əliyev parkın rəmzi açılışını bildirən lenti kəsib.
Diqqətə çatdırılıb ki, Avropa Oyunları Parkı su polosu, çimərlik voleybolu, çimərlik futbolu və basketbol yarışları üçün nəzərdə tutulub. Park üç idman qurğusundan və dörd funksional zonadan ibarətdir. Qurğunun ümumi ərazisi 18 hektar, tikintialtı sahə isə 70 min kvadratmetrə yaxındır.
Qeyd edilib ki, Avropa Oyunları Parkında yerləşən su polosu yarışları kompleksindəki funksional otaqlar ən yüksək standartlar səviyyəsindədir. Burada iclas və məlumat otaqları, kafe və VIP sahələr də istifadəyə verilib. Kompleksdə beynəlxalq tələblər səviyyəsində 1836 və 560 tamaşaçı yeri olan iki üzgüçülük hovuzu inşa edilib. Burada tənzimləyici su hovuzu da yaradılıb.
Su polosu yarışları kompleksi ilə çimərlik voleybolu və çimərlik futbolu yarışları kompleksi arasında ikimərtəbəli funksional keçid inşa olunub. Burada, həmçinin VIP lounge və terras yaradılıb.
Avropa Oyunları Parkının basketbol yarışları kompleksi də beynəlxalq tələblər nəzərə alınaraq qurulub. Burada hər biri üç nəfərdən ibarət komandaların idmanın bu növü ilə məşğul olmaları üçün əlverişli şərait var. Final yarışları üçün nəzərdə tutulan, eni 11, uzunluğu 15 metr olan meydançada 2008 nəfərlik tribuna quraşdırılıb. Bundan başqa, kompleksdəki üç meydança da idmançıların ixtiyarına veriləcək. Onların hər biri 376 tamaşaçı tutumuna malikdir.
Parkın çimərlik voleybolu və çimərlik futbolu yarışları kompleksində idmanın bu növləri ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb. Kompleksdə final yarışları üçün 2931 tamaşaçı tutumu olan meydança, hər biri 302 tamaşaçı yerinə malik üç adi və iki məşq meydançası idmançıların ixtiyarına veriləcək.
Avropa Oyunları Parkının bütün komplekslərində quraşdırılan idman qurğuları dünyanın tanınmış şirkətlərinin məhsullarıdır. Belə avadanlıq dünyada məşhur idman arenalarında istifadə olunur. Bu idman qurğusunda avtodayanacaq, qeydiyyat, mətbuat, yayım və çəkiliş qurğuları, digər xidmət sahələri mövcuddur.
Avropa Oyunları Parkı kimi müasir idman qurğusunun istifadəyə verilməsi “Bakı-2015” ilk Avropa Oyunları zamanı su polosu, çimərlik voleybolu, çimərlik futbolu və basketbol yarışlarının yüksək səviyyədə təşkilinə hərtərəfli imkan yaradacaq. Ölkəmizdəki mövcud idman komplekslərinin müasir tələblər səviyyəsində yenidən qurulması və yeni idman qurğularının istifadəyə verilməsi Azərbaycanda idmana dövlət qayğısının göstəricisidir. Bu addımlar ölkədə idmana marağın artmasında, idmanın kütləviliyinin təmin edilməsində də mühüm rol oynayır. Belə tədbirlər həm də onu sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda başlanılan və istənilən sahəyə aid bütün layihələr uğurla, həm də vaxtında icra olunur. “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi altında ölkəmizdə bu mötəbər idman yarışı ilə bağlı görülən işlər birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün yaxşı əsas yaradır.
Parkda yaradılan şəraitlə tanış olandan sonra dövlətimizin başçısı və xanımı Avropadan olan rəsmi və texniki heyətə xidmət göstərəcək taksilərə baxıblar. Mayın 29-dan istifadəyə veriləcək bu taksilər Oyunlar zamanı federasiyaların, beynəlxalq idman qurumlarının rəhbərlərinə və digər vacib şəxslərə xidmət göstərəcək. Oyunlar zamanı 500 belə taksi fəaliyyət göstərəcək. Bu isə öz növbəsində Avropa Oyunları ilə bağlı ölkəmizə gələn qonaqların rahatlığını təmin etmək baxımından önəmlidir.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

