/ / Zamanın diqtə etdiyi Konstitusiya dəyişiklikləri milli və dövlətçilik maraqlarımıza tam cavab verir
Zamanın diqtə etdiyi Konstitusiya dəyişiklikləri milli və dövlətçilik maraqlarımıza tam cavab verir
14.03.2009 [15:54]
Dünən “Yeni Azərbaycan” təşviqat qrupunun üzvləri martın 18-də keçiriləcək referendumla əlaqədar Saatlı rayonunda seçicilərlə növbəti görüşlərini keçiriblər. Günün ilk görüşü rayonun Dəlilər kəndində baş tutub. Tədbirdə çıxış edən təşviqat qrupunun Saatlı rayon şöbəsinin sədri Lütvəli Şıxəliyev Azərbaycan Respublikası Konstitusiyasına Yeni Azərbaycan Partiyası tərəfindən təklif olunan əlavə və dəyişikliklərin ölkəmizdə aparılan işqtisadi, sosial islahatların sürətləndirilməsinə, vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə, insan hüquq və azadlıqlarının genişləndirilməsinə xidmət etdiyini söyləyib. Onun sözlərinə görə, zamanın və mövcud reallıqlarının diqtə etdiyi bu dəyişikliklər Azərbaycanın milli və dövlətçilik maraqlarına tam uyğun gəlir.
Sonra çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Konstitusiyaya dəyişikliklər edilməsi zərurətindən danışaraq vurğulayıb ki, bu təklif ilk olaraq xalqdan gəlib. ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyası isə xalqın istək və arzularını nəzərə alaraq, Referendum Aktını hazırlayıb və Milli Məclisə təqdim edib. Konstitusiyaya təklif olunan bütün dəyişikliklərin vətəndaşlarımızın xeyrinə olduğunu söyləyən baş redaktor daha sonra bütün dəyişikliklər haqqında geniş məlumat verib. İlk olaraq, Konstitusiyanın 12-ci maddəsinə təklif olunan dəyişiklikdən bəhs edən natiqin sözlərinə görə, mövcud Ana Yasamızın 12-ci maddəsində göstərilir ki, insan hüquq və azadlıqlarının təmin olunması dövlətin ali məqsədidir. Bu gün təklif olunan dəyişiklikdə isə bununla yanaşı, eyni zamanda, Azərbaycan vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin olunması da dövlətin ali məqsədi kimi müəyyənləşdirilir. Bu o deməkdir ki, Azərbaycan vətəndaşının layiqli həyat səviyyəsinin təmin olunmasını dövlət öz üzərinə öhdəlik götürür. Eynilə, Konstitusiyanın 15-ci maddəsinə təklif olunan dəyişiklikdə də vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması başlıca məqsəddir: “Konstitusiyanın 15-ci maddəsində qeyd olunur ki, Azərbaycan iqtisadiyyatı bazar münasibətlərinə söykənən iqtisadiyyatdır. Təklif olunan dəyişiklikdə isə qeyd olunur ki, Azərbaycan iqtisadiyyatı bazar münasibətlərinə söykənən sosialyönümlü iqtisadiyyatdır. Sosialyönümlü iqtisadiyyat isə o deməkdir ki, dövlətin bütün gəlirləri dövlət büdcəsinə yönəldilir, sonra isə bu və ya başqa formada insanlarımızın güzəranının daha da yaxşılaşdırılmasına yönəldilir, gəlirlər cəmiyyət üzvləri arasında ədalətli paylanılır. Bu məsələlər 1995-ci ildə qəbul olunmuş Konstitusiyamızda öz əksini tapmayıb. Bunun obyektiv səbəbləri var. Bilirsiniz ki, 1995-ci ildə yenicə atəşkəs əldə olunmuş, Azərbaycan müharibədən ağır itgilərlə çıxmışdı. Həmçinin, ölkə daxilində parçalanma meyilləri dövləti xeyli zəiflətmişdi. Bir sıra iqtisadi layihələr icra olunsa da, əldə olunan, qazanılan gəlirlər o həddə deyildi. Amma aradan 14 il keçib və bu günün Azərbaycanı 1995-ci ildəkindən müqayisə olunmaz səviyyədədir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət Azərbaycanı inkişaf etdirib, gücləndirib. Adi bir müqayisə aparaq. 1995-ci ildə Azərbaycanın dövlət büdcəsi 1,2 milyard ABŞ dolları təşkil edirdi. Bu gün isə Azərbaycanın dövlət büdcəsi 15, icmal büdcəsi 18 milyad manat təşkil edir. Dövlət Neft Fondunda da təqribən bir o qədər vəsait toplanıb. Azərbaycanın iqtisadi resurslarının səmərəli şəkildə istismarı təşkil olunub. ölkəmizdə neft sektoru ilə yanaşı, qeyri - neft sektoru da inkişaf edir. Aqrar sahə kompleksləri yenidən qurulur. Aqrar sahənin inkişafı üçün böyük tədbirlər həyata keçirilib. Müstəqilliyimizin ilk illərində tamamilə sıradan çıxmış kənd təsərrüfatı görülən məqsədyönlü tədbirlər nəticəsində yenidən dirçəlib. Bu gün Azərbaycan öz daxili imkanları hesabına ərzaq təhlükəsizliyini təmin edir. Bununla yanaşı, Azərbaycan istehsal etdiyi kənd təsərrüfat məhsullarını xarici dövlətlərə ixrac edir. Regionların sosial iqtisadi inkişaf proqramı çərçivəsində görülən işlər nəticəsində Azərbaycanın hər bir rayonu inkişaf edib, dəyişib. Biz bunu Saatlının timsalında görə bilirik. Bu isə o deməkdir ki, bu gün həqiqətən ölkəmizdə çox böyük işlər həyata keçirilir, Azərbaycan sürətlə inkişaf edir. Bu inkişafın davamlılığını təmin etmək üçün isə şübhəsiz ki, bu inkişafla ayaqlaşa bilən hüquqi baza yaratmaq, qanunlarımızı müasir tələblərə uyğun yenidən işləyib hazırlamaq lazımdır. Qanunlar isə bilirsiniz ki, Konstitusiyaya söykənir. Yəni vətəndaşlarımızın daha yaxşı yaşamasını təmin etmək məqsədilə, dövlətimizin daha da güclənməsi naminə Konstitusiyada da dəyişikliklər edilməsi qaçılmaz bir prosesdir. Bu dəyişikliklər Azərbaycanın inkişafından doğan zərurətlərdir”.
Konstitusiyaya insan hüquq və azadlıqlarının möhkəmləndirilməsi məqsədilə təklif edilən dəyişikliklərə toxunan Hikmət Babaoğlu qeyd edib ki, Ana Yasamızın 25, 29, 32, 39, 48, 50, 67 və bir sıra digər maddələrinə təklif olunan dəyişikliklər məhz bu məqsədə xidmət edir: “Konstitusiyanın 29-cu (Mülkiyyət hüququ) maddəsinə təklif olunan dəyişiklikdə ictimai ehtiyaclar üçün mülkiyyətin özgələşdirilməsinə icazə verilməyəcək. Bilirsiniz ki, movcud variantda deyilir ki, dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgələşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə icazə verilə bilər. Amma bu dəyişiklik qəbul olunduqdan sonra artıq ictimai ehtiyaclar sözü oradan çıxarılacaq və bu məqsədlə vətəndaşın mülkiyyətindən məhrum edilməsi halları aradan qalxacaq”.
Daha sonra digər bütün maddələr haqqında da geniş izahatlar verən baş redaktor bütün dəyişikliklərin Azərbaycan vətəndaşlarının daha yaxşı yaşamasına, insan hüquq və azadlıqlarının daha yaxşı qorunmasına, dövlət müstəqilliyinin möhkəmlənməsinə xidmət etdiyini vurğulayaraq, Dəlilər kənd sakinlərini martın 18-də seçki məntəqələrinə gələrək Referendum Aktına səs verməyə çağırıb.
Sonra çıxış edən kənd sakinləri Əlmərdan Əliyev və Sarxan Əbilov bütün Dəlilər kənd sakinlərinin Referendum Aktı ilə tanış olduqlarını və dəstəklədiklərini vurğulayıblar. Kənd sakinləri qonaqları əmin ediblər ki, ötən prezident seçkilərində olduğu kimi, referendumda da yüksək fəallıq nümayiş etdirəcəklər və Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə səs verəcəklər.
Tədbirin sonunda seçiciləri maraqlandıran suallar cavablandırılıb.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28

