/ / Siyəzən rayonunda da yeni suvarılacaq torpaqlara Taxtakörpü-Ceyranbatan kanalından suyun verilməsinə başlanıb
Siyəzən rayonunda da yeni suvarılacaq torpaqlara Taxtakörpü-Ceyranbatan kanalından suyun verilməsinə başlanıb
05.09.2015 [11:22]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi çərçivəsində Siyəzən rayonunda yeni suvarılacaq torpaqlarda meliorativ tədbirlərin başa çatdırılaraq Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun verilməsi mərasimində də iştirak edib.
Dövlətimizin başçısı İlham Əliyev Taxtakörpü-Ceyranbatan kanalından Siyəzən rayonunda yeni suvarılan torpaqlara suyun verilməsi qurğusunu işə salıb.
Məlumat verilib ki, layihə zonasındakı 12 min 137 hektar sahənin 6 min 972 hektarında meliorativ tədbirlər aparılmaqla yeni suvarılacaq torpaqların istifadəyə verilməsi və 5 min 165 hektarda mövcud əkin sahələrinin su təmınatının yaxşılaşdırılması nəzərdə tutulur. Yeni suvarılan torpaqların 2300 hektarında kollektor-drenaj şəbəkələrinin tikintisi layihələndirilib. Siyəzən rayonundakı 6 min 972 hektar torpaq sahəsi dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardır. Burada da suvarma üçün əsas su mənbəyi yeni inşa olunmuş Taxtakörpü-Ceyranbatan və Samur-Abşeron kanallarıdır. Layihə Fövqəladə Hallar Nazirliyi tərəfindən dövlət ekspertizasının rəyi ilə təsdiq edilib.
Bildirilib ki, Dövlət Neft Fondundan ayrılan vəsait hesabına 2015-ci ilin əvvəlindən meliorativ tədbirlərin aparılmasına başlanılan iki sahədən ibarət olmaqla cəmi 1466 hektar ərazidə meliorativ tədbirlərin və suvarma şəbəkəsinin tikintisi işləri tamamlanıb. Yeni suvarılacaq torpaqların 24 hektarı dövlət, 1151 hektarı bələdiyyə və 249 hektarı xüsusi mülkiyyətdə olan torpaqlardır. Yeni suvarılacaq 1424 hektar torpaq sahəsinin 866 hektarında torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün kollektor-drenaj şəbəkəsinin tikintisi həyata keçirilib. Bu mərhələdə 42 hektar mövcud suvarılan torpaqların su təminatı yaxşılaşdırılıb. İlin sonunadək rayonun ərazisində əlavə olaraq 1738 hektar torpaq sahəsinin suvarılması təmin ediləcək ki, ondan 1115 hektarı yeni suvarılan torpaqlardır. Həmçinin, 623 hektar mövcud əkin sahələrinin su təminatı yaxşılaşdırılacaq.
Yeni suvarılacaq torpaqların 58 hektarında kollektor-drenaj şəbəkəsinin tikintisi nəzərdə tutulub. Cari ildə Siyəzən rayonu üzrə ümumilikdə 3 min 204 hektar torpaq sahəsi istifadəyə veriləcək. Bunun 2 min 539 hektarını yeni suvarılan torpaqlar təşkil edəcək, eyni zamanda, 665 hektar mövcud əkin sahələrinin su təminatı yaxşılaşdırılacaq. 2016-cı ildə isə 8933 hektar suvarılan torpaq sahəsinin istifadəyə verilməsi planlaşdırılır ki, bunun da 4433 hektarı yeni suvarılan əkin sahələri olacaq, həmçinin 4500 hektar mövcud əkin sahələrinin su təminatı yaxşılaşdırılacaq. Bununla da layihənin tam başa çatdırılması nəzərdə tutulur. Bu torpaqların 1376 hektarında kollektor-drenaj şəbəkəsinin tikintisi nəzərdə tutulub.
Dövlətimizin başçısına yağışyağdırma üsulu ilə suvarma sistemi və layihə çərçivəsində Şabran rayonu ərazisində görülən işlərlə bağlı da məlumat verilib. Bildirilib ki, Şabran rayonunda mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi üzrə hazırlanan layihədə 28 min 497 hektar torpaq sahəsinin 14 min 38 hektarında meliorativ tədbirlər aparmaqla yeni suvarılan torpaqların istifadəyə verilməsi və 14 min 459 hektar mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması nəzərdə tutulur. Yeni suvarılacaq 14 min 38 hektar torpaq sahəsinin 1709 hektarı dövlət, 8089 hektarı bələdiyyə və 4240 hektar torpaq sahəsi xüsusi mülkiyyətə məxsusdur. Hazırda Şabran rayonu üzrə meliorativ tədbirlərin layihə sənədlərinin hazırlanması başa çatmaq ərəfəsindədir.
Hər üç rayonun “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsindən bəhrələnməsi məqsədilə bu rayonlarda meliorativ tədbirləri paralel aparmaqla tədricən 2-3 il ərzində layihənin tam başa çatdırılması nəticəsində iri kənd təsərrüfatı müəssisələrinin yaradılması, eləcə də, fermer təsərrüfatlarının su təminatının yaxşılaşdırılması mümkün olacaq.
Xəbər lenti
Hamısına baxXəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04

