/ / Azərbaycan Prezidenti İlham Əliyev Pakistan Senatının müdafiə komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Pakistan Senatının müdafiə komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
02.11.2015 [10:40]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Pakistan Senatının müdafiə komitəsinin sədri Müsahid Hüseyn Seyidin başçılıq etdiyi, Pakistan Senatının üzvlərindən ibarət olan nümayəndə heyətini qəbul edib.
Müsahid Hüseyn Seyid Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin salamlarını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırıb. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ölkəsinə ilk səfərini ehtiramla xatırlayan Pakistan Senatının Müdafiə Komitəsinin sədri Ulu öndərin ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafı istiqamətində gördüyü işləri xüsusi vurğulayıb. Müsahid Hüseyn Seyid Azərbaycanda parlament seçkilərinin yüksək səviyyədə təşkil olunduğunu və keçirildiyini qeyd edərək seçkilərin nəticələrinin Azərbaycan xalqı və ümumilikdə region üçün uğurlu olacağına əminliyini ifadə edib. Azərbaycan-Pakistan ikitərəfli münasibətlərinə toxunan Müsahid Hüseyn Seyid Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Pakistanda baş vermiş təbii fəlakətlər zamanı göstərdiyi yardımlara görə minnətdarlığını bildirib. Azərbaycan ilə dostluq münasibətlərindən qürur duyduqlarını vurğulayan Pakistan Senatının Müdafiə Komitəsinin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəsinin Azərbaycanın ədalətli mövqeyini tam dəstəklədiyini deyib.
Prezident İlham Əliyev Pakistanın bütün siyasi partiyalarının Azərbaycana münasibətdə güclü birlik nümayiş etdirməsini yüksək qiymətləndirib. Dövlətimizin başçısı dost və qardaş Pakistanın Azərbaycanın ən yaxın müttəfiqlərindən biri olduğunu vurğulayaraq hər iki ölkə arasında uğurlu əməkdaşlıq əlaqələrinin qurulduğunu deyib. Yüksək səviyyəli qarşılıqlı münasibətlərin əhəmiyyətinə toxunan dövlətimizin başçısı Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfərini xatırlayaraq bu səfərin ikitərfəli əlaqələrimizin daha da gücləndirilməsi işinə xidmət etdiyini vurğulayıb. Prezident İlham Əliyev qardaş Pakistan dövlətinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyinə verdiyi güclü dəstəyi ölkələrimiz arasında mövcud olan qardaşlıq münasibətlərinin bariz nümunəsi kimi dəyərləndirib. Dövlətimizin başçısı Azərbaycan ilə Pakistan arasında daim qarşılıqlı dəstəyin olmasının və iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etməsinin əhəmiyyətini qeyd edib.
Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Pakistan İslam Respublikasının Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

