/ / Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında əlaqələr müxtəlif sahələrdə uğurla inkişaf edir
Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında əlaqələr müxtəlif sahələrdə uğurla inkişaf edir
16.04.2009 [16:49]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fəhd bin Əli əl-Düsərinin etimadnaməsini qəbul edib. Səfir Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçib. Fəhd bin Əli əl-Düsəri etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Səfir Fəhd bin Əli əl-Düsəri İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləzizin salamlarını dövlətimizin başçısına çatdırıb. O, Azərbaycana səfir təyin olunmasından böyük şərəf duyduğunu, ölkəmizdəki diplomatik fəaliyyəti dövründə ikitərəfli əlaqələrin daha da möhkəmlənməsi işində səylərini əsirgəməyəcəyini bildirib.
Dövlətimizin başçısı Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralı ilə keçirdiyi görüşləri məmnunluqla xatırlayıb, qarşılıqlı əlaqələrin möhkəmlənməsində bu görüşlərin əhəmiyyətini qeyd edib.
Dövlətimizin başçısı ikitərəfli münasibətlərdə dostluq və tərəfdaşlıq ruhunun olduğunu, ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birini daim dəstəkləməkdə davam etdiklərini vurğulayıb. Səfirə Azərbaycandakı fəaliyyətində uğurlar arzulayan Prezident İlham Əliyev ümidvar olduğunu bildirib ki, ölkəmizdəki fəaliyyəti müddətində o, əlaqələrimizin daha da genişlənməsində səylərini əsirgəməyəcək.
Dövlətimizin başçısı Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləzizin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına çatdırmağı xahiş edib.
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45

