/ / Prezident İlham Əliyev “Üfüq”, “Zəfər” və “Turan” sərnişin gəmilərinin istismara verilməsi mərasimində iştirak edib
Prezident İlham Əliyev “Üfüq”, “Zəfər” və “Turan” sərnişin gəmilərinin istismara verilməsi mərasimində iştirak edib
25.04.2016 [09:03]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 22-də Bakı gəmiqayırma zavodunda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə inşa edilən “Üfüq”, “Zəfər” və “Turan” sərnişin gəmilərinin istismara verilməsi mərasimində iştirak edib.
Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və “Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev dövlətimizin başçısına zavodda inşa edilən gəmilər barədə məlumat veriblər. Bildirilib ki, hazırda gəmiçiliyin donanması üçün zəruri olan müxtəlif təyinatlı gəmilərin inşası ilə bağlı danışıqlar aparılır. Onların arasında tankerlər, quru yük gəmiləri, konteynerdaşıyan gəmilər, kran, yanğınsöndürən, yedək-təchizat, təchizat və nəqliyyat gəmiləri var.
Dövlətimizin başçısı gəmilərin istismara verilməsini bildirən lenti kəsib.
Azərbaycan neftçilərinin dəniz platformalarına çatdırılması üçün nəzərdə tutulan sərnişin gəmilərinin inşasına dair müqavilə 2014-cü ilin mayında imzalanıb. Müvafiq layihə və hazırlıq mərhələsindən sonra tikinti işlərinə 2014-cü ilin oktyabrında başlanılıb. Gəmilərin hamısı körpüdə və dənizdə sınaqlardan uğurla keçib və istismara hazır vəziyyətdədir. Onların hər biri 80 sərnişin tutumuna malikdir. Uzunluğu 38 metr, eni 8 metr, suya oturumu 2,25 metr olan gəmilərin gövdəsi polad, üst tikililəri isə alüminium materialdan hazırlanıb. Yüngül materialların tətbiqi, hərəsinin gücü 1920 kilovat olan iki baş mühərrikin qoyulması sərnişin gəmilərinə saatda 35 kilometrə yaxın sürət yığmağa imkan verir. Bu, mövcud gəmilərin sürəti ilə müqayisədə iki dəfə çoxdur. Eyni zamanda, yeni gəmilər göyərtələrinə 10 tonadək müxtəlif yük də götürə bilir. Beləliklə, neftçilərin və yüklərin dəniz platformalarına daha tez və rahat çatdırılması təmin ediləcək.
Sonra Prezident İlham Əliyev “Üfüq” sərnişin gəmisinin istismara verilməsini bildirən düyməni basıb.
Yeni sərnişin gəmilərinin inşası Azərbaycanın iqtisadi və sənaye potensialının gücləndirilməsində mühüm rol oynayan Bakı gəmiqayırma zavodunun növbəti uğurudur. Zavod Azərbaycanın gəmiçilik sahəsində idxaldan asılılığının aradan qaldırılmasına xidmət edərək, Xəzər donanmasını müasirləşdirməyə imkan verir. Eyni zamanda, bu zavod ixrac potensialımızın gücləndirilməsi baxımından da xüsusi əhəmiyyətə malikdir.
Qeyd edək ki, hazırda Bakı gəmiqayırma zavodunda BP şirkətinin sifarişi ilə “Xankəndi” sualtı tikinti gəmisinin inşası aparılır. Bu, indiyə qədər Bakı gəmiqayırma zavodunda icra olunan ən mühüm sifarişdir. Gəmi Xəzər dənizində xüsusi təyinatlı əməliyyatların həyata keçirilməsi üçün nəzərdə tutulub və DNV GL Norveç və Almaniya təsnifat cəmiyyətinin nəzarəti altında tikilir. Gəmidə 600 metr dərinlikdə sualtı quraşdırma və yükqaldırma işləri üçün 900 tonluq əsas kran qoyulacaq. Bundan əlavə, dərin sularda mürəkkəb dalğıc əməliyyatları üçün 18 nəfərlik dalğıc kameraları və məsafədən idarə olunan iki sualtı robotla təchiz ediləcək. Dinamik mövqe idarəetmə sistemi-DP3 ilə təchiz olunmuş gəminin uzunluğu 155, eni 32, bortunun hündürlüyü isə 13 metr təşkil edir. Ümumi gücü 32 min kilovat olan gəmidə 8 mühərrik quraşdırılıb ki, bu da onun layihəyə uyğun olaraq 13,5 uzel sürətini təmin edəcək. 175 nəfərlik kayutlarla təchiz olunan gəminin layihəsi üzrə işlərin artıq 80 faizi yerinə yetirilib və 2017-ci ilin aprelində sifarişçiyə təhvil verilməsi planlaşdırılır.
Son dövrlərdə gəmiçilik sahəsinin inkişafına, gəmiçilik fəaliyyəti ilə əlaqəli infrastrukturun təkmilləşdirilməsinə dövlətimizin başçısı tərəfindən xüsusi diqqət göstərilir və ciddi islahatlar həyata keçirilir. “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin müxtəlif təyinatlı gəmiləri ölkəmizin ərazisindən keçən tranzit yüklərin daşınmasında mühüm yer tutur və Azərbaycanın regionun nəqliyyat və logistika qovşağına çevrilməsinə, tranzit ölkə kimi Asiya və Avropa arasında yükdaşımalarda mövqeyinin möhkəmlənməsinə xidmət edir.
Gəmiçiliyin strategiyasına müvafiq olaraq, Xəzərdən kənar sularda fəaliyyətin genişləndirilməsi məqsədilə yaxın vaxtlarda hər birinin 5500 ton yükgötürmə qabiliyyəti olan altı quru yük gəmisi istismara veriləcək. Bununla da Xəzərdən kənarda, Qara və Aralıq dənizləri hövzələrində Azərbaycan bayrağı altında üzən gəmilərimizin sayı 11-ə çatacaq.
Gəmilərlə yaxından tanış olan Prezident İlham Əliyev kollektivə uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29

