Prezident İlham Əliyev Bərdə Müalicə-Diaqnostika Mərkəzində müalicə alan yaralılara baş çəkib
03.05.2016 [10:05]
Mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bərdə şəhərindəki Müalicə-Diaqnostika Mərkəzinə baş çəkiblər.
Bu tibb ocağı ölkəmizdə səhiyyə islahatları çərçivəsində yaradılan və ən müasir standartlara cavab verən ilk müalicə diaqnostika mərkəzlərindən biridir. Düşmənin dinc əhalini hədəfə alması nəticəsində Ağdamın Çəmənli və Qaradağlı kəndlərinin yaralanmış 3 sakini - Zahid Rəhimov, Elgiz Qarayev və Anar Abdullayev burada müalicə olunurlar. Dövlətimizin başçısı və xanımı onların vəziyyəti ilə maraqlanıblar və tezliklə sağalmalarını arzulayıblar.
Prezident İlham Əliyev: Necəsiniz? Həkimlər sizə yaxşı baxırlar. Mənə məlumat verirlər ki, sizin vəziyyətiniz yaxşılaşıb. Yaxşı müalicə alırsınız. Əminəm ki, tezliklə buradan çıxıb evinizə qayıdacaqsınız. Mən gəlmişəm ki, sizi görüm, öz sözümü deyim. Siz erməni silahlı təxribatından əziyyət çəkmisiniz. Görürsünüz ki, onlar mülki əhaliyə qarşı müharibə aparırlar. Evlər dağılır, insanlar həlak olur, mülki şəxslər yaralanırlar. Bu, hərbi cinayətdir. Ermənilər döyüş meydanında məğlub olurlar, mülki əhaliyə atəş açırlar.
Yaralı: Cənab Prezident, diqqətinizə görə təşəkkür edirik.
Prezident İlham Əliyev: Tezliklə sağalacaqsan, hər şey yaxşı olacaq. Eşitmə qabiliyyətin bərpa olunacaq.
Yaralı: İnşallah.
Rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev: Cənab Prezident, ali təhsilli həkim-stomatoloqdur.
Prezident İlham Əliyev: Hansı kənddənsən?
Yaralı: Ağdam rayonunun Çəmənli kəndindənəm.
Prezident İlham Əliyev: Bir qədər əvvəl oradan keçmişəm.
Həkim: Qapalı kəllə-beyin zədəsi diaqnozu qoyulub. İndi vəziyyəti orta ağırdır. Nisbətən yaxşılaşıb.
Yaralı: Cənab Prezident, Siz bizim arxa-dayağımızsınız. İnşallah, sağalıb kəndimizə qayıdarıq.
Prezident İlham Əliyev: İnşallah, tezliklə sağalıb normal həyata dönəcəksən. Mən indi sənin qonşularınla görüşmüşəm. Ağdamlılar hamısı bir nəfər kimi möhkəm dayanıblar, möhkəmdirlər.
Yaralı: Sağ olun, cənab Prezident.
Prezident İlham Əliyev: Siz də Çəmənli kəndindənsiniz?
Yaralı: Bəli.
Vidadi İsayev: Aprelin 27-dən 28-nə keçən gecə gətiriliblər. Gələndə birinin vəziyyəti çox ağır, ikisinin vəziyyəti isə orta ağır idi. Əməliyyat olundular, indi gündəlik müalicə alırlar.
Prezident İlham Əliyev: Gecə oldu, evdə oturmuşdunuz?
Yaralı: Həyətə çıxmışdıq. Güclü atəş açdılar. Mərmi təxminən 20-30 metrlikdə yerə düşdü, qəlpə dəydi. Cənab Prezident, Sizə uzun ömür, cansağlığı arzulayırıq. Allah Sizi qorusun. Gün o gün olsun ki, doğma torpaqlarımızda bayrağımız dalğalansın. Biz həkimlərimizə də uzun ömür, cansağlığı arzulayırıq. Allah onların da köməyi olsun.
Prezident İlham Əliyev: Həkimlər sizə yaxşı baxırlar. Gözəl şərait yaradılıb. Bərdə Müalicə-Diaqnostika Mərkəzi 2008-ci ildə istifadəyə verilib. Ölkədə ilk tikilən diaqnostika mərkəzlərindən biridir. Burada şərait yaxşıdır. Həkimlər də sizə yaxşı baxırlar. Tezliklə sağalacaqsınız, evlərinizə qayıdacaqsınız.
Yaralı: İnşallah. Sağ olun. Allah Sizi, bütün əsgərlərimizi qorusun.
Prezident İlham Əliyev: Sağ olun. Allah şəfa versin.
Prezident İlham Əliyev Bərdə Müalicə-Diaqnostika Mərkəzinin kollektivinə yaralılara yüksək səviyyədə xidmət göstərilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxDünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27

