/ / Prezident İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
16.08.2016 [15:20]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 15-də Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrabın etimadnaməsini qəbul edib.
Səfir Mixael Kindsqrab fəxri qarovul dəstəsinin qarşısından keçib.
Mixael Kindsqrab etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Dövlətimizin başçısı Azərbaycanla Almaniya arasında ikitərəfli əlaqələrin çox uğurla inkişaf etdiyini vurğulayıb. Bu ilin iyununda Almaniyaya uğurlu səfərini və eləcə də Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerlə Varşavadakı görüşünü məmnunluqla xatırlayan Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın çox fəal mərhələdə olduğunu deyib. İqtisadi sahədə böyük qarşılıqlı marağın olduğunu deyən dövlətimizin başçısı bunun Berlində keçirilən biznes forum zamanı şahidi olduğunu qeyd edib. Almaniyanın çoxlu şirkətlərinin ölkəmizdəki fəaliyyətinə toxunan Prezident İlham Əliyev ölkəmizin alman şirkətlərinin Azərbaycanda təkcə kontraktor kimi deyil, eləcə də investor kimi çalışmalarında maraqlı olduğunu bildirib. Azərbaycanla Almaniya arasında qarşılıqlı inam və etimada əsaslanan siyasi dialoqun davam etdirilməsinin önəmini qeyd edən dövlətimizin başçısı enerji, nəqliyyat, təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu deyib. Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.
Qəbula görə minnətdarlığını bildirən Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab ikitərəfli əlaqələrimizin inkişaf etdirilməsi ilə bağlı Almaniyanın Kansleri Angela Merkeldən və xarici işlər naziri Frank-Valter Ştaynmayerdən aydın göstərişlər aldığını bildirib. O, Angela Merkelin və Frank-Valter Ştaynmayerin sabit və inkişaf edən tərəfdaş ölkə olan Azərbaycanla əlaqələrin genişləndirilməsinə böyük maraq göstərdiklərini qeyd edib. Səfir son illər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da artdığını xüsusi vurğulayıb. Almaniyalı diplomat siyasi, iqtisadi, enerji təhlükəsizliyi, mədəni və digər sahələrdə mövcud olan əməkdaşlığımızın daha da genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini deyib.
Görüşdə Azərbaycanda həyata keçirilən islahatlar ətrafında fikir mübadiləsi aparılıb, ölkələrimiz arasında enerji, təhlükəsizlik, səhiyyə, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə edilib.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

