YAP bələdiyyə seçkilərinə hazırlıqla bağlı Lənkəranda zona müşavirəsi keçirib
11.06.2009 [11:20]
Yeni Azərbaycan Partiyası (YAP) dekabr ayında keçiriləcək bələdiyyə seçkilərinə hazırlıqla bağlı Lənkəranda zona müşavirəsi keçirib. SİA-nın Cənub bürosunun məlumatına görə, tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə güllər düzüblər.
Nəcəf Bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında keçirilən toplantıda YAP Sədrinin müavini, İcra katibi, millət vəkili Əli Əhmədov, həmçinin partiyanın İdarə Heyətinin və Siyasi Şurasının üzvləri iştirak ediblər. Tədbirdə partiyanın Lənkəran, Masallı, Cəlilabad, Astara, Lerik Yardımlı və Biləsuvar rayon təşkilatlarının sədrləri çıxış edərək, bələdiyyə seçkilərinə hazırlıqla bağlı görülən işlərdən ətraflı danışıblar.
Daha Sonra çıxış edən YAP üzvü, millət vəkili Əhəd Abıyev və Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bildiriblər ki, təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan uzaqgörən strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi böyük nəticələr verməkdədir. Onun sözlərinə görə, artıq hər bir Azərbaycan vətəndaşı bu siyasətin bəhrəsini görür və hiss edir, vətəndaşlarımız dövlətin möhkəmlənməsində YAP-ın rolunu yüksək qiymətləndirirlər.
Zona müşavirəsində çıxış edən YAP Sədrinin müavini, İcra katibi, millət vəkili Əli Əhmədov qarşıda duran vəzifələrdən danışıb. O, qeyd edib ki, bu il keçiriləcək bələdiyyə seçkilərində bir sıra yeniliklər və təkmilləşmələr var. “Biz ilk növbədə partiyamızı təmsil edəcək layiqli namizədləri müəyyən etməliyik. Sənədləşdirmə prosesi başa çatandan sonra təbliğat-təşviqat işlərinə start verəcəyik. Şəhər və rayon təşkilatları bu işlərə məsuliyyətlə yanaşmalı, əvvəlki seçkilərdə əldə olunan təcrübədən istifadə edilməlidir”, - deyən Əli Əhmədov bununla bağlı rayon təşkilatlarının sədrlərinə konkret göstərişlər verib.
İcra katibi onu da bildirib ki, bələdiyyələrin birləşməsi ilə əlaqədar artıq onların sayı müəyyən qədər azalaraq iki mindən min yeddi yüzə çatdırılıb.
Qeyd edək ki, seçkilərə hazırlıqla əlaqədar YAP anoloji zona müşavirələrini Qəbələ, İmişli və Tovuz rayonlarında da keçirəcək.
Xəbər lenti
Hamısına baxSosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01

