Azərbaycanın daha bir reytinq qiymətləndirməsində mövqeyi yüksəlib
16.12.2009 [09:54]
Dünyanın daha bir nüfuzlu təşkilatı hazırladığı yeni reytinq qiymətləndirməsində respublikamızın mövqeyini yüksəldib. “Standard ənd Poor’s” beynəlxalq reytinq agentliyi Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, idxal-ixrac əməliyyatları ilə bağlı ticarət qaydalarının sadələşdirilməsi, sahibkarlıq sektorunda rəqabət qabiliyyətinin təmin olunması, tikinti və digər bölmələrdə “bir pəncərə” sisteminin və əmlakın qeydiyyatının aparılmasında vahid mexanizmin tətbiq edilməsi, investorların hüquq və maraqlarının qorunması, gömrük rəsmiləşdirilməsi və digər parametrlər üzrə islahatların davam etdirilməsini yüksək dəyərləndirib. Təşkilat qeyd olunan indikatorları qiymətləndirərək Azərbaycanın investisiya reytinqini “sabit”dən “pozitiv”ə yüksəldib.
“Standard ənd Poor’s”un açıqladığı təhlil-hesabatda respublikamızın uzunmüddətli suveren kredit reytinq göstəricisi bir bənd yüksəldilərək “BB+” reytinqi ilə qiymətləndirilib. Qurum, eyni zamanda, ölkəmizin qısamüddətli kredit reytinqini “B” səviyyəsində təsdiqləyib. “Standard ənd Poor’s”un analitik qrupunun şərhində qeyd olunur ki, investisiya sahəsində həyata keçirilən tədbirlər və bu bölmədə sərmayə cəlbediciliyinin yüksəldilməsi Azərbaycanın maliyyə sabitliyinin möhkəmlənməsinə təkan verib, xarici investorların ölkəyə marağının artmasına zəmin yaradıb. “Standard ənd Poor’s” bu qənaətdədir ki, respublikamızda biznesə olan marağın yüksəlməsi əlverişli investisiya mühitinin formalaşmasını daha da stimullaşdırır. Dünya maliyyə böhranı bir çox dövlətlərdə iri və orta şirkətlərlə yanaşı, kiçik müəssisələrin də bağlanmasına səbəb olsa da respublikamızda bu tendensiya müşahidə olunmayıb. Azərbaycanda ötən il iqtisadi fəallıq aşağı düşməyib, əksinə, daha da yüksəlib. Buna görə də yeni yaradılmış sahibkarlıq subyektlərinin fəaliyyətini dayandırması qeydə alınmayıb. ölkəmizdə istər fiziki, istərsə də hüquqi şəxs qismində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sayının artması iqtisadi aktivliyin nəticəsi sayıla bilər.
Azərbaycanın dünyanın ən nüfuzlu maliyyə və reytinq təşkilatları tərəfindən ardıcıl olaraq yüksək qiymətləndirilməsinin başlıca səbəbi hökumətin həyata keçirdiyi davamlı islahatların geniş miqyas alması və dinamik inkişafı şərtləndirən kompleks addımların atılması ilə bağlıdır. Bu qurumlar respublikamızda inkişaf tempinin davamlılığına diqqət çəkərək makroiqtisadi sabitlik göstəriciləri üzrə yüksək nəticələr əldə edilməsini, maliyyə sabitliyinin və uzunmüddətli inkişaf strategiyasının təmin olunmasını hökumətin həyata keçirdiyi məqsədyönlü siyasətin uğurlarının təzahürü kimi dəyərləndirir. Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, “Fitç İbka” və digər beynəxalq maliyyə qurumlarının qiymətləndirmələrində, eləcə də proqnozlarında Azərbaycandakı maliyyə sabitliyi və makroiqtisadi dinamika, iqtisadi inkişaf və digər indikatorlar təqdir olunur. ümumilikdə Azərbaycanın inkişaf etmiş ölkə statusuna malik olması qeyd olunan beynəlxalq təşkilatların rəylərində başlıca yer tutur, ölkəmizdə davam edən bu dinamik inkişafın 2010-cu ildə müşahidə ediləcəyinə əminlik ifadə edilir. Qeyd olunan təşkilatların ekspertləri ölkəmizdə həyata keçirilən islahatların çoxşaxəli olmasını və qeyri-neft bölmələri üçün daha yüksək artım meyilləri yaratmasını dəyərləndirərək Azərbaycan iqtisadiyyatının qarşıdakı illərdə pozitivliyi ilə bağlı proqnozlar irəli sürürlər.
Onu da qeyd edək ki, “Standard ənd Poor’s”la yanaşı, “Fitç İbka” reytinq agentliyi də Azərbaycanda sabit maliyyə meyillərinin müşahidə olunduğunu bəyan edib. “Fitç İbka” bir müddət əvvəl 2009-cu ilə dair açıqladığı reytinq cədvəlində maliyyə böhranı ilə bağlı bir sıra dövlətlərin reytinq göstəricilərini aşağı qiymətləndirsə də ölkəmizlə bağlı yekun rəy müsbət olub. Bu təşkilatın mütəxəssislərinin fikrincə, 2010-cu ildə proqnozlaşdırılan inkişaf dinamikası respublikamızın reytinqinin yüksəlməsi üçün əlverişli zəmin yaradacaq. “Fitç İbka”nın mütəxəssisləri hesab edirlər ki, gələn il ölkəmizdə maliyyə sabitliyi möhkəm olmaqla ümumilikdə makroiqtisadi vəziyyətə mühüm təsir göstərəcək. 2010-cu ildə Azərbaycanın xarici tərəfdaşları ilə ticarət münasibətləri aktiv şəkildə davam edəcək və respublikamızın tədiyyə balansı müsbət saldo ilə nəticələnəcək. Bu isə ümumi daxili məhsulun 14 faiz nisbətində olacaq.
ümumiyyətlə, “Standard ənd Poor’s”, eləcə də “Fitç İbka” və digər reytinq təşkilatlarının müəyyən etdiyi kredit reytinqləri Azərbaycan üçün iqtisadi perspektiv baxımından mühüm əhəmiyyət kəsb edən amil kimi səciyyələndirilə bilər. Belə ki, “BB+” reytinqinin əldə olunması ölkəmizə beynəlxalq maliyyə bazarlarında etimadın daha da yüksəlməsinə təminat verməklə yanaşı, həm də iri şirkətlərin Azərbaycana investisiya qoyuluşlarını artıracaq.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29

