Dövlət başçısı İlham Əliyev Xalq artisti Əlibaba Məmmədova "İstiqlal" ordenini təqdim edib
09.02.2010 [11:07]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Xalq artisti Əlibaba Məmmədova milli muğam sənətinin inkişafında və təbliğində böyük xidmətlərinə görə və anadan olmasının 80 illliyi münasibətilə təltif olunduğu “İstiqlal” ordenini təqdim edib.
Prezident İlham Əliyev muğam ustadına müraciətlə deyib: “Mən sizi 80 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, uzun ömür arzulayıram. Siz uzun illərdir ki, öz sənətinizlə Azərbaycanın milli musiqisini təbliğ edirsiniz, ifaçılıq ustalığınızla Azərbaycan xalqını sevindirirsiniz. Azərbaycanın sərvəti olan muğam sənətini uzun illər ərzində qoruyursunuz, inkişaf etdirirsiniz, gənc nəsli bu gözəl sənətə cəlb edirsiniz. Bütün bu işlər Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan dövləti sizin fəaliyyətinizi müxtəlif dövrlərdə yüksək qiymətləndiribdir. Bildiyiniz kimi, mən də bu gözəl yubileyiniz münasibətilə sizi Azərbaycan dövlətinin yüksək mükafatı olan “İstiqlal” ordeni ilə təltif etmişəm. İstəyirəm ki, bu gün özüm bu ordeni sizə təqdim edim”.
Prezident İlham Əliyev “İstiqlal” ordenini Əlibaba Məmmədova təqdim edib.
Xalq artisti Əlibaba Məmmədov dövlətimizin başçısına təşəkkür edərək deyib: “Əzizimiz və çox hörmətli cənab Prezidentimiz! Mən səmimi qəlbdən Sizə öz təşəkkürümü bildirirəm ki, məni dövlətimizin ən yüksək mükafatı olan “İstiqlal” ordeni ilə təltif etmisiniz. Bu, təkcə mənə yox, bizim milli sərvətimiz olan muğamlarımıza hörmətdir. Bu, bizim muğam ifaçılarımıza, eyni zamanda, xalqımıza böyük hörmətdir. Buna görə çox sağ olun. İnandırıram Sizi, üç gündür ki, mən telefonlara cavab verməkdən yorulmuşam, hətta başqa ölkələrdən - Almaniyadan, İrandan, mənə zəng vururlar. Eyni zamanda, bölgələrimizdən zəng vurur, məni təbrik edir, Sizə isə “Sağ ol” deyirlər. Deyirlər ki, sağ olsun cənab Prezidentimiz, Allah ona uzun ömür, cansağlığı versin. Bu, böyük mükafatdır, bilirsiniz. Qaldı ki, mənə, vallah “Sağ olun” deməkdən başqa söz tapa bilmirəm. Bu, xalqımıza hörmətdir. çox böyük işdir ki, bu yaşımda, bu yubileyimdə məni sevindirdiniz. Allah-taala Sizi qorusun, xalqımızın üstündən əskik etməsin. Allah-taala Sizi xalqımız üçün qorusun, bizim üçün qorusun. çox sağ olun”.
Prezident İlham Əliyev: çox sağ olun, Əlibaba müəllim. Bir daha sizi təbrik edirəm. Doğrudan da muğam sənəti Azərbaycan xalqının qəlbində yaşayır. Mən çox sevinirəm ki, gənc nəsil bu gözəl sənətə qoşulub. Muğam müsabiqələrinin keçirilməsi özlüyündə bunun gözəl göstəricisidir. Yəni, muğam müsabiqələri artıq Azərbaycan həyatının ayrılmaz bir hissəsinə çevrilibdir. Bütün insanlar bu müsabiqələri gözləyirlər və buna çox maraqla münasibət bəsləyirlər. Əlbəttə ki, sizin kimi görkəmli ifaçılar, muğam sənətinin ustadları gənc nəslin bu gözəl sənətə cəlb edilməsində mühüm rol oynayırlar. Azərbaycan xalqı, Azərbaycan mədəniyyəti yaşadıqca, bu sənət də yaşayacaqdır. Mən bütün işlərinizi çox yüksək qiymətləndirərək sizə bir daha təbriklərimi bildirirəm. Sizə uzun ömür, cansağlığı arzulayıram. Arzu edirəm ki, siz uzun illər bundan sonra öz tamaşaçılarınızı sevindirəsiniz və Azərbaycanın milli musiqisinin həm Azərbaycanda, həm dünyada təbliğ edilməsində səylərinizi göstərəsiniz.
Xanəndə Əlibaba Məmmədov: çox sağ olun. Mən də minnətdaram.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34

