Sahibkarlara yeni kreditlərin verilməsinə başlanılıb
17.02.2010 [09:49]
2010-cu ilin ilk ayı üzrə makroiqtisadi göstəricilər və həyata keçirilən layihələrin icra vəziyyəti bütün iqtisadi və sosial proqramların davamlılığını və ötən illərlə müqayisədə daha geniş xarakter almasını göstərir. Bu dinamika digər sahələr kimi sahibkarlıq sektorunda da intensivliyi ilə seçilir. Paytaxtda və rayonlarda həyata keçirilən investisiya layihələrinin sayının artması isə dövlətin bu sahəyə diqqət və qayğısının güclənməsi ilə bərabər, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərin marağının yüksəlməsi kimi qiymətləndirilə bilər. Azərbaycan hökumətinin son illərdə sahibkarlara maliyyə dəstəyini gücləndirməsi və sahibkarlığa başlamaq istəyənlərə əlverişli imkanların yaradılması 2010-cu ilin ötən dövrü ərzində təqdim olunan investisiya layihələrinin sayının əhəmiyyətli dərəcədə artmasında da özünü göstərir.
Yeni maliyyə ili də sahibkarlar üçün uğurlu başlayıb və hökumət bölgələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərini kreditlə təmin etməyə start verib. 2010-cu ildə ilk dəfə Bərdə, Ağcabədi, Goranboy, Beyləqan, İmişli, Saatlı və Biləsuvar rayonlarında fəaliyyət göstərən sahibkarlar kredit alıb. Artıq ölkədə 40-dan çox sahibkar ilkin maliyyə vəsaitləri ilə təmin olunublar. Növbəti aylarda bu proses daha intensiv xarakter alacaq və bütün bölgələrdə fəaliyyət göstərən sahibkarların maliyyə ehtiyaclarının ödənilməsi ilə bağlı müvafiq addımlar atılacaq. Qeyd edək ki, 2009-cu ildə təkcə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına respublikamızın 55 şəhər və rayonu üzrə 2101 sahibkarlıq subyektinin investisiya layihəsi maliyyələşdirilib və sahibkarlara 130 milyon manat məbləğində güzəştli kreditlər verilib. 2010-cu ildə isə fondun vəsaitləri hesabına 2000-dən çox sahibkara kredit verilməsi nəzərdə tutulur. Bundan başqa, dövlətin digər maliyyə mənbələri, eləcə də, maliyyə-kredit təşkilatlarının, bankların, Kənd Təsərrüfatı üzrə Kredit Agentliyinin və digər qurumların güzəştli şərtlərlə verilən kreditləri hesabına 100-lərlə sahibkarın maliyyə təminatı yaxşılaşdırılacaq. Beləliklə, bu il ölkəmizdə sahibkarların fəaliyyətinin daha da stimullaşdırılması üçün davamlı tədbirlər həyata keçiriləcək.
Respublikamızda sahibkarlıq sektoruna dövlətin diqqət və qayğısının hər il artdığını qeyd edən Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda sahibkarlığın inkişafı üçün gözəl şərait vardır: “Sahibkarlar dövlət tərəfindən həm mənəvi, həm siyasi və həm də iqtisadi dəstək alırlar. Əgər Azərbaycan dövləti tərəfindən kreditlər təşkil edilməsəydi, kənd təsərrüfatının inkişafı üzrə bizim böyük problemlərimiz ola bilərdi. Amma kreditlərin vaxtında verilməsi və sahibkarlığın inkişafı üçün görülən bütün tədbirlər, əlbəttə, sahibkarlara da çox gözəl şərait yaradır. Gələcəkdə Azərbaycanın iqtisadiyyatı daha çox sahibkarlığın fəaliyyətindən asılı olacaqdır. Sahibkarlığın inkişafı bizim üçün həmişə olduğu kimi prioritet məsələdir və bu istiqamətdə növbəti illərdə də lazımi tədbirlər görüləcəkdir”.
2010-cu ildə sahibkarlar tərəfindən həyata keçirilməsi planlaşdırılan başlıca layihələr sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı, emal sənayesinin yenidən qurulması, aqrar sektorun inkişafına təkan verəcək infrastruktur təminatının (soyuducu və taxıl anbarları kompleksləri) yaxşılaşdırılması, fermer təsərrüfatlarının daha da inkişaf etdirilməsi, tədarük məntəqələrinin sayının artırılması və digər istiqamətlər üzrə tədbirləri özündə əks etdirir. Sahibkarlara verilən kreditlər təbii ki, yüzlərlə yeni müəssisənin yaradılmasına səbəb olur və bu tədbirlərin həyata keçirilməsi nəticəsində respublikamızda minlərlə yeni iş yerinin açılması təmin olunur. Məsələn, təkcə ötən il verilmiş kreditlər hesabına 8500-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Bu il isə həmin vəsaitlərin istifadə olunması nəticəsində 10 minə yaxın iş yerinin yaradılması proqnozlaşdırılır. Həmin layihələrin böyük əksəriyyəti, 90 faizdən çoxu bölgələrdə reallaşacaq. Bu faktor regionların inkişafına öz töhfəsini verməklə yanaşı, iqtisadi fəal əhalinin daha çox rayonlarda cəmləşməsinə səbəb olacaq.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39

