Türkan qəsəbəsində mədəniyyət mərkəzinin açılışı olub
08.07.2010 [16:23]
Dünən Bakının Türkan qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir tələblər səviyyəsində inşa olunmuş mədəniyyət mərkəzinin açılışı olub. Tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və qızı Leyla Əliyeva iştirak ediblər.
Mərasim iştirakçıları Mehriban xanım Əliyevanı və Leyla Əliyevanı gül-çiçəklə qarşılayıblar.
Azərbaycanın birinci xanımı və qızı mərkəzin açılışını bildirən lenti kəsdikdən sonra bina ilə yaxından tanış olublar.
Məlumat verilib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə mərkəzin inşasına 2009-cu ilin fevralında başlanılıb. Binanın ümumi sahəsi 1500 kvadratmetrdir. Mərkəzdə müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Türkan və ətrafdakı qəsəbələrin uşaqları burada fəaliyyət göstərəcək bir çox dərnəklərdə məşğul olacaqlar.
İkimərtəbəli binanın foyesində Ulu öndərin həm sovet dövründə, həm də müstəqillik illərində mədəniyyət tədbirlərində iştirakını, incəsənət xadimləri ilə görüşlərini əks etdirən fotostend qurulub.
Mərkəzin oxu zalı və kitabxanası ilə tanışlıq zamanı bildirilib ki, burada Azərbaycan, rus, ingilis dillərində müxtəlif sahələri əhatə edən kitablar toplanıb. Kitabxanada Ulu öndər haqqında kitablar, Heydər Əliyev Fondunun nəşrləri də yer alıb.
Məlumat verilib ki, idmanın intellektual növünə həvəs göstərən gənclər üçün mərkəzdə şahmat dərnəyi fəaliyyət göstərir. Təcrübəli mütəxəssislər uşaqlara şahmatın sirlərini öyrədəcəklər.
Mehriban xanım Əliyeva uşaqların informasiya-kommunikasiya texnologiyalarına yiyələnmələri üçün mədəniyyət mərkəzində fəaliyyət göstərən kompyuter dərnəyi ilə də tanış olub. Burada gənclərə kompyuter bilikləri veriləcək, müxtəlif proqramlar öyrədiləcək. Bildirilib ki, kompyuterlərin hamısının internetə çıxışı var.
Mərkəzin ikinci mərtəbəsini isə Heydər Əliyev Fondunun fəaliyyətini əks etdirən stend bəzəyir.
Azərbaycanın birinci xanımı rəsm dərnəyində balaca rəssamların əl işləri ilə tanış olub. İkinci mərtəbədə müxtəlif tədbirlərin keçirilməsi üçün 250 nəfərlik geniş akt zalı var. Zal ən son avadanlıqla təchiz edilib.
Bina fərdi havalandırma sistemləri ilə təchiz edilib.
Mədəniyyət mərkəzi üçün ayrılan ərazidə gözəl park salınıb.
Mehriban xanım Əliyeva və qızı Leyla parkın ərazisi ilə də tanış olublar. Ərazi zəngin bitki örtüyü ilə göz oxşayır. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva 2008-ci ildə burada olarkən ərazidəki ağacların qorunmasının vacibliyini bildirib. Burada 7 min 500 kvadratmetr sahədə qazon salınıb, müasir işıqlandırma sistemi qurulub. Parkda uşaqların əylənməsi üçün meydança yaradılıb, balacalar üçün müxtəlif attraksionlar qurulub. Burada ana və uşaqlar üçün nəzərdə tutulan çay evi də inşa edilib.
Mehriban xanım Əliyeva görülən işlərdən razılığını bildirib.
Sonra Mehriban xanım Əliyeva Xəzər rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Mədəniyyət mərkəzinin açılması münasibətilə türkanlıları təbrik edən Mehriban xanım Əliyeva binanın inşasına dair qəsəbə sakinləri ilə müzakirələri yada salaraq bildirib ki, Azərbaycanın bütün başqa bölgələrində olduğu kimi, Xəzər rayonunda da geniş abadlıq-quruculuq işləri gedir. Yeni təhsil müəssisələri, səhiyyə obyektləri, mədəniyyət ocaqları tikilir, istirahət parkları salınır. Bu hər birimizi sevindirir.
Mədəniyyət mərkəzinin ətrafında gözəl, səliqəli parkın salınmasının sakinlərin istirahəti baxımından əhəmiyyətini vurğulayan Mehriban xanım deyib ki, burada dincəlmək üçün hər cür şərait yaradılıb.
Mehriban xanım deyib ki, mədəniyyət mərkəzində fəaliyyət göstərən müxtəlif dərnəklər, şahmat məktəbi, rəsm sinfi uşaqların dünyagörüşünün zənginləşməsi, biliklərinin artırılması baxımından mühüm rol oynayacaq.
Rayonda görülən işləri yüksək qiymətləndirən Mehriban xanım Əliyeva burada əhalinin vəziyyəti ilə bağlı məsələlərin daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Azərbaycanın birinci xanımı bildirib ki, bütün məsələlər Heydər Əliyev Fondunun nəzarəti altındadır.
Xalq Artisti Ağaxan Abdullayev, qəsəbə ağsaqqalı Əli Əliyev, rayon sakinlərindən Tamilla Muradova, Şükufə İbrahimova göstərilən diqqət və qayğıya görə Mehriban xanım Əliyevaya Xəzər rayonu sakinləri adından minnətdarlıq ediblər. Onlar Türkanda belə bir mədəniyyət mərkəzinin açılmasının qəsəbə sakinlərində dərin razılıq hissi doğurduğunu xüsusi vurğulayıblar.
Tədbir iştirakçıları Mehriban xanımın mədəniyyətə, təhsilə, sənətkarlara, ziyalılara qayğısını yüksək qiymətləndirərək bildiriblər ki, o, Milli Məclisin deputatı kimi bu rayonun problemlərinin həllini həmişə diqqətdə saxlayır. Rayonun qəsəbə və kəndlərində geniş abadlıq-quruculuq, yenidənqurma işləri aparılır, yeni sosial obyektlər tikilir, yollar çəkilir, yeni iş yerləri açılır.
Sakinlər qarşıdan gələn parlament seçkilərində Mehriban xanıma dəstək olacaqlarını söyləyərək onu öz rayonlarında yenidən deputat kimi görməkdən məmnun qalacaqlarını bildiriblər.
Daha sonra rayon ictimaiyyətinin nümayəndələri Mehriban xanım Əliyeva və Leyla Əliyeva ilə xatirə şəkili çəkdiriblər.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

