Prezident AXC və Sovet Azərbaycanının səhvlərini düzəldir
25.11.2021 [10:51]
Vətən müharibəsinin nəticələri tarixi Azərbaycan torpaqları ilə bağlı həqiqəti aktuallaşdırdı
Ermənistanla sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı xəritə məsələsinin müzakirəsi maraqlı nüansları üzə çıxarıb. İki yüz ilə yaxındır ki, davam edən erməni “problemi”nin kökü, məhz Azərbaycan torpaqları hesabına Ermənistanın dövlət kimi formalaşdırılması və bu kimi bir sıra faktlar xəritələr vasitəsilə yenidən aktuallaşır. Təəssüf ki, ötən iki yüz il ərzində Azərbaycan bütün dövrlərdə torpaq itirə-itirə gəlib. İstər Azərbaycan Xalq Cümhuriyyəti dövründə, istərsə də Sovet dönəmində torpaqlarımız Ermənistana ya verilib, ya da zorla əlimizdən alınıb.
2020-ci ildə baş verən Vətən müharibəsi isə qeyd edilən bu torpaq itkilərinə son qoydu. İlk dəfə idi ki, Azərbaycan itirdiyi torpaqlarını geri aldı və ərazi bütövlüyünü təmin etdi. 30 il ərzində işğal altında saxlanan torpaqlarımız azadlığına qovuşdu. Ali Baş Komandan, Prezident İlham Əliyev əsl həqiqətləri bütün dünyaya bəyan etdi. Bildirdi ki, Zəngəzur, Göyçə və digər ərazilər tarixi Azərbaycan torpaqlarıdır. Bu isə onu deməyə əsas verir ki, indiyə qədər istər Xalq Cümhuriyyətinin, istərsə də SSRİ-nin dövründə buraxılan səhvləri Prezident İlham Əliyev düzəldir.
Bununla bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Anar İsgəndərov bildirib ki, sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı hansı dönəmin xəritəsinə müraciət edilsə, bizim xeyrimizədir. Hətta 1918-1920-ci ilin Xalq Cümhuriyyəti dövrünün mübahisəli torpaqlarının olduğu xəritələr, çar Rusiyası dövrünün xəritələri belə Azərbaycanın maraqlarına cavab verir. Millət vəkili qeyd edib ki, çar Rusiyası dövründə imzalanan 1813, 1828-ci illər müqavilələri nəticəsində ermənilər bu regiona köçürülsə də, uzun illər kənd adları, coğrafi terminlər türk toponimi kimi qalıb. Hətta Qafqaz Arxeoqrafiya Komissiyasının aktlarında da bu gün Qərbi Azərbaycan adlandırılan ərazinin bütün yer adları Azərbaycan adıdır. Bu, bir daha onu təsdiqləyir ki, burada heç bir zaman erməni torpağı olmayıb: “Sovet dönəminə gəldikdə isə, 1920-ci il noyabrın sonunda Qafqaz bürosunun qərarı ilə Qərbi Zəngəzur ermənilərə verildi. Bolşeviklər Zəngəzuru böldülər. 1921-ci ildən 29-cu ilə qədər Naxçıvanın bir neçə kəndi ermənilərə verildi. 1969-cu ildə yenidən 4 min kv.km ərazinin ermənilərə verilməsinə cəhd göstərildi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bu məsələ dayandırıldı. Bir də 1984-cü ildə Qazax ərazisinin bir hissəsini ermənilər Azərbaycanın o vaxtkı rəhbərliyinin zəifliyindən istifadə edərək aldılar. Bu baxımdan, hansı xəritələrə müraciət etsələr, bizim xeyrimizədir”.
Millət vəkili onu da vurğulayıb ki, istər AXC, istərsə də Sovet dönəmində buraxılan səhvləri bu gün cənab İlham Əliyev düzəldir. 44 günlük Vətən müharibəsi yeni bir tarixi situasiya yaradıb. 70 illik Sovet dövründə Azərbaycanın itirdiyi torpaqlar yenidən gündəmə gətirilir. “Dövlət başçımız birmənalı olaraq Göyçə, Zəngəzur, İrəvanla bağlı fikirləri gündəmə gətirir. Erməni cəmiyyətini qorxudan da odur ki, zaman keçdikcə tarixi faktlar açılır və ermənilərin bizim ərazilərə gəlmə olduqları sübuta yetirilir. Ali Baş Komandanımız Cənubi Qafqazın xəritəsinə, coğrafiyasına və siyasi həyatına yenilik gətirib. Bunların hamısı Azərbaycan üçün önəmli olan yeniliklərdir. 44 günlük müharibə bir daha göstərdi ki, Azərbaycanın dövlət başçısı dünyanın heç bir təzyiqini və təsirini qəbul etmir, öz xalqının, millətinin haqqını müdafiə edir. Azərbaycanın özgə torpağında gözü yoxdur. Bizim torpaqlarımızı da kimsə işğal altında saxlaya bilməz”, - deyə A.İsgəndərov əlavə edib.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib ki, sərhədlərin delimitasiyası və demarkasiyası xəritələr əsasında həll ediləcəksə, istinad kimi 1920-ci ilə qədər olan xəritələr qəbul edilməlidir. Onun fikrincə, Azərbaycan SSRİ-yə hansı ərazilərlə daxil olmuşdusa, həmin ərazilərlə də çıxmalıdır: “Fikrimcə, yeganə düzgün yol budur. Artıq SSRİ yoxdur. Ermənistan SSRİ-nin yaradılması naminə Azərbaycandan qoparılmış ərazilər də özümüzə qaytarılmalıdır. İki dövlət arasında razılaşma olacaqsa, beynəlxalq aləm də bunu tanıya bilər. Öz aramızda bunu həll etsək, beynəlxalq aləm adlı problem yaşanmayacaq. Azərbaycan Ordusu bu gün də işğal dövründən sonra ermənilərin irəli çəkdiyi, özündən uydurduğu sərhədlərdə onları geri otuzdurur. Bu ərazilər 90-cı illərdən sonra ermənilərin ələ keçirdiyi ərazilərdir”.
Prezident İlham Əliyevin tarixən buraxılan səhvləri düzəltmək məsuliyyətini də öz üzərinə götürməsinə gəlincə isə, S.Cəlaloğlunun fikrincə, əldə olunacaq nəticə alqışlanmalıdır.
Pərviz İsmayılov
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25

